Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1781/2025 10.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə ərizəsi üzrə mülki işin materiallarını açıq məhkəmə iclasında nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməklə ona vurulmuş ziyana görə 3500 manat və 55 manat dövlət rüsumunun, cəmi 3555 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə ehtiyac olduğu üçün ona məxsus “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VW SE69M12040930 olan avtomobilini satış məqsədi ilə Bərdə avtomobil bazarında satmaq fikrinə düşmüşdür. Bərdə maşın bazarında təsadüfən Tərtər rayon Ələsgərli kənd sakini, hazırki iş üzrə Cavabdeh ilə rastlaşmışdır. Avtomobil bazarında özünə məxsus avtomobilində əyləşdiyi vaxt Yadigar adlı şəxs yaxınlaşaraq avtomobilin şüşəsini döyərək, avtomobilini neçəyə satmaq istədiyini soruşmuşdur. Yadigar onda pul olmadığını, lakin ona məxsus “VAZ 2106” minik markalı 04BX759 dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobilini onun avtomobili ilə dəyişmək istədiyini bildirmişdir. Ona avtomobilini nəzarətdən keçirib, ondan sonra bir söz deyəcəyini demişdir. Yadıgarı tanımadığı bir ustanı öz yanında gətirərək, ona məxsus avtomobili tam nəzərdən keçirdikdən sonra avtomobili yoxlamaq məqsədi ilə magistralda hərəkət etməyə başlamışdır. Onlar yenidən avtomobil bazarına qayıtmışlar. O da öz növbəsində Yadigarın avtomobilini yoxlamışdır. Cavabdehlə avtomobilini dəyişəndə 500 manat pul istəmişdir. Yadigar 200 manat pulunun olduğunu bildirdikdə onunla razılaşmış və 200 manatı ondan almışdır. Tam razılaşdırdan sonra “ASAN-xidmət” mərkəzində biri-birilərinə etibnarnamə vermişlər. Təqribən 15 gündən sonra şaxtalı bir qış günündə Cavabdeh ona zəng edərək satdığı avtomobilin blokunun partladığını bildirmişdir. Cavabdeh ona avtomobilin blokunda su qaldığından partladığını bildirdikdə həmin qüsurun onun təqsiri ucbatından yarandığını demişdir. Bu hadisədən sonra aralarında avtomobillə bağlı mübahisə yaranmışdır. Cavabdehlə razılaşaraq dəyişdirdikləri avtomobilləri geri qaytarmayacaqları barədə razılaşmışlar. Ancaq cavabdah ona qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra o da Tərtər Rayon Məhkəməsində ona qarşı avtomobilin qaytarılması ilə bağlı iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsinin 2(061)- 895/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə “VOLSWAGEN JETTA” minik markalı **-KL- *** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VW SE69M12040930 olan avtomobilin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Avtomobil ona qaytarılıdıqdan sonra ona məlum olmuşdur ki, “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili cavabdeh tərəfindən nasaz vəzəyyətə salınmış və nəqliyat vasitəsi işlək vəziyyətdə deyildir. 20 gün sonra cavabdeh oa zəng edərək avtomobilin su axıtdığını bildirmişdir. Faktiki olaraq avtomobilində mühərrik bloku, mühərrik blokunun ara qatı, mühərrik yağı filter ilə, surətlər qutusunun yağı filter ilə, alın şüşəsi yapşıdırıcı germet ilə, bobin, alışdırma şamları, ağ duman farası, ön panperin işıq əksetdiricisi, antifris, hava və su xortumları, ön bamperin təmiri və rənglənməsi damın lak örtüyünün bərpası, mühərrikin sökülüb yığılması, sürətlər qutusunun sökülüb yığılması və torpedin sökülüb yığılması diaqnostika kimi nasazlıqlar mövcuddur və bütün bu yararsızlıqlar cavabdeh tərəfindən avtomobil onun istifadəsində olarkən yaranmışdır. Cavabdeh faktiki olaraq ona mülkiyyət hüququ ilə ona məxsus olan nəqliyyat vasitəsindən yararlı şəkildə istifadə etməsinə maneə yaratmışdır. Göstırdiklərinə əsasən iş üzrə cavabdeh Tərtər rayon Bayandur kəndi qeydiyyatlı Cavabdeh iş üzrə avtomobil əmtəəşanaslıq ekspertizası təyin edilməklə ona vurulmuş ziyana görə 3500 manat və 55 manat dövlət rüsumunun, ümumilikdə 3555 manat pul məbləğinin onun xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək izahatında iddia tələblərini tam qanuni və əsaslı hesab etmiş, iddia ərizəsində qeyd etdikləri halları bir daha təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü ildə ehtiyac olduğu üçün ona məxsus “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VW SE69M12040930 olan avtomobilini satış məqsədi ilə Bərdə avtomobil bazarında satmaq fikrinə düşmüşdür. Bərdə maşın bazarında təsadüfən Tərtər rayon Ələsgərli kənd sakini, hazırki iş üzrə Cavabdeh ilə rastlaşmışdır. Yadigarla ona məxsus “VAZ 2106” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobilini onun avtomobili ilə dəyişmişdir. Lakin az bir müddət keçmiş cavabdeh avtomobilin su axıtdığını bildirmişdir. Onlar avtomobilləri qaytarmayacaqları barədə razılığa gəlmələrinə baxmayaraq cavabdeh Bərdə Rayon Məhkəməsində ona qarşı avtomobil tələbi ilə bağlı iddia qaldırmış, o da Tərtər Rayon Məhkəməsində ona qarşı avtomobil tələbi ilə bağlı iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsində avtomobilin alınıb ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Avtomobili qəbul etdikdən sonra cavabdeh tərəfindən avtomobilə 3500 manat ziyan dəydiyi müəyyənləşdirilmişdir. Həmin ziyanı cavabdehdən tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə heç bir ədavətləri olmamışdır. Onu avtomobilləri dəyişdikdən sonra tanımışdır. xx.xx.2024cü il tarixdə “VAZ-2106” ** BX *** nömrə nişanlı avtomobilini Bərdə bazarında satmaq aparmışdır. Orada İddiaçılə tanış olmuşdur. Həmin vaxt İddiaçı idarə etdiyi “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili satmaq üçün avromobil bazarına gətirmişdir. Onlar avtomobillərə baxmadaq dəyişmək qərarına gəlmişlər. Bərdə regional “ASAN-xidmət” mərkəzinə gedib etibarnamə almışlar. Avtomobilə yaxınlaşanda altından su axdığını görmüş və İddiaçı bunu soruşduqda ona peçin rezin borusundan su axdığını bildirmişdir. İddiaçı bunu deyib yas mərasimləri olduğunu bildirmiş və getmişdir. Avtomobilə əyləşdikdə pis vəziyyətdə olduğunu görmüşdür. Dəfələrlə İddiaçı zəng etsə də telefonuna zəng çatmamışdır. Bundan sonra məcbur olub Bərdə regional “ASAN-xidmət” mərkəzinə gedib etibarnami ləğv etdirmək istəmiş, lakin vəsiqəsini tapmadığından qalmışdır. Avtomobili digər avtpomobilə qoşub çətinliklə Tərtər rayonuna ustanın yanına gətirmişdir. Həmin gün yəni, xx.xx.2024-cü il tarixdə avtomobilə baxış keçirdikdə müəyyən olmuşdur ki, avtomobilin mühərrikində çat olduğundan qaynaq və yapşdırıcı vasitəsi ilə yapışdırılmışdır. O, bununla bağlı Bərdə rayon Polis Şöbəsinə şikayət etmişdir. xx.xx.2024-cü il tarixldə İddiaçı başqa bir telefonla zəng vurmuşdur. İddiaçı zəngə cavab verdikdə onu aldatdığını, mühərrikə yamaq vurduğunu bildirmişdir. İddiaçı ona Bərdə şəhəri, Füzuli küçəsində onun usta dostu olduğunu və avtomobili düzəltməyi ondan xahiş etdiyini və onun yanına aparmasını bildirmişdir. O, bu təklifə etiraz etmiş və avtomobili qaytarmasını tələb etmişdir. İddiaçı avtomobili qaytarmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixdə etibarnaməni ləğv etdirmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Avtomobili polis vasitəsi ilə ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə işə baxılmış və iddiası təmin edilmişdir. İddiaçı avtomobilini geri alsa da onun avtomobilini geri qaytarmamışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı onun yaşadığı ünvana gələrək “VOLSWAGEN JETTA” minik markalı avtomobilin mühərikinin yamayıb ona vercəklərini bildirsələr də buna razı olmamışdır. Həmin vaxt İddiaçı onu hədələyərək “avtomobili akt edəcəyəm belinə” demişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi saxta arayışda onun üstünə gətirdiyi usta tərəfindən onun avtomobilini batırıb, guya ona ziyan vurması ilə bağlı məhkəmədə ona qarşı iddia qaldırmışdır. Onun iddiası əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Tərtər rayon Bayandur kəndində xx.xx.2025-ci il tarixdə icra məmurunun iddiaçı, cavabdeh və hal şahidinin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tələbkar İddiaçı təhvil verilmişdir. İştirakçılar eləcə də İddiaçı tərəfindən aktı imzalanmışdır. İş materiallarında olan qüsur aktında “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2011-ci il buraxılışlı avtomobildə olan qüsurlar mühərrik bloku, mühərrik blokunun ara qatı, mühərrik yağı filter ilə, surətlər qutusunun yağı filter ilə, alın şüşəsi yapşıdırıcı germet ilə, bobin, alışdırma şamları, ağ duman farası, ön panperin işıq əksetdiricisi, antifris, hava və su xortumları, ön bamperin təmiri və rənglənməsi damın lak örtüyünün bərpası, mühərrikin sökülüb yığılması, sürətlər qutusunun sökülüb yığılması və torpedin sökülüb yığılması diaqnostika kimi nasazlıqlar göstərilmişdir. İş materiallarında olan avtomobilin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VW SE69M12040930 olan avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)- 895/2025 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş Cavabdeh “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VW SE69M12040930 olan avtomobilin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan “Av avtovaz texniki xidməti sənaye ticarət birliyi tərtər texniki xidmət sahəsi” tərəfindən verilmiş 664 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin arayış Cavabdeh ondan ötəri ki, etibarnaməyə əsasən idarə etdiyi “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 12 yanvar 2024-cü il tarixdə “Av avtovaz texniki xidməti sənaye ticarət birliyi tərtər texniki xidmət sahəsi”nə gətirilən zaman avtomobilə baxış keçirilmişdir. Avtomobilin blok silindri çat olduğu üçün qaynaq işi aparılmışdır. Blok silindr təmir olunsa da istifadəyə yararsızdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(021)- 590/2025 saylı qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı “VAZ-2106” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı avtomobil və 100 manat pul alınaraq Cavabdeh ödənilməlidir. Borclu İddiaçı Bərdə Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli icra sənədi üzrə tələbkara olan borcu heç bir üzürlü səbəb olmadan ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İddiaçı Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 662/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 16 iyul 2024cü il tarixli 2(021)-1031/2024 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(021)-1031/2024 saylı qətnaməsi Cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(061)- 1781/2025 saylı qərardadı ilə e-2(061)-1781/2025 saylı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspaertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Tərtər Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2026-cı il tarixli məktubla Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(061)-1781/2025 saylı qərardadı icra edilmədən mülki işlə birlikd geri qaytarılmışdır. Məhkəmə iddiaçınırı və cavabdehin izahatlarını dinlədikdən sonra məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. Beləliklə müəyyən edildi ki, iddiaçı və cavabdeh aralarında xx.xx.2024-cü il tarixdə olan razılaşmaya əsasən özlərinə məxsus avtomobilləri, yəni iddiaçı özünə məxsus olan “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VW SE69M12040930 olan avtomobilini cavabdehə məxsus olan “VAZ-2106” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı avtomobillə dəyişmişlər. Həmin tarixdə Cavabdeh “VOLSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan nasazlığa görə “av avtovaz texniki xidməti sənaye ticarət birliyi tərtər texniki xidmət sahəsi”nə müraciət etmişdir. Avtomobilə mütəxəssis tərəfindən baxış keçirilmiş və nəticədə avtomobilin blok silindrində çat olduğu üçün qaynaq işi aparılmış, blok silindr təmir olunsa da istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Bu hal məhkəmədə elan olunmuş “Av avtovaz texniki xidməti sənaye ticarət birliyi tərtər texniki xidmət sahəsi” tərəfindən verilmiş 664 saylı xx.xx.2024-cü il tarixli arayışla təsdiq olunmuşdur. İddiaçı iddia tələbində mühərrik bloku, mühərrik blokunun ara qatı, mühərrik yağı filter ilə, surətlər qutusunun yağı filter ilə, alın şüşəsi yapşıdırıcı germet ilə, bobin, alışdırma şamları, ağ duman farası, ön panperin işıq əksetdiricisi, antifris, hava və su xortumları, ön bamperin təmiri və rənglənməsi damın lak örtüyünün bərpası, mühərrikin sökülüb yığılması, sürətlər qutusunun sökülüb yığılması və torpedin sökülüb yığılması diaqnostika kimi nasazlıqlar olduğunu göstərsə belə, bununla bağlı hər hyansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, eləsə də avtomobillərin dəyişdirilməsi zamanı hər hansı bir təhvil-təslimlə bağlı akt və ya digər qeydiyyat aparılmamışdır. İddiaçı yalnız öz şəxsi mülahizələrinə əsaslanmaqla izahat vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının avtomobilində olan nasazlıqların cavabdehin təqsiri ucbatından yaranmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını, sənədlərin təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçının avtomobilində olan nasazlıqların cavabdehin təqsiri ucbatından yaranmasını və cavabdehin avtomobili dəyişdikdən dərhal sonra mütəxəssis rəyini alması və həmin rəyə əsasən avtomobilin blok silindirdə çatın oması və blok silindirin yararsız olması barədə təqdim etdiyi arayışı ziddiyyətli hallar kimi qiymətləndirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim edilən sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məqsədəmüvafiq deyildir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslışübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyası müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan respublikasının Ali Məhkəməsinin Plenumunun 33 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-də Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuristiksiyasının məcburiliyini tanıyır.Azərbaycan Respublikası Konvensiyanın ratifikasiya etdiyi dövrdən sonra yuristiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildəöz işini təqdim etmək imkanının verilməsini tələb edir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırmaları zamanı aydın olmuşdur ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməklə ona vurulmuş ziyana görə 3500 (üç min beş yüz) manat və 55 (əlli beş) manat dövlət rüsumunun, cəmi 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməklə ona vurulmuş ziyana görə 3500 (üç min beş yüz) manat və 55 (əlli beş) manat dövlət rüsumunun, cəmi 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1781/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1781/2025
10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver