Məhkəmə qərarları › İş №e-2(061)-1373/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1373/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1373/2025 21.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi, cavabdehlər Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696 (altı yüz doxsan altı) manat altmış bir) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744 (üç min yeddi yüz qırx dörd) manat 67 (altmış yeddi) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282 (yeddi min iki yüz səksən iki manat 11 (on bir) qəpik xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borcun, Hər dörd müqavilə üzrə cəmi 12706 (on iki min yeddi yüz altı) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 128 (yüz iyirmi səkkiz) manat 12 qəpik (on iki) qəpik cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, atası Şəmilov Faiq İsmixan oğlunun Acess Bank QSC-dən kredit götürdüyündən məlumatı olmuş, lakin atasının həmin krediti hara xərcləməsindən məlumatı olmamışdır. Ona görə də, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, atası Şəmilov Faiq İsmixan oğlunun Acess Bank QSC-dən kredit götürdüyündən məlumatı olmuş, ancaq kreditin məbləği, hansı məqsədlər üçün götürülməsindən məlumatı olmamışdır. Ona görə də, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəm9ə icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 fevral 2023-cü il tarixli 025L**********72 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Şəmilov Faiq İsmixan oğluna aylıq faiz dərəcəsi 120 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 200.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinın 4.2.3-cü bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 11 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 2000 manat məbləğində kredit götürmüşdür. Şəmilov Faiq İsmixan oğlu xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 olmaqla 4000 manat məbləğində kredit götürmüşdür. Şəmilov Faiq İsmixan oğlu xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 olmaqla 8000 manat məbləğində kredit götürmüşdür. Şəmilov Faiq İsmixan oğlu xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 olmaqla 1600 manat məbləğində kredit götürmüşdür. Şəmilov Faiq İsmixan oğlunun xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696 (altı yüz doxsan altı) manat altmış bir) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744 (üç min yeddi yüz qırx dörd) manat 67 (altmış yeddi) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282 (yeddi min iki yüz səksən iki manat 11 (on bir) qəpik xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borcu, h ər dörd müqavilə üzrə cəmi 12706 (on iki min yeddi yüz altı) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2025ci il tarixli arayışının surətindən görünür ki, Şəmilov Faiq İsmixan oğlu xx.xx.2025-ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılıb. Şəmilov Faiq İsmixan oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq Tərtər rayonu, Xoruzlu kəndində mərhum Şəmilov Faiq İsmixan oğlunun mülkiyyətində olan 5.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu, həmin topraq sahəsində mərhumun anası Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, oğlanları Cavabdeh3, Cavabdeh4 istifadəsində olduğu məlum olmuşdur. Mülki işdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 21 iyun 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Şəmilov Faiq İsmixan oğlununxx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696 (altı yüz doxsan altı) manat altmış bir) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744 (üç min yeddi yüz qırx dörd) manat 67 (altmış yeddi) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282 (yeddi min iki yüz səksən iki manat 11 (on bir) qəpik xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borcu yaranmışdır. Beləliklə, işdə olan sənədlərlə Şəmilov Faiq İsmixan oğlunun İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696 (altı yüz doxsan altı) manat altmış bir) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744 (üç min yeddi yüz qırx dörd) manat 67 (altmış yeddi) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282 (yeddi min iki yüz səksən iki manat 11 (on bir) qəpik xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borcun, Hər dörd müqavilə üzrə cəmi 12706 (on iki min yeddi yüz altı) manat 51 (əlli bir) qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Şəmilov Faiq İsmixan oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vərəsə kimi ondan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696 (altı yüz doxsan altı) manat altmış bir) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744 (üç min yeddi yüz qırx dörd) manat 67 (altmış yeddi) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282 (yeddi min iki yüz səksən iki manat 11 (on bir) qəpik xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borcun, Hər dörd müqavilə üzrə cəmi 12706 (on iki min yeddi yüz altı) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat 12 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 589.55 manat məbləğində kredit borcu, 82,65 manat məbləğində faiz borcu, 24.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 696 (altı yüz doxsan altı) manat altmış bir) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3238.15 manat məbləğində kredit borcu, 387.36 manat məbləğində faiz borcu, 119.16 manat cərimə olmaqla cəmi 3744 (üç min yeddi yüz qırx dörd) manat 67 (altmış yeddi) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6143.11 manat məbləğində kredit borcu, 892.04 manat məbləğində faiz borcu və 246.96 manat məbləğində cərimə borcu olmaqla cəmi 7282 (yeddi min iki yüz səksən iki manat 11 (on bir) qəpik, xx.xx.2024-cü il tarixli 025R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,9 manat məbləğində kredit borcu, 95.92 manat məbləğində faiz borcu, 34.30 manat məbləğində cərimə olmaqla cəmi 983 (doqquz yüz səksən üç) manat 12 (on iki) qəpik məbləğində borc, Hər dörd müqavilə üzrə cəmi 12706 (on iki min yeddi yüz altı) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 (yüz iyirmi səkkiz) manat 12 qəpik (on iki) qəpik pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar