Məhkəmə qərarları › İş №e-2(061)-1411/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1411/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1411/2025 26.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsi üzrə əsas ödənilməmiş əsas borcun əvəzi qismində 18039 manat 91 qəpik, 1568 manat 95 qəpik faiz borcu olmaqla, cəmi 19608 manat 86 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat 83 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18039 manat 91 qəpik, 1568 manat 95 qəpik faiz borcu olmaqla, cəmi 19608 manat 86 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat 83 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ünvanlayaraq 26 sentyabr 2025-ci il tarixə saat 11:00a təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə iddianı etiraf edərək bildirdi ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə onun arasında bağlanmış 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsinə əsasən o, İddiaçı açıq səhmdar cəmiyyətindən 18800 manat məbləğində pul vəsaitini kredit almışdır. Həmin kredit müqaviləsi üzrə ödənişlərini əvvəllər o, kredit müqaviləsinin əlavəsi olan qrafik üzrə etsə də, sonradan maddi imkanı olmadığına görə ödənişləri vaxtında edə bilməmişdir. Lakin maddi imkanı olduqca kredit borcundan ödənişlər etmişdir. Bundan sonra da o, İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunu hissə-hissə olmaqla tam icra edəcəkdir. Sonda Cavabdeh iddianı iddianın təmin olunmasına razı olduğunu bildirərək, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümyəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh «Exspressbank» açıq səhmdar cəmiyyəti ilə bağladığı 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 22.5% olmaqla, 48 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 18800 manat məbləğində kredit götürmüşdür. İşdə olan 29 noyabr 2024-cü il tarixli kassa məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh «Exspressbank» açıq səhmdar cəmiyyətinin 18800 manat məbləğində nağd pul vəsaitini almışdır. İş materiallarında olan 30 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsi üzrə «Exspressbank» açıq səhmdar cəmiyyətinə borcu əsas borcun əvəzi qismində 18039 manat 91 qəpik, 1568 manat 95 qəpik faiz borcu olmaqla, cəmi 19608 manat 86 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya ödənilməmiş əsas borcun əvəzi qismində 18039 manat 91 qəpik, 1568 manat 95 qəpik faiz borcu olmaqla, cəmi 19608 manat 86 qəpik borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianı etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə, kreditor müqavilə isə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18039 manat 91 qəpik, 1568 manat 95 qəpik faiz borcu olmaqla, cəmi 19608 manat 86 qəpik, məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat 83 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 29 noyabr 2024-cü il tarixli, 900807-573071/3 nömrəli kredit müqaviləsi üzrə əsas ödənilməmiş əsas borcun əvəzi qismində 18039 manat 91 qəpik,1568 manat 95 qəpik faiz borcu olmaqla, cəmi 19608 manat 86 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 manat 83 qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar