Məhkəmə qərarları › İş №e-2(061)-1471/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-1471/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-1471/2025 22.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızı, İddiaçı Cavabdeh1 ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, “X2” ASC-nə qarşı “adına olan borc qeydlərinin silinməsi və bu məlumatların bank sistemindən çıxarılması, borcu olmadığına görə borcsuzluq arayışının verilməsi, kredit alma hüququnun təmin edilməsi, bank kreditləri ala bilməməsi nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 manat pul vəsaitinin cavabdehlərdən tutulması, işlə bağlı çəkdiyi əlavə maddi və mənəvi zərərə görə müvafiq təzminatın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı, Atayeva X1 Kredit Reyestrində adına olan borc qeydlərinin silinməsi və bu məlumatın bank sistemindən çıxarılması, ona borcunun olmadığına dair borcsuzluq arayışının verilməsi və kredit almaq hüquqlarının bərpa edilməsi, bank kreditlərini ala bilmədiyi üçün ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi işlə bağlı çəkdiyi əlavə maddi və mənəvi zərərə görə müvafiq təzminatın ödənilməsi barədə qətnamə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, cavabdehlər, Cavabdeh1 ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, “X2” ASC-nin hüquqi ünvanlarının olduğu yerin məhkəməsində iddia qaldırmaq hüququ İddiaçı izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, “X2” ASC-nə qarşı “adına olan borc qeydlərinin silinməsi və bu məlumatların bank sistemindən çıxarılması, borcu olmadığına görə borcsuzluq arayışının verilməsi, kredit alma hüququnun təmin edilməsi, bank kreditləri ala bilməməsi nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 manat pul vəsaitinin cavabdehlərdən tutulması, işlə bağlı çəkdiyi əlavə maddi və mənəvi zərərə görə müvafiq təzminatın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, cavabdehlərə qarşı onların hüquqi ünvanlarının olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar