Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1374/2024 13.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı ASC-in Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 375178-CNS-47622 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə banka borclu olduğu 7070,53 manat məbləğində əsas borc, 386,99 manat məbləğində faiz borcu, 249,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 7706,57 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 97,07 manat dövlət rüsumunu Cavabdeh alınaraq İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Bank VTB (Azərbaycan) ASC-in nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı ASC cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə iclası 13 dekabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı tərəf kimi bildirir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbahycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı ilə baxılması mümkündür. Hesab edirlər ki, iddia ərizəsi tam əsaslı və qanunidir. Yuxarıda yazdıqlarını və ilkin ərizədə qeyd etdiklərini nəzərə alaraq bu iş üzrə bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qəgtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “Bank VTB (Azərbaycan” ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında “bank xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 16 faiz hesablanması şərti ilə 48 ay müddətinə 7939 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 7.22.2-ci bəndinə əsasənkredit qaydalarının “cari hesabın”dan kart hesabı”naköçürülməklə) ona verilmişdir. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2024-cü il tarixdən lazımınca icra etməmişvə bunun nəticəsində cavabdehin Banka,ümumilikdə 7706,57 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını (Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 11.1.3-cü bəndinə əsasən”Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kreditalan” tərəfindən 2(iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2(iki) dəfə pozulduqda, Həmin şərtlərin 11.1-ci bəndinə əsasən öhdəliyin icra edilməsinitələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair Müstəri Ərizəsindən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin, yəni “Kredit alan”ın vəzifəsidir. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin müvafiq bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kredirə görə, Nağd pul kredirləri üzrə, hər gecikdirilən gün üçün Ərizə Razılaşdırmada göstərilən cərimə tətbiq edilir.xx.xx.2023-cü il taixli nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,05 AZN məbləğində cərimə hesablanır. Odur ki, Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 375178-CNS-47622 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə banka borclu olduğu 7070,53 manat məbləğində əsas borc, 386,99 manat məbləğində faiz borcu, 249,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 7706,57 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 97,07 manat dövlət rüsumunu Cavabdeh alınaraq İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Mülki işin materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında tədqiq olunan İddiaçı ASC Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 375178-CNS-47622 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə banka borclu olduğu 7070,53 manat məbləğində əsas borc, 386,99 manat məbləğində faiz borcu, 249,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 7706,57 manat pul məbləğində ktedit borcu təşkil edir. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh “Bank VTB (Azərbaycan” ASC-ə 375178-CNZ-47622 saylı, xx.xx.2023-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə olan borcu, 7070,53 manat məbləğində əsas borc, 386,99 manat məbləğində faiz borcu, 249,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 7706,57 manat pul məbləğində ktedit borcu təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh gecikmə borcunu ödəməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Qanunvericiliyin tələblərinə əsasən barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri, iş materialları üzrə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı ASC Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 375178-CNS-47622 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə banka borclu olduğu 7070,53 manat məbləğində əsas borc, 386,99 manat məbləğində faiz borcu, 249,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 7706,57 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 97,07 manat dövlət rüsumunu Cavabdeh alınaraq İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Göstərilənlər məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borcu 7070,53 manat məbləğində əsas borc, 386,99 manat məbləğində faiz borcu, 249,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 7706,57 manat pul məbləğində ktedit borcu təşkil edir. Məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 97 (doxsan yeddi) manat 07 (yeddi) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 375178-CNS-47622 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə banka borclu olduğu 7070,53 manat məbləğində əsas borc, 386,99 manat məbləğində faiz borcu, 249,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 7706,57 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 97,07 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-in xeyrinə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli 375178-CNS-47622 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2024cü il tarixinə banka borclu olduğu 7070,53 manat məbləğində əsas borc, 386,99 manat məbləğində faiz borcu, 249,05 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 7706,57 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 97,07 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-in xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1374/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1374/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver