Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-331/2025 27.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı QSC-in, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada "xxxx" QSC-in xeyrinə 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 122 (yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində cavabdeh hazırki iş üzrə iddia tələbini müdafiə etdiklərini, xx.xx.2024-cü il tarixə saat 10-30-a təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə baxışı iclasının onların iştirakları olmadan keçirilməsi və iddialarının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixli ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3731,64 manat ödəniş etmiş və onun iddiaçıya 10268,36 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən krediyin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba kömürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixdə 14 gün üçün hesablanmış faiz borcu 241,05 manat təşkil edir. Müqavilənin 7,20-ci bəndinə uyğun olaraq borclu kredit və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödənilməlidir. xx.xx.2024-cü il tarixə 14 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 228,86 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 122 (yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2, vəkili, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş materiallarında olan SMS bildirişdən görünür ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və vəkilin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli ərizənin (müştəri kodu ********) surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış ərizəyə əsasən ona aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Məhkəmədə elan olunmuş zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və hər iki tərəf müqaviləni imzalamışdır. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC-ə olan borcu, 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik təşkil edir. Məhkəmədə elan olunmuş 025A**********S nömrəli sazişin surətindən görünür ki, Cavabdeh2 ilə "xxxx" QSC arasında kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır. Məhkəmədə elan olunmuş 025G**********01S nömrəli sazişin surətindən görünür ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş imzalanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 10948,35 manat məbləğində, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət edikləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri,araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixli ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3731,64 manat ödəniş etmiş və onun iddiaçıya 10268,36 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə iki müqavilə üzrə ümumilikdə 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" QSC haqlı olaraq cavabdehlərə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin,boc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 122 (yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 122 (yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 122 (yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-331/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-331/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver