Məhkəmə qərarları › İş №e-2(061)-401/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-401/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-401/2025 02.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC adlandırılacaq), cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada "xxxx" QSC -in xeyrinə 10979 (on min doqquz yüz yetmiş doqquz) manat 59 (əlli doqquz) qəpik əsas, 1585 (min beş yüz səksən beş) manat 66 (altmış altı) qəpik faiz, 214 (iki yüz on dörd) manat 83 (səksən üç) qəpik cərimə, ümumilikdə 12870 (on iki min səkkiz yüz yetmiş) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" QSC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, mülki iş üzrə xx.xx.2025-ci il tarixinə saat 11:30-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcək. İddia tələbini müdafiə edirlər. İş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddiaının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 "xxxx" QSC xx.xx.2022-ci il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vasəiti qaytarmışdır. O, götürdüyü kredit borcundan 4020,41 manat ödəniş etmiş və onun iddiaçıya 10979, 59 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarılmadığı üçün xx.xx.2024-cü il tarixə 204 gün üçün hesablanmış faiz borcu 1585,66 manat təşkil etmişdir.Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödənilməlidir. xx.xx.2024-cü il tarixə 204 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 214.83 manat təşkil etmişdir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqaviləsinin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir.Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuzarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 10979 (on min doqquz yüz yetmiş doqquz) manat 59 (əlli doqquz) qəpik əsas, 1585 (min beş yüz səksən beş) manat 66 (altmış altı) qəpik faiz, 214 (iki yüz on dörd) manat 83 (səksən üç) qəpik cərimə, ümumilikdə 12870 (on iki min səkkiz yüz yetmiş) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh2 göstərmişdir ki, o, iddiaçı "xxxx" QSC xx.xx.2022-ci il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vasəiti qaytarmışdır. Götürdüyü kredit borcundan 4020,41 manat ödəniş etmişdir. Kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirisə də, o, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməmişdir. Maddi imkanı olmadığına görə Banka 10979, 59 manat məbləğində kredit borcu qalmışdır. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 10979 (on min doqquz yüz yetmiş doqquz) manat 59 (əlli doqquz) qəpik əsas, 1585 (min beş yüz səksən beş) manat 66 (altmış altı) qəpik faiz, 214 (iki yüz on dörd) manat 83 (səksən üç) qəpik cərimə, ümumilikdə 12870 (on iki min səkkiz yüz yetmiş) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, iddianın cərimə borcuna aid olan hissəsində ona köməklik edilməsini, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh1 göstərmişdir ki, Cavabdeh2 iddiaçı "xxxx" QSC xx.xx.2022-ci il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vasəiti qaytarmışdır. Cavabdeh2 kredit borcundan 4020,41 manat ödəmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onunla zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, lakin Cavabdeh2 maddi imkanı olmadığına görə üzərinə düşən öhdəlikləri icra edə bilməmişdir.Buna görə onun Banka kredit borcu qalmışdır. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və Cavabdeh2 müştərək qaydada kredit borcunun alınıb onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, iddianın cərimə borcuna aid olan hissəsində köməklik edilməsini, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli ərizənin (müştəri kodu **********) surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 025A********** saylı ərizəyə əsasən aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC -ə olan borcu, 10979 (on min doqquz yüz yetmiş doqquz) manat 59 (əlli doqquz) qəpik əsas, 1585 (min beş yüz səksən beş) manat 66 (altmış altı) qəpik faiz, 214 (iki yüz on dörd) manat 83 (səksən üç) qəpik cərimə, ümumilikdə 12870 (on iki min səkkiz yüz yetmiş) manat 8 (səkkiz) qəpik təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 12870 manat məbləğində, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri, cavabdehlərin izahatlarını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən ona aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş cavabdehlər iddianın cərimə borcuna aid olan hissəsində ona köməklik edilməsi, iddianın təmin edilməsinə və banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin müəyyən bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehlərin iddiaçıya borclu olduğu 214,83 manat cərimə borcu, 193,83 manat azaldılaraq, (214,83 manat – 193,83 manat = 21 manat ) 21 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə iki müqavilə üzrə ümumilikdə 2861,10 manat, cərimə borcu üzrə 85 manat, ümumilikdə 2946,10 manat təşkil edir. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə olan borcu 10979 (on min doqquz yüz yetmiş doqquz) manat 59 (əlli doqquz) qəpik əsas, 1585 (min beş yüz səksən beş) manat 66 (altmış altı) qəpik faiz, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə 12586 (on iki min beş yüz səksən altı) manat 25 (iyirmi beş) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" QSC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki,məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 128 (yüz iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehlərin izahatlarını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC-in xeyrinə 10979 (on min doqquz yüz yetmiş doqquz) manat 59 (əlli doqquz) qəpik əsas, 1585 (min beş yüz səksən beş) manat 66 (altmış altı) qəpik faiz, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə 12586 (on iki min beş yüz səksən altı) manat 25 (iyirmi beş) qəpik məbləğində pul və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-ə ödənilməlidir. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10979 (on min doqquz yüz yetmiş doqquz) manat 59 (əlli doqquz) qəpik əsas, 1585 (min beş yüz səksən beş) manat 66 (altmış altı) qəpik faiz, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə 12586 (on iki min beş yüz səksən altı) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu alınsın iddiaçı "xxxx" QSC-ə verilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar