Məhkəmə qərarları › İş №e-2(061)-1825/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1825/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1825/2025 15.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “X1 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı “X1 Kredit Təşkilatı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borca görə 4509,79 manat, faiz borcuna görə 1800,30 manat, cəmi 6310,09 manat borc və dövlət rüsumuna görə 83,11 manat pulun tutularaq “X1 Kredit Təşkilatı” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Kredit Təşkilatı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MR0021409-2024 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürürmüşdür. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli, ZM1-MR0021409-2024 saylı zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtini pozaraq öhdəliklərini vaxtında və lazımınca icra etməmişlər. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 4509,79 manat, faiz borcuna görə 1800,30 manat, cəmi 6310,09 manat borcu yaranmışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf edib, məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, əsas borca görə 4930 manat, faiz borcuna görə 1863 manat, cəriməyə görə əsas borca görə 4509,79 manat, faiz borcuna görə 1800,30 manat, cəmi 6310,09 manat borc və dövlət rüsumuna görə 83,11 manat pulu iddiaçıya ödəməyə razı olduğunu bildirmişlər. Məhkəmə cavabdehlərin iddianı etiraf etməsinə dair izahatlarını dinləyib, iddianın etiraf edilməsinə dair xx.xx.2025-ci il tarixli ərizələrni, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, aralarında bağlanmış xx.xx.2024cü il tarixli, MR0021409-2024 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürürmüşdür. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli, ZM1-MR0021409-2024 saylı zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtini pozaraq öhdəliklərini vaxtında və lazımınca icra etməmişlər. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 4509,79 manat, faiz borcuna görə 1800,30 manat, cəmi 6310,09 manat borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Məhkəmə iclasında cavabdehlər məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişlər. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlər krediti və onun faizini vaxtında ödəməmişlər. Bununla da, onlar kredeit və zaminlik müqavilələrinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Ona görə də iddiaçının kreditin, kredit faizlərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehlərin iddianı etirafı təsdiq olunmalı və iddia tam təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52.2, 192.3, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlərin iddianı etiraf etməsi təsdiq edilsin və iddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 4509,79 manat, faiz borcuna görə 1800,30 manat, cəmi 6310,09 manat borc və dövlət rüsumuna görə 83,11 manat pul müştərək qaydada tutularaq iddiaçı “X1 Kredit Təşkilatı” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar