Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-210/2025 03.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-in, Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 11019 (on bir min on doqquz) manat 60 (altmış) qəpik əsas, 2100 (iki min iki yüz) manat 48 (qırx səkkiz) qəpik faiz, 124 (yüz iyirmi dörd) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 13244 (on üç min iki yüz qırx dörd) manat 93 (doxsan üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat 14 (on dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-in xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri ilə illik 25% ödəmək şərtilə 11115 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11019 (on bir min on doqquz) manat 60 (altmış) qəpik əsas, 2100 (iki min iki yüz) manat 48 (qırx səkkiz) qəpik faiz, 124 (yüz iyirmi dörd) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 13244 (on üç min iki yüz qırx dörd) manat 93 (doxsan üç) qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh "xxxx" ASC-in xeyrinə 11019 (on bir min on doqquz) manat 60 (altmış) qəpik əsas, 2100 (iki min iki yüz) manat 48 (qırx səkkiz) qəpik faiz, 124 (yüz iyirmi dörd) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 13244 (on üç min iki yüz qırx dörd) manat 93 (doxsan üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat 14 (on dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri ilə illik 25% ödəmək şərtilə 11115 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanaraq faizləri ödəmək barədə öhdəlik götürsə də, maddi imkanı olmadığına görə bu öhdəliyi lazımi qaydada yerinə yetirə bilməmiş və banka olan borcunu qaytara bilməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetrisə də, o, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməmişdir. Belə ki, uşağının xəstəliyi ilə bağlı işə gedə bilməmiş, işdən çıxarılmışdır. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan "xxxx" ASC-in xeyrinə ondan 11019 (on bir min on doqquz) manat 60 (altmış) qəpik əsas, 2100 (iki min iki yüz) manat 48 (qırx səkkiz) qəpik faiz, 124 (yüz iyirmi dörd) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 13244 (on üç min iki yüz qırx dörd) manat 93 (doxsan üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat 14 (on dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, cərimə borcunun azaldılmasını xahiş etmiş, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 199nkFİL8/23 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri ilə illik 25% ödəmək şərtilə 11115 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, “X2” Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh 199nkFİL8/23 saylı kredit müqaviləsi üzrə 11019 (on bir min on doqquz) manat 60 (altmış) qəpik əsas, 2100 (iki min iki yüz) manat 48 (qırx səkkiz) qəpik faiz, 124 (yüz iyirmi dörd) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 13244 (on üç min iki yüz qırx dörd) manat 93 (doxsan üç) qəpik təşkil edir. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehin izahatını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC-in xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri ilə illik 25% ödəmək şərtilə 11115 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit borcunu ödəməmiş və onun Banka borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş Cavabdeh iddianı qəbul etdiyini, banka olan borcunu gələcəkdə hissə-hissə öədəyəcəyini bildirmiş və iddianın cərimə borcu hissəsində ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, faiz və cərimə borcunun artmasına şərait yaratdığından cavabdehin iddiaçıya faiz və cərimə borcu yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, kredit borcundan bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehlərin iddiaçıya borclu olduğu 124,85 manat dəbbə borcu, 114,85 manat azaldılaraq, 10 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 124,85 manat borcu, 114,85 manat azaldılaraq, (124,85 manat–114,85 manat = 10 manat ) 10 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 11019 (on bir min on doqquz) manat 60 (altmış) qəpik əsas, 2100 (iki min iki yüz) manat 48 (qırx səkkiz) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 13130 (on üç min yüz otuz) manat 08 (səkkiz) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddianın 23,17 manat məbləğində cərimə pulu tələbi hissəsi tam təmin edilə bilməz və həmin məbləğ azaldılaraq 2 manat hədddində ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 73 (yetmiş üç) manat 16 (on altı) qəpik dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11019 (on bir min on doqquz) manat 60 (altmış) qəpik əsas, 2100 (iki min iki yüz) manat 48 (qırx səkkiz) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 13130 (on üç min yüz otuz) manat 08 (səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat 14 (on dörd) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11019 (on bir min on doqquz) manat 60 (altmış) qəpik əsas, 2100 (iki min iki yüz) manat 48 (qırx səkkiz) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 13130 (on üç min yüz otuz) manat 08 (səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat 14 (on dörd) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə verilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-210/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-210/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver