Məhkəmə qərarları › İş №e-2(061)-1776/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-1776/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-1776/2025 24.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə Cavabdeh3 Məhiyyəddin qızının iştirakı ilə, İddiaçı Unibank” Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh3 Məhiyyəddin qızı, Cavabdeh2 Əhliman qızı və Cavabdeh1 qarşı “kreditin, kredit faizinin və cərimənin tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh3 Məhiyyəddin qızı, Cavabdeh2 Əhliman qızı və Cavabdeh1 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 9997,99 manat, faiz borcuna görə 1106,15 manat, cəriməyə görə 168,33 manat, cəmi 11272,47 manat və dövlət rüsumuna görə 124,22 manat pulun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında araşdırılan iş materiallarından və Cavabdeh3 Məhiyyəddin qızının verdiyi məlumatlardan müəyyən olundu ki, sözügedən kredit sahibkarlıq məqsədi ilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, yuxarıda istinad olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibəti sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya hüquq münasibəti olduğundan mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət vermə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44.2, 45.2. 45.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Unibank” Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh3 Məhiyyəddin qızı, Cavabdeh2 Əhliman qızı və Cavabdeh1 qarşı “kreditin, kredit faizinin və cərimənin tələbi”nə dair iddia ərizəsi üzrə 2(061)-1776/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar