Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-152/2025 03.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC adlandırılacaq) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, faizlərin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, faizlərin və cərimənin ödənilməsi üzrə yaranmış borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCin xeyrinə 5045 (beş min qırx beş) manat 77 (yetmiş yeddi) qəpik məbləğində əsas kredit borcunun, 303 (üç yüz üç) manat 12 (on iki) qəpik faiz borcunun, 14 (on dörd) manat 62 (altmış iki) qəpik cərimənin, ümumilikdə 5363 (beş min üç yüz altmış üç) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaitinin, ödənilmiş 73 (yetmiş üç) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 11160621-********** saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 11160621-********** saylı kredit limiti razəılaşmasına xx.xx.2024-cü il tarixində restrukturizasiya müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə 11FİZAM196031301 saylı zaminlik müqaviləsi bağlanmış və kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzrərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-ə 5045,77 manat məbləğində əsas kredit borcu 303,12 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 14,62 manat cərimə borcu olmaqla, cəmi 5363, 51 manat məbləğində borcu qalmaqdadır. Tələbin əsaslılığını təsdiq edən sənədlər kredit limiti razılaşması və ona əlavə restrukturizasiya müqaviləsi və ödəniş cədvəli borc haqqında arayış, bank hesabından çıxarışdan ibarətdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 5045 (beş min qırx beş) manat 77 (yetmiş yeddi) qəpik məbləğində əsas kredit borcunun, 303 (üç yüz üç) manat 12 (on iki) qəpik faiz borcunun, 14 (on dörd) manat 62 (altmış iki) qəpik cərimənin, ümumilikdə 5363 (beş min üç yüz altmış üç) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaitinin, ödənilmiş 73 (yetmiş üç) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmədə olmaları barədə məhkəmə bildirişləri göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxlmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, digər cavabdeh onun bacıdır, imkanı olmadığına görə borcu ödəyə bilməmişdir. Gələcəkdə borcunu ödəyəcəyinə söz vermişdir. Növbəti məhkəmə iclasında iştirak edə bilməsə iştirakları olmadan iddianın təmin olunmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmədə elan olunmuş kredit limiti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 11160621-********** saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Məhkəmədə elan olunmuş kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023cü il tarixli SMS razılaşmasının surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5045 (beş min qırx beş) manat 77 (yetmiş yeddi) qəpik məbləğində əsas kredit borcunun, 303 (üç yüz üç) manat 12 (on iki) qəpik faiz borcunun, 14 (on dörd) manat 62 (altmış iki) qəpik cərimənin, ümumilikdə 5363 (beş min üç yüz altmış üç) manat 51 (əlli bir) qəpik məbləğində borcu qalmaqdadır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli 11160621-********** saylı kredit limiti razəılaşmasının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2024cü il tarixində restrukturizasiya müqaviləsi imzalanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli 11FİZAM196031301 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə digər Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə 11FİZAM196031301 saylı zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh2 banka olan borcunu 3 gün müddətində ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin ərizəsini, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 11160621-********** saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 11160621- ********** saylı kredit limiti razəılaşmasına xx.xx.2024-cü il tarixində restrukturizasiya müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə 11FİZAM196031301 saylı zaminlik müqaviləsi bağlanmış və kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzrərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-ə 5045,77 manat məbləğində əsas kredit borcu 303,12 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 14,62 manat cərimə borcu olmaqla, cəmi 5363,51 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçı məhkəmədə sözügedən iddianı qaldırmışdır. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə olan əsas borcu 5045,77 manat məbləğində əsas kredit borcu 303,12 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 14,62 manat cərimə borcu olmaqla, cəmi 5363,51 manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehlərə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə,müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin,boc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 73 (yetmiş üç) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsindən, cavabdehin ərizəsindən və iş materiallarından müəyyən edildi ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5045 (beş min qırx beş) manat 77 (yetmiş yeddi) qəpik məbləğində əsas kredit borcu, 303 (üç yüz üç) manat 12 (on iki) qəpik faiz borcu, 14 (on dörd) manat 62 (altmış iki) qəpik cərimə, ümumilikdə 5363 (beş min üç yüz altmış üç) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 73 (yetmiş üç) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu tutularaq İddiaçı ASC-in xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5045 (beş min qırx beş) manat 77 (yetmiş yeddi) qəpik məbləğində əsas kredit borcu, 303 (üç yüz üç) manat 12 (on iki) qəpik faiz borcu, 14 (on dörd) manat 62 (altmış iki) qəpik cərimə, ümumilikdə 5363 (beş min üç yüz altmış üç) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 73 (yetmiş üç) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu tutulsun İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-152/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-152/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver