Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-304/2025 14.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlnadırılacaq), Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 5658 (beş min altı yüz əlli səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 1080 (min səksən) manat 72 (yetmiş iki) qəpik faiz, 119 (yüz on doqquz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 88 (səksən səkkiz) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" KB ASC-in xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində illik 26,5% ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-in rəsmi internet səhifəsində (www/unibank.az) yerıəşdirmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 20.9-cu bəndinə əsasən Müştəri kreditin və (və ya) ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı ödəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 dekabr 2024-cüil tarixinə "xxxx" KB ASC-ə 5658 (beş min altı yüz əlli əkkiz) manat 60 (altmış) qəpik əsas borc, 1080 (min səksən) manat 72 (yetmiş iki) qəpik faiz, 119 (yüz on doqquz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat 75 (yetmiş beş) qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh "xxxx" ASC-in xeyrinə 5658 (beş min altı yüz əlli səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 1080 (min səksən) manat 72 (yetmiş iki) qəpik faiz, 119 (yüz on doqquz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 88 (səksən səkkiz) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və məhkəmə iclasının təxirə salınması barədə dir. İş materiallarında olan SMS bildirişdən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Cavabdeh nümayəndəsinin (atası) əvvəlki məhkəmə iclasında təqdim etdiyin ərizəsindən görünür ki, iddianı qəbul edir, kredit borcunu maddi vəziyyəti ilə bağlı ödəyə bilmədiyini, gələcəkdə ödəyəcəyini, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verildiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyi təqdirdə iştirakı olmadan işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirmiş, xəstəliyini və iki uşağa aliment ödəməsini nəzərə alaraq ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli 01U/21 saylı bank xidmətlərinə dair X1 surətindən görünür ki, xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində illik 26,5% ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-in rəsmi internet səhifəsində (www/unibank.az) yerıəşdirmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-in xeyrinə 5658 (beş min altı yüz əlli əkkiz) manat 60 (altmış) qəpik əsas borc, 1080 (min səksən) manat 72 (yetmiş iki) qəpik faiz, 119 (yüz on doqquz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğində kredit borcu vardır. Məhkəmədə elan olunmuş 28 avqust 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehin ərizəsini və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC-in xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində illik 26,5% ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-in rəsmi internet səhifəsində (www/unibank.az) yerıəşdirmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 20.9-cu bəndinə əsasən Müştəri kreditin və (və ya) ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı ödəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 dekabr 2024-cüil tarixinə "xxxx" KB ASC-ə 5658 (beş min altı yüz əlli əkkiz) manat 60 (altmış) qəpik əsas borc, 1080 (min səksən) manat 72 (yetmiş iki) qəpik faiz, 119 (yüz on doqquz) manat 43 (qırx üç) qəpik cərimə, ümumilikdə 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat 75 (yetmiş beş) qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında elan olunmuş Cavabdeh ərizəsindən görünür ki, iddianı qəbul edir, kredit borcunu maddi vəziyyəti ilə bağlı ödəyə bilmədiyini, gələcəkdə ödəyəcəyini, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verildiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyi təqdirdə iştirakı olmadan işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirmiş, xəstəliyini və iki uşağa aliment ödəməsini nəzərə alaraq ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, faiz və cərimə borcunun artmasına şərait yaratdığından cavabdehin iddiaçıya faiz və cərimə borcu yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, kredit borcundan bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehlərin iddiaçıya borclu olduğu 119,43 manat dəbbə borcu, 109,43 manat azaldılaraq, 10 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Belə olduğu halda cavabdehin iddiaçıya borclu olduğu 119,43 manat borcu, 109,43 manat azaldılaraq, (119,43 manat – 109,43 manat = 10 manat ) 10 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 5658 (beş min altı yüz əlli əkkiz) manat 60 (altmış) qəpik əsas borc, 1080 (min səksən) manat 72 (yetmiş iki) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 6749 (altı min yeddi qırx doqquz) manat 32 (otuz iki) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddianın 109,43 manat məbləğində cərimə pulu tələbi hissəsi tam təmin edilə bilməz və həmin məbləğ azaldılaraq 10 manat hədddində ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 88 (səksən səkkiz) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5658 (beş min altı yüz əlli səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 1080 (min səksən) manat 72 (yetmiş iki) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 6749 (altı min yeddi yüz qırx doqquz) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 88 (səksən səkkiz) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5658 (beş min altı yüz əlli səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 1080 (min səksən) manat 72 (yetmiş iki) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 6749 (altı min yeddi yüz qırx doqquz) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 88 (səksən səkkiz) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə verilsin. İddia tələbi cəriməyə aid qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-304/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-304/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver