Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1946/2025 23.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-in, Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 99 (doxsan doqquz) manat 86 (səksən altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15.042025-ci il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illi 25% ödəmək şərtilə 7282 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun olaraq istifadə etməyi və məyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı möhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-ə 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borcu yaranmışdır. Göstərdiklərinə əsasən Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" ASC-in xeyrinə 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 99 (doxsan doqquz) manat 86 (səksən altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh göstərmişdir ki, "xxxx" KB ASC ilə onun arasında bağlanmış xx.xx.2025-ci il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illi 25% ödəmək şərtilə 7282 manat məbləğində kredit verilmişdir. Maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. İddiaçı ona qarşı "xxxx" KB ASC-in xeyrinə 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 99 (doxsan doqquz) manat 86 (səksən altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir, onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli № 98nkBRD/25 saylı əsas kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15.042025-ci il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illi 25% ödəmək şərtilə 7282 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh "xxxx" KB ASC-ə 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində kredit borcu vardır. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehin izahatını və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15.042025-ci il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illi 25% ödəmək şərtilə 7282 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun olaraq istifadə etməyi və məyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı möhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixə Cavabdeh "xxxx" KB ASC-ə 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş Cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illi 25% ödəmək şərtilə 7282 manat məbləğində kredit verildiyini, maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilmədiyini, iddiaçının ondan "xxxx" KB ASC-in xeyrinə ona qarşı "xxxx" KB ASC-in xeyrinə 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 99 (doxsan doqquz) manat 86 (səksən altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması barədə məhkəmədə iddia qaldırdığını, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə xx.xx.2026-cı il tarixinə "xxxx" KB ASC-ə 7273 (yeddi min yeddi yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 99 (doxsan doqquz) manat 86 (səksən altı) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 99 (doxsan doqquz) manat 86 (səksən altı) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 7273 (yeddi min iki yüz yetmiş üç) manat 42 (qırx iki) qəpik əsas, 652 (altı yüz əlli iki) manat 57 (əlli yeddi) qəpik faiz,13 (on üç) manat 99 (doxsan doqquz) qəpik cərimə, ümumilikdə 7939 (yeddi min doqquz yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 99 (doxsan doqquz) manat 86 (səksən altı) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1946/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1946/2025
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver