Məhkəmə qərarları › İş №e-2(061)-2096/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-2096/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-2096/2025 12.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 7939,6 AZN, faiz borcuna görə 1250,75 AZN, cəriməyə görə 8,8 AZN, cəmi 9199,15 AZN və dövlət rüsumuna görə 112,40 AZN məbləğində pulun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Unibank” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta əsasında xx.xx.2023-cü il tarixdə xx.xx.2026-ccı il tarixədək, illik 27,5 faiz olmaqla 9200 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtlərim ilə razı olduğunu təsdiq etmişdir. Ümumi Oferta müqaviləsinin 20.9-cu bəndinə əsasən krediti və faizləri gecikdirdikdə borcun geecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditini ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə onun iddiaçıya əsas borca görə 7939,6 AZN, faiz borcuna görə 1250,75 AZN, cəriməyə görə 8,8 AZN, cəmi 9199,15 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edib, məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə təqdim edərək, iddianı qəbul etdiyini, əsas borca görə 7939,6 AZN, faiz borcuna görə 1250,75 AZN, cəriməyə görə 8,8 AZN, cəmi 9199,15 AZN və ödənilmiş dövlət rüsumunu iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin iddianı etiraf etməsinə dair izahatını dinləyib, iddianın etirafına dair ərizəni və iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, həqiqətən cavabdeh iddiaçıdan aralarında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta əsasında xx.xx.2023-cü il tarixdə xx.xx.2026-ccı il tarixədək, illik 27,5 faiz olmaqla 9200 manat məbləğində kredit götürmüş, lakin, öhdəlikliyinə əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 7939,6 AZN, faiz borcuna görə 1250,75 AZN, cəriməyə görə 8,8 AZN, cəmi 9199,15 AZN borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh kreditin və onun faizini vaxtında ödəməmişdir. Bununla da, o, kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də iddiaçının kreditin, kredit faizlərinin və cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin iddianı etirafı təsdiq olunmalı və iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehin iddianı etiraf etməsi təsdiq edilsin və iddia təmin olunsun. Cavabdeh əsas borca görə 7939,6 AZN, faiz borcuna görə 1250,75 AZN, cəriməyə görə 8,8 AZN, cəmi 9199,15 AZN və məhkəmə xərcinə görə 112,40 AZN (dövlət rüsumuna görə 112.00 AZN və bank xidmət haqqına görə 0,40 AZN) pul tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar