Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-1701/2024 12.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı QSC-in Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat tələbinə dair iddiası üzrə işə açıq məhkəmə binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC-in Cavabdeh qarşı Cavabdeh İddiaçı QSC-in xeyrinə 2158,85 manat məbləğində kredit borcu, 152,70 manat məbləğində faiz və 22,86 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2334 (iki min üç yüz otuz dörd) manat 41 (qırx bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 43 (qırx üç) manat 35 (otuz beş) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-in ərizəsindən görünür ki, İddiaçı QSC-in Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki mülki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş və onun banka borcu qalmamışdır. Odur ki, həmin mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri İddiaçı QSC-nə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 43 (qırx üç) manat 35 (otuz beş) qəpik dövlət rüsumu İddiaçı QSC-ə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı QSC-in Cavabdeh qarşı Cavabdeh İddiaçı QSC-in xeyrinə 2158,85 manat məbləğində kredit borcu, 152,70 manat məbləğində faiz və 22,86 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2334 (iki min üç yüz otuz dörd) manat 41 (qırx bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 43 (qırx üç) manat 35 (otuz beş) qəpik məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın, iddia tələbi baxılmamış saxlanılsın. Ödənilmiş 43 (qırx üç) manat 35 (otuz beş) qəpik dövlət rüsumu İddiaçı QSC-ə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1701/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-1701/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver