Məhkəmə qərarları › İş №e-2(061)-408/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-408/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-408/2025 15.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı ASC-in, Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən İddiaçı ASC-in xeyrinə 8626 (səkkiz min altı yüz iyirmi altı) manat 69 (altmış doqquz) qəpik əsas, 524 (beş yüz iyirmi dörd) manat 06 (altı) qəpik faiz, ümumilikdə 9150 (doqquz min yüz əlli) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 111 (yüz on bir) manat 51 (əlli bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-in nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı ASC cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə iclası təyin edilmişdir. İddiaçı tərəf kimi bildirir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbahycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı ilə baxılması mümkündür. Hesab edirlər ki, iddia ərizəsi tam əsaslı və qanunidir. Yuxarıda yazdıqlarını və ilkin ərizədə qeyd etdiklərini nəzərə alaraq bu iş üzrə bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qəgtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR9885284A128 saylı kredit müqaviləsinə əsasən onun kartına müddəti 48 ay, illik 27 faiz dərəcəsi ilə 11050 manat məbləğində pul mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC -ə 8626 (səkkiz min altı yüz iyirmi altı) manat 69 (altmış doqquz) qəpik əsas, 524 (beş yüz iyirmi dörd) manat 06 (altı) qəpik faiz, ümumilikdə 9150 (doqquz min yüz əlli) manat 75 (yetmiş beş) qəpik məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı ASC-in xeyrinə 8626 (səkkiz min altı yüz iyirmi altı) manat 69 (altmış doqquz) qəpik əsas, 524 (beş yüz iyirmi dörd) manat 06 (altı) qəpik faiz, ümumilikdə 9150 (doqquz min yüz əlli) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 111 (yüz on bir) manat 51 (əlli bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Mülki işin materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli, GTKR9885284A128 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh kartına müddəti 48 ay, illik 27 faiz dərəcəsi ilə 11050 manat məbləğində pul mədaxil edilmişdir. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-ə olan borcu, 8626 (səkkiz min altı yüz iyirmi altı) manat 69 (altmış doqquz) qəpik əsas, 524 (beş yüz iyirmi dörd) manat 06 (altı) qəpik faiz, ümumilikdə 9150 (doqquz min yüz əlli) manat 75 (yetmiş beş) qəpik təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit borcunu ödəməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Qanunvericiliyin tələblərinə əsasən barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri, iş materialları üzrə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR9885284A128 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kartına müddəti 48 ay, illik 27 faiz dərəcəsi ilə 11050 manat məbləğində pul mədaxil edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Göstərilənlər məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə olan əsas borcu 8626 (səkkiz min altı yüz iyirmi altı) manat 69 (altmış doqquz) qəpik əsas, 524 (beş yüz iyirmi dörd) manat 06 (altı) qəpik faiz, ümumilikdə 9150 (doqquz min yüz əlli) manat 75 (yetmiş beş) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 111 (yüz on bir) manat 51 (əlli bir) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8626 (səkkiz min altı yüz iyirmi altı) manat 69 (altmış doqquz) qəpik əsas, 524 (beş yüz iyirmi dörd) manat 06 (altı) qəpik faiz, ümumilikdə 9150 (doqquz min yüz əlli) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 111 (yüz on bir) manat 51 (əlli bir) qəpik dövlət rüsumu alınıb İddiaçı ASC -ə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 8626 (səkkiz min altı yüz iyirmi altı) manat 69 (altmış doqquz) qəpik əsas, 524 (beş yüz iyirmi dörd) manat 06 (altı) qəpik faiz, ümumilikdə 9150 (doqquz min yüz əlli) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 111 (yüz on bir) manat 51 (əlli bir) qəpik dövlət rüsumu alınıb İddiaçı ASC -ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar