Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-326/2025 07.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hasıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC adlandırılacaq), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC -in xeyrinə 3776 (üç min yeddi yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas, 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik faiz, 55 (əlli beş) manat 51 (əlli bir) qəpik cərimə, ümumilikdə 4222 (dörd min iki yüz iyirmi iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 62 (altmış iki) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 elektron qaydada məhkəməyə etiraz ərizəsi ünvanlayaraq "xxxx" QSC tərəfindən onlara qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" QSC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada İddiaçı QSC -in xeyrinə 3776 (üç min yeddi yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas, 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik faiz, 55 (əlli beş) manat 51 (əlli bir) qəpik cərimə, ümumilikdə 4222 (dörd min iki yüz iyirmi iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 62 (altmış iki) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia tələbinə cavabdehin ərizəsinə əsasən iddia icraatı qaydasında baxılması və işin məhkəmə hazırlıq iclasına təyin edilməsi qərara alınmışdır. "xxxx" QSC-in nümayəndəsi elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, mülki iş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixinə saat 12:00-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklər. İddia tələbini müdafiə edirlər. Məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddiaının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,5 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3223,14 manat ödəniş etmiş və onun iddiaçıya 3776,86 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bünk tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 105 gün üçün hesablanmış faiz borcu 390,03 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 105 gün üçüm kredit müqaviləsi üzrə hesablanmış cırimə 55,51 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC -in xeyrinə 3776 (üç min yeddi yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas, 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik faiz, 55 (əlli beş) manat 51 (əlli bir) qəpik cərimə, ümumilikdə 4222 (dörd min iki yüz iyirmi iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 62 (altmış iki) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında göstərmişdir ki, həqiqətən "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,5 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hisə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Onun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. Kreditn bir hissəsini ödəmiş, lakin qalan məbləği maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və Cavabdeh2 qarşı müştərək qaydada İddiaçı QSC -in xeyrinə 3776 (üç min yeddi yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas, 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik faiz, 55 (əlli beş) manat 51 (əlli bir) qəpik cərimə, ümumilikdə 4222 (dörd min iki yüz iyirmi iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 62 (altmış iki) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçının səlahiyyətli nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Onların iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini, iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasına təkrarən gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli 025A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,5 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hisə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli 025G**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 "xxxx" QSC -ə olan borcu, 3776 (üç min yeddi yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas, 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik faiz, 55 (əlli beş) manat 51 (əlli bir) qəpik cərimə, ümumilikdə 4222 (dörd min iki yüz iyirmi iki) manat 40 (qırx) qəpik təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 4222,40 manat məbləğin, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət edikləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri, cavabdehin izahatını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,5 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kkredit borcundan 3223,14 manat ödəniş etmiş və onun iddiaçıya 3776,86 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bünk tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 105 gün üçün hesablanmış faiz borcu 390,03 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 105 gün üçüm kredit müqaviləsi üzrə hesablanmış cırimə 55,51 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş cavabdeh iddianın təmin edilməsinə, banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 3776 (üç min yeddi yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas, 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik faiz, 55 (əlli beş) manat 51 (əlli bir) qəpik cərimə, ümumilikdə 4222 (dörd min iki yüz iyirmi iki) manat 40 (qırx) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" QSC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin,boc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 62 (altmış iki) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC -in xeyrinə 3776 (üç min yeddi yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas, 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik faiz, 55 (əlli beş) manat 51 (əlli bir) qəpik cərimə, ümumilikdə 4222 (dörd min iki yüz iyirmi iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 62 (altmış iki) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu alınmalı və iddiaçı "xxxx" QSC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC -in xeyrinə 3776 (üç min yeddi yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas, 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik faiz, 55 (əlli beş) manat 51 (əlli bir) qəpik cərimə, ümumilikdə 4222 (dörd min iki yüz iyirmi iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 62 (altmış iki) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu alınsın iddiaçı "xxxx" QSC-ə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-326/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-326/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver