Məhkəmə qərarları › İş №e-2(061)-18/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-18/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-18/2025 13.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Cavabdeh iştirakı ilə ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 13 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 8791 manat, faizə görə 1263,44 manat, cəriməyə görə 602,53 manat, cəmi 10656,97 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 122,38 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2025-ci il tarixədək, illik 18 faiz dərəcəsi ilə 8791 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq qrafiq üzrə hissə-hissə ödəməni həyata keçirməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 8791 manat, faizə görə 1263,44 manat, cəriməyə görə 602,53 manat, cəmi 10656,97 manat borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edib, məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, əsas borca görə 8791 manat, faizə görə 1263,44 manat pulu ödəməyə razı olduğunu bildirmiş, cərimənin isə azaldılmasını xahiş etmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi cavabdeh kreditin və onun faizini vaxtında ödəməmişdir. Bununla da, o, kredit müqaviləsinin şərtlərini pozmuşdur. Ona görə də iddiaçının kreditin, kredit faizlərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsinə dair izahatını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, həqiqətən cavabdeh iddiaçıdan aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2025-ci il tarixədək, illik 18 faiz dərəcəsi ilə 8791 manat anat məbləğində kredit götürmüş, lakin, öhdəliklərinə lazımınca əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7871 saylı, xx.xx.2024-cü il tarixli rəyinə və ekspertiza xərclərinə dair bildirişə əsasən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka əsas borc üzrə 8791,00 manat, faiz borcu üzrə 1265,90 manat, cəmi borc 10056,90 manat, iş üzrə keçrilmiş məhkəmə-mühasibatlıq ekspertizasplarının ümumi dəyəri 100 manat təşkil edir. İddia ərizəsində göstərilən və müdafiə edilən əsas kredit və faiz borcu ilə məhkəmə prosesinin gedişində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuş əsas kredit və faiz borcu arasındakı fərqə gəlincə məhkəmə hesab edir ki, verilmiş kredit və ona hesablanan faiz məbləği iddiaçının mülkiyyətidir. İddiaçı öz mülkiyyətinə başqalarının hüququna toxunmadan öz istədiyi kimi sərəncam verə bilər. Hazırkı halda iddiaçının məhkəmə-mühasibatlıq ekspertizasının müəyyən etdiyi faiz məbləğındən 2,46 manat az miqdarada pul tələb etməsi iddiaçının hüququna aid olan məsələdir. Mülki prosesual qanunvericiliyə əsasən məhkəmələrdə mülki işlərin başlanması, iddia tələbinin həcminin artırılması və azaldılması, iddia tələbindən tam və ya qismən imtina etmək, mübahisənin barışıq sazişi ilə bitirmək iddiaçının sərəncamı ilə mümkün olduğundan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbini dəyişdirmədən hazırkı vəziyyətdə, yəni iddia ərizəsində göstərilən tələblər çərçivəsində iddianı müdafiə etməsi hüquqa zidd deyildir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən, yəni həm əsas, həm də faiz borcuna dair hissədə iddia ərizəsində göstərilən məbləğdə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia dəbbə puluna dair hissədə qismən təmin edilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin iddianı qismən etirafı təsdiq olunmalı və iddia qismən təmin edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, (10114,44 manat (qət edilən məbləğ) x 100 : 10656,97 manat (iddia olunan məbləğ) = 94,9%; 94,9% x 122,38 AZN (ödənilmiş dövlət rüsumu) : 100 = 116,13 manat) iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumuna görə 116,13 manat cavabdedən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan 6,25 manat hissədə isə iddiaçıya aid edilməlidir. O cümlədən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə ödənilməli olan 100 manat puldan 94,9 manat hissəsi Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən, 5,1 manat hissəsi isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52.2, 191.3, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Cavabdehin iddianı qismən etiraf etməsi təsdiq olunsun və iddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 8791,00 manat, faizə görə 1263,44 manat, cəriməyə görə 60 manat, cəmi 10114,44 manat borc və ödənilmiş dövlət rüsumuna görə 116,13 manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan 6,25 manat hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə ödənilməli olan 100 manat puldan 94,9 manat məbləğində hissəsi Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən, 5,1 manat hissəsi isə iddiaçıdan tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar