Məhkəmə qərarları › İş №e-2(061)-1828/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1828/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1828/2025 26.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-in, Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cəmi 1973,30 (min doqquz yüz yetmiş üç dollar 30 sent) ABŞ dolları-bundan 667,43 (altı yüz altmış yeddi dollar, 43sent) ABŞ dolları əsas, 387,50 (üç yüz səksən yeddi dollar, 50 sent) ABŞ dolları faiz, 811,90 (səkkiz yüz on bir dollar 90 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 106,47 (yüz altı dollar 47 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 53 (əlli üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumunun Cavabdeh müştərək qaydada tutularaq, X10 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. LPO İddiaçı ASC məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, LPO İddiaçı ASC cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf kimi bildirir ki, məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilib və iddialarının tam təmin olunması barədə qəgtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı ASC ilə cavabdeh Əmiraslanov Köçəri Bəkir oğlunun arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 2596 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödəməli olmuşdur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin kreditdən istifadəyə görə faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. LPO İddiaçı ASCin ləğvedici əmanətlərin səğortalanması fondu tərəfindən cavabdehlər Əmiraslanov Köçəri Bəkir oğluna və qeyrisinə qarşı kredit borcunun qaytarılması ilkin olaraq 12-5/2-8678/2025 nömrəli xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin e-2(072)-522/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-in ləğvedici əmanətlərin səğortalanması fondunun cavabdehlər Əmiraslanov Köçəri Bəkir oğluna və X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata cavabdeh Əmiraslanov Köçəri Bəkir oğluna münasibətdə xitam verilmiş, iddiaçı LPO İddiaçı ASC-in ləğvedici əmanətlərin səğortalanması fondunun cavabdehlər Əmiraslanov Köçəri Bəkir oğluna və X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın cavabdeh X1 münasibətdə davam etdirilməsi qərara alınmışdır. Həmin Məhkəmənin e-2(072)-522/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia rədd edilmişdir. Bundan sonra bank tərəfindən Əmiraslanov Köçəri Bəkir oğlunun vərəsələrini müəyyən etmək məqsədi ilə Bakı şəhəri 17 saylı notariat ofisinə sorğu edilmiş, 607 nömrə xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan məlum olmuşdur ki, Cavabdeh qanun üzrə vərəsə kimi qeydiyyata alınmış, ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmiş və həmin şəhadətnamə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixə Əmiraslanov Köçəri Bəkir oğlunun kredit üzrə cəmi 1973,30 (min doqquz yüz yetmiş üç dollar 30 sent) ABŞ dolları-bundan 667,43 (altı yüz altmış yeddi dollar, 43sent) ABŞ dolları əsas, 387,50 (üç yüz səksən yeddi dollar, 50 sent) ABŞ dolları faiz, 811,90 (səkkiz yüz on bir dollar 90 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 106,47 (yüz altı dollar 47 sent) ABŞ dolları faiz borcu təşkil etmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh cəmi 1973,30 (min doqquz yüz yetmiş üç dollar 30 sent) ABŞ dolları-bundan 667,43 (altı yüz altmış yeddi dollar, 43sent) ABŞ dolları əsas, 387,50 (üç yüz səksən yeddi dollar, 50 sent) ABŞ dolları faiz, 811,90 (səkkiz yüz on bir dollar 90 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 106,47 (yüz altı dollar 47 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 53 (əlli üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumunun Cavabdeh müştərək qaydada tutularaq, X10 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirşdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş iddiaçı LPO İddiaçı ASC ilə Əmiraslanov Köçəri Bəkir oğlu arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş iddiaçı LPO İddiaçı ASC ilə Əmiraslanov Köçəri Bəkir oğlu arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 2596 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödəməli olmuşdur. Məhkəmədə elan olunmuş xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Əmiraslanov Köçəri Bəkir oğlu 2100 ABŞ dollarını X10 İddiaçı ASC-dən almışdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, 17 saylı notariat ofisinin xüsusi notariusu X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2022-cim ildə vəfat etmiş Əmiraslanov Köçəri Bəkir oğlunun vərəsələri Tərtər rayon Hacıqərvənd kəndində qeydiyyatda olan Cavabdeh, ünvan 1i ünvanında qeydiyyatda olan X2, ünvan 1i ünvanında qeydiyyatda olan X3 miras əmlakdan 1/3 irs almalıdır. Məhkəmədə elan olunmuş Cəbrayıl Rayon Məhkəməsinin e-2(072)-522/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-in ləğvedici əmanətlərin səğortalanması fondunun cavabdehlər Əmiraslanov Köçəri Bəkir oğluna və X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata cavabdeh Əmiraslanov Köçəri Bəkir oğluna münasibətdə xitam verilmiş, iddiaçı LPO İddiaçı ASC-in ləğvedici əmanətlərin səğortalanması fondunun cavabdehlər Əmiraslanov Köçəri Bəkir oğluna və X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın cavabdeh X1 münasibətdə davam etdirilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş Cəbrayıl Rayon Məhkəməsinin e-2(072)-522/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia rədd edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2025-ci il tarixə cavabdeh Əmiraslanov Köçəri Bəkir oğlunun kredit üzrə cəmi 1973,30 (min doqquz yüz yetmiş üç dollar 30 sent) ABŞ dolları-bundan 667,43 (altı yüz altmış yeddi dollar, 43sent) ABŞ dolları əsas, 387,50 (üç yüz səksən yeddi dollar, 50 sent) ABŞ dolları faiz, 811,90 (səkkiz yüz on bir dollar 90 sent) ABŞ dolları cərimə borcu yaranmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit borcunu 3 gün ərzində ödəməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Qanunvericiliyin tələblərinə əsasən barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri, iş materialları üzrə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı LPO İddiaçı ASC ilə cavabdeh Əmiraslanov Köçəri Bəkir oğlunun arasında bağlanmış ********* nömrəli xx.xx.2015ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 2596 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödəməli olmuşdur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin kredotdən istifadəyə görə faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. LPO İddiaçı ASCin ləğvedici əmanətlərin səğortalanması fondu tərəfindən cavabdehlər Əmiraslanov Köçəri Bəkir oğluna və qeyrisinə qarşı kredit borcunun qaytarılması ilkin olaraq 12-5/2-8678/2025 nömrəli xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin e-2(072)-522/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-in ləğvedici əmanətlərin səğortalanması fondunun cavabdehlər Əmiraslanov Köçəri Bəkir oğluna və X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata cavabdeh Əmiraslanov Köçəri Bəkir oğluna münasibətdə xitam verilmiş, iddiaçı LPO İddiaçı ASC-in ləğvedici əmanətlərin səğortalanması fondunun cavabdehlər Əmiraslanov Köçəri Bəkir oğluna və X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın cavabdeh X1 münasibətdə davam etdirilməsi qərara alınmışdır. Həmin Məhkəmənin e-2(072)-522/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia rədd edilmişdir. Bundan sonra bank tərəfindən Əmiraslanov Köçəri Bəkir oğlunun vərəsələrini müəyyən etmək məqsədi ilə Bakı şəhəri 17 saylı notariat ofisinə sorğu edilmiş, 607 nömrə xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan məlum olmuşdur ki, Cavabdeh qanun üzrə vərəsə kimi qeydiyyata alınmış, ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmiş və həmin şəhadətnamə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixə Əmiraslanov Köçəri Bəkir oğlunun kredit üzrə cəmi 1973,30 (min doqquz yüz yetmiş üç dollar 30 sent) ABŞ dolları-bundan 667,43 (altı yüz altmış yeddi dollar, 43sent) ABŞ dolları əsas, 387,50 (üç yüz səksən yeddi dollar, 50 sent) ABŞ dolları faiz, 811,90 (səkkiz yüz on bir dollar 90 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 106,47 (yüz altı dollar 47 sent) ABŞ dolları faiz borcu təşkil etmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlər hallar məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin müəyyən bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 811,90 ABŞ dolları cərimə borcu, 761,90 ABŞ dolları azaldılaraq, (811,90 ABŞ dolları – 761,90 ABŞ dolları = 50 ABŞ dolları) 50 ABŞ dolları olmaqla təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə olan borcu- cəmi 1211 (min iki yüz on bir dollar 40 sent) ABŞ dolları-bundan 667,43 (altı yüz altmış yeddi dollar, 43sent) ABŞ dolları əsas, 387,50 (üç yüz səksən yeddi dollar, 50 sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 106,47 (yüz altı dollar 47 sent) ABŞ dolları təşkil edir. Məhkəmə belə hesab edir ki, LPO İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qəarında qeyd edildiyi kimi “Qərarın məğzi ölmüş şəxsin borclarına nisbətdə vərəsələrin və zaminlərin hüquq və öhdəliklərinin dəqiqləşdirilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında göstərmişdir ki, ölmüş şəxsin passivləri üçün ilk növbədə onun vərəsələri məsuliyyət daşıyır. Lakin qeyd edilməlidir ki, vərəsələr yalnız onlara qalmış miras payı ilə mütənasib həcmdə məsuliyyət daşıyırlar. Zaminlik isə əsas kreditorun vəfat etməsi ilə xitam olunmur. Belə ki, vərəsələr borcu ödəyə bilmədikdə və ya onlara qalmış mirasın həcmi bunun üçün kifayət etmədikdə, zaminin həmin borcu tam həcmdə ödəmək öhdəliyi yaranır. Həmçinin, ölmüş şəxsin borcundan yaranmış faizlər də eyni qaydada vərəsələr və zamin tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 53 (əlli üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh cəmi 1211 (min iki yüz on bir dollar 40 sent) ABŞ dolları-bundan 667,43 (altı yüz altmış yeddi dollar, 43sent) ABŞ dolları əsas, 387,50 (üç yüz səksən yeddi dollar, 50 sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 106,47 (yüz altı dollar 47 sent) ABŞ dolları borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla və iş üzrə ödənilmiş 53 (əlli üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumu tutularaq, X10 İddiaçı ASC-yə ödənilməlidir. İddianın cərimə borcuma aid olan qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 1211 (min iki yüz on bir dollar 40 sent) ABŞ dolları-bundan 667,43 (altı yüz altmış yeddi dollar, 43sent) ABŞ dolları əsas, 387,50 (üç yüz səksən yeddi dollar, 50 sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 106,47 (yüz altı dollar 47 sent) ABŞ dolları borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla və iş üzrə ödənilmiş 53 (əlli üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumu tutularaq, X10 İddiaçı ASC-yə ödənilsin. İddianın cərimə borcuma aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar