Məhkəmə qərarları › İş №e-2(061)-1662/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1662/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1662/2025 02.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra İddiaçı QSC BOKT adlandırılacaq) səlahiyyətli nümayəndəsi X4 oğlunun, Cavabdeh1 iştirakları ilə İddiaçı QSC BOKT-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC BOKT Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən əsas borc üzrə 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik məbləğinin və 73 (yetmiş üç) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı QSC BOKT-ın səlahiyyətli nümayəndəsi X3 iddianı müadfiə edərək göstərmişdir ki, "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2025-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar Cavabdeh2 problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli, S-FK-YEV-38 saylı təhviltəslim aktı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Akta əsasən Cavabdeh2 təhviltəslim olunan tarixə "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialına cəmi 6600 manat məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh2 ilə "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı arasında bağlanmış 12 mart 2015-ci tarixli, 69-12.03.-2015-SM111 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. Bağlanmış 12 mart 2015-ci tarixli, 69-12.03.-2015-SM111 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC BOKT-a olan əsas borcu 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik təşkil etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixli, 69-xx.xx- 2015-SM111 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Dəfələrlə cavabdehlərə şifahi formada məlumat verilmiş, yazılı bildirişlər göndərilsə də, qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh2 ilə "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı arasında bağlanmış 12 mart 2015-ci tarixli, 69-12.03.-2015- SM111 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. Hazırda İddiaçı QSC BOKT-a olan əsas borcu 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik təşkil etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 maddi və ailə vəziyyəti ilə bağlı krediti ödəyə bilməmişdir. İddia tələbini gələcəkdə hissə-hissə ödəyəcəyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 "xxxx"n Açıq Səhmdar Cəmiyyətindən 6600 manat kredit götürdüyünü, xəstəliyinə görə ordu sıralarından tərxis olunduğundan, ailə vəziyyəti çənləşdiyi üçün kredit öhdəliyini yerinə yetirə bilməmişdir. Gələcəkdə hər ay 50 manat olmaqla kredit borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2017-ci il tarixli S-FH-YEV-38 saylı aktın surətindən görünür ki, "xxxx"n Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı QSC BOKT arasında təhvil-təslim aktı imzalanmışdır. Məhkəmədə elan olunmuş 12 mart 2015-ci tarixli, 69-12.03.-2015-SM111 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx"n Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsində göstərilən şərtlər altında ona 6600 manat kredit verilmişdir. Hər iki tərəf müqaviləni imzalamışlar. Məhkəmədə elan olunmuş 12 mart 2015-ci tarixli, 69-12.03.-2015-SM111 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx"n Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Hər iki tərəf müqaviləni imzalamışlar. Məhkəmədə elan olunmuş 23 iyul 2025-ci tarixli Cavabdeh2 ünvanlanmış məlumatın surətindən görünür ki, Cavabdeh2 İddiaçı QSC BOKT-a əsas borc üzrə 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik borcu olması barədə məlumat verilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatını və onların məhkəməyə təqdim etdikləri ərizəni dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2025-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar Cavabdeh2 problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli, S-FK-YEV-38 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Akta əsasən Cavabdeh2 təhvil-təslim olunan tarixə "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialına cəmi 6600 manat məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh2 ilə "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı arasında bağlanmış 12 mart 2015-ci tarixli, 69-12.03.-2015-SM111 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. Bağlanmış 12 mart 2015-ci tarixli, 69-12.03.-2015-SM111 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC BOKT-a olan əsas borcu 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik təşkil etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx"n Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixli, 69-xx.xx-2015-SM111 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da o, kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 İddiaçı QSC BOKT-a əsas borc üzrə 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik təşkil etmişdir. Bundan sonra cavabdeh X1 ödəniş etməmişdir. Cavabdehlərə ödənişləri etmək məqsədi ilə xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq onlar heç bir ödəmə aparmamışlar. Odur ki iddiaçı sözügedən iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı cavabdeh iddianı etiraf etmiş və borcunu gələcəkdə hissə-hissə və hər ay 50 manat olmaqla ödəyəcəyini bidirmişdir. Beləliklə, cavabdehin müqavilə üzrə iddiaçı tərəfə borcu ümumilikdə 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir kiİddiaçı QSC BOKT haqlı olaraq cavabdehlərə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı iddia ərizəsində ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini də xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı QSC BOKT iddia qaldırılması ilə bağlı məhkəməyə 73 (yetmiş üç) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 73 (yetmiş üç) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatından və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik məbləğinin və 73 (yetmiş üç) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-a verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 4511 (dörd min beş yüz on bir) manat 85 (səksən beş) qəpik, faiz borcu üzrə 753 (yeddi yüz əlli üç) manat 88 (səksən səkkiz) qəpik, ümumilikdə 5265 (beş min iki yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti və 73 (yetmiş üç) manat dövlət rüsumu alınsın İddiaçı QSC BOKT-a verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar