Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1924/2025 23.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlnadırılacaq), cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və X2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-in xeyrinə 12533 (on iki min beş yüz otuz üç) manat 90 (doxsan) qəpik əsas borc, 1968 (min doqquz yüz altmış səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, 500 (beş yüz) manat cərimə, ümumilikdə 15002 (on beş min iki) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 135 (yüz otuz beş) manat 45 (qırx beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh3 və qeydilərinə qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə illik maksimum 32 faiz olmaqla bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit vermişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin cari hesabına illik 24 faiz olmaqla, xx.xx.2026-cı il tarixədək 15000 manat məbləğində kredit köçürülmüşdür. Əsas kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən bu müqavilə çərçivəsində bağlanan birinci əlavə kredit müqaviləsindən sonra növbəti əlavə kredit müqavilələri SMS vasitəsi ilə bağlanılır və tərəflərin qarşılıqlı razılığı ilə SMS imzanın analoqu hesab olunur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh4 və X4 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 2339micBKX/23 saylı xx.xx.2023-cü il tarixli əsasə kredit və Bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə ilə birgə tam məsuliyyəti öz üzərinə götürmüşdür. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-ə 12533,9 manat əsas, 1968,49 manat faiz, 500,44 manat cərimə borcu olmaqla, cəmi 15002,83 manat borcu yaranmışdır. Yuxarıda göstərlənlərə əsasən cavabdehlər Cavabdeh3 Rəfail oğluna, Cavabdeh2, Cavabdeh4 və X2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-in xeyrinə 12533 (on iki min beş yüz otuz üç) manat 90 (doxsan) qəpik əsas borc, 1968 (min doqquz yüz altmış səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, 500 (beş yüz) manat cərimə, ümumilikdə 15002 (on beş min iki) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 135 (yüz otuz beş) manat 45 (qırx beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh3 Rəfail oğlu göstərmişdir ki, "xxxx" KB ASC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə illik maksimum 32 faiz olmaqla bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit vermişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin cari hesabına illik 24 faiz olmaqla, xx.xx.2026-cı il tarixədək 15000 manat məbləğində kredit köçürülmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh4 və X4 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 2339micBKX/23 saylı xx.xx.2023-cü il tarixli əsas kredit və Bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə ilə birgə tam məsuliyyəti öz üzərinə götürmüşdür. Maddi imkanı ilə əlaqədar olaraq götürdüyü krediti vaxtında ödəyə bilməmişdir. Odur ki, Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlardan müştərək qaydada "xxxx" ASC-in xeyrinə 12533 (on iki min beş yüz otuz üç) manat 90 (doxsan) qəpik əsas borc, 1968 (min doqquz yüz altmış səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, 500 (beş yüz) manat cərimə, ümumilikdə 15002 (on beş min iki) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 135 (yüz otuz beş) manat 45 (qırx beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, iddianın cərimə borcuna aid olan hissəsində ona köməklik olunmasını, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh4 göstərmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh3 Rəfail oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə illik maksimum 32 faiz olmaqla bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit vermişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin cari hesabına illik 24 faiz olmaqla, xx.xx.2026-cı il tarixədək 15000 manat məbləğində kredit köçürülmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq onunla, Cavabdeh2 və X4 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən onlar kreditor qarşısında borclunun 2339micBKX/23 saylı xx.xx.2023-cü il tarixli əsasə kredit və Bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə ilə birgə tam məsuliyyəti öz üzərinə götürmüşlər. Maddi vəziyyətinə görə krediti ödəyə bilməmişlər. Odur ki, Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, iddianın cərimə borcuna aid olan hissəsində onlara köməklik olunmasını, Banka olan borcu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2 və X4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması xahiş etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş 2339micBKX/23-EM saylı xx.xx.2023-cü il tarixli əsas kredit və Bank hesabı müqaviləsinin surətindən görünür ki, Unibank” KB ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə illik maksimum 32 faiz olmaqla bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit vermişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin cari hesabına illik 24 faiz olmaqla, xx.xx.2026-cı il tarixədək 15000 manat məbləğində kredit köçürülmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli 2339micBKX/23 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh4 və X4 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 2339micBKX/23 saylı xx.xx.2023-cü il tarixli əsasə kredit və Bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə ilə birgə tam məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixə 12533 (on iki min beş yüz otuz üç) manat 90 (doxsan) qəpik əsas borc, 1968 (min doqquz yüz altmış səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, 500 (beş yüz) manat cərimə, ümumilikdə 15002 (on beş min iki) manat 83 (səksən üç) qəpik məbləğində kredit borcu vardır. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, X3 oğluna Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehlərin izahatını və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh3 Rəfail oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə illik maksimum 32 faiz olmaqla bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit vermişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin cari hesabına illik 24 faiz olmaqla, xx.xx.2026-cı il tarixədək 15000 manat məbləğində kredit köçürülmüşdür. Əsas kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən bu müqavilə çərçivəsində bağlanan birinci əlavə kredit müqaviləsindən sonra növbəti əlavə kredit müqavilələri SMS vasitəsi ilə bağlanılır və tərəflərin qarşılıqlı razılığı ilə SMS imzanın analoqu hesab olunur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh4 və X4 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 2339micBKX/23 saylı xx.xx.2023-cü il tarixli əsasə kredit və Bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə ilə birgə tam məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdeh tərəfin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 12533 (on iki min beş yüz otuz üç) manat 90 (doxsan) qəpik əsas borc, 1968 (min doqquz yüz altmış səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, 500 (beş yüz) manat cərimə, ümumilikdə 15002 (on beş min iki) manat 83 (səksən üç) qəpik məbləğində kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Rəfail oğlu ayrı ayrılıqda izahatlarında hazırki iddia tələbini qəbul etdiklərini, maddi vəziyyətlə bağlı kreditin ödənilmədiyini, cərimə borcunun azaldılmasını xahiş etmiş və gələcəkdə kredit borcunun ödəyəcəklərini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiklərini göstərmişlər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmadığından, faiz və cərimə borcunun artmasına şərait yaratdığından cavabdehlərin iddiaçıya faiz və cərimə borcu yaranmışdır. Cavabdehlər öz növbəsində ödənişi kecikdirsə belə, kredit borcundan bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehlərin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehlərin iddiaçıya borclu olduğu 500 manat dəbbə borcu, 450 manat azaldılaraq, (500 manat – 450 manat = 50 manat ) 50 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 12533 (on iki min beş yüz otuz üç) manat 90 (doxsan) qəpik əsas borc, 1968 (min doqquz yüz altmış səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz, 50 (əlli) manat cərimə, ümumilikdə 14552 (on beş min iki) manat 39 (səksən üç) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, boc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 135 (yüz otuz beş) manat 45 (qırx beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia ərizəsini, cavabdehlərin izahatlarını, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və X1 müştərək qaydada "xxxx" ASC-in xeyrinə 12533 (on iki min beş yüz otuz üç) manat 90 (doxsan) qəpik əsas borc, 1968 (min doqquz yüz altmış səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz borcu, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 14552 (on beş min əlli iki) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 135 (yüz otuz beş ) manat 45 (qırx beş) qəpik məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə verilməlidir. İddia cərimə borcuna aid qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və X1 müştərək qaydada "xxxx" ASC-in xeyrinə 12533 (on iki min beş yüz otuz üç) manat 90 (doxsan) qəpik əsas borc, 1968 (min doqquz yüz altmış səkkiz) manat 49 (qırx doqquz) qəpik faiz borcu, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 14552 (on beş min əlli iki) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 135 (yüz otuz beş ) manat 45 (qırx beş) qəpik məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə verilsin. İddia cərimə borcuna aid qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1924/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1924/2025
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver