Məhkəmə qərarları › İş №e-2(061)-415/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-415/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-415/2025 15.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı vəkili və vəkalətli nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2, nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı oğlunun, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı 60000 manat və hüquqi xidmətlər üçün ödənilmiş 350 manat pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı onun borclu olduqları 60000 (altmış min) manat məbləğində pulun və vəkilə hüquqi xidmətlər üçün ödənilmiş 350 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 onun həyat yoldaşı Gülnarə Abışovanın rəfiqəsi, onunla qonşu və həm kəndliləri olmuşdur. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə iddiaçı X5 64000 manat borc pul almış və bu barədə qəbz yazıb vermişdir. Aralarında olan razılığa əsasən Cavabdeh2 ondan 64000 manat 36 ay müddətinə hər ay 1800 manat ödəmək şərti ilə borc pul götürmüş, özünə məxsus şəxsiyyət vəsiqəsinin ksero surət vərəqinin arxa tərəfinə qəbzə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və şahid Qubad İsmayılov imza etmişlər. Cavabdeh3 xx.xx.2024-cü il tarixli qəbzə imza edərək bildirmişdir ki, o, qızı Cavabdeh2 aldığı borca şahiddir və öhdəsinə götürmüşdür ki, əgər Sevinc borcu qaytarmasa cavabdehlik daşıyır, şahidlərin iştrakı ilə- Cavabdeh3, Cavabdeh2 və X6 imza etdirib qəbz vermişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli qəbzə imza edərək bildirmişdir ki, o, bacısı Cavabdeh2 götürdüyü pul məbləğini təsdiqləyir və əgər ödəməsə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Şahidlər Cavabdeh3, Cavabdeh2 və X6 imza etdirib qəbz vermişdir. Cavabdehlər 64000 manat pulu ondan aldıqdan sonra aralarında olan razılıq əsasında 4 ədəd kartı təqdim etmiş və həmin kartdan cəmi 4000 manat borc pulu hissə-hissə geri almışdır. Bu yaxınlarda gedib kartı hərtərəfli bağlamışlar.Kartlardan pul çəkmək qeyri-mümkün olmuşdur. Borcdan ödənməmiş 60000 manat pul qalmışdır. Avqust-sentyabr aylarında 3400 manat, dekabr ayında 603 manat pul vəsaiti çıxarmışdır. Dəfələrlə o, cavabdehlərdən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini, borc pulunu geri tələb etsə də, ancaq cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və borclarını qaytarmaqdan imtina etmişlər. Belə hesab edir ki, onun hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 borclu olduqları 60000 (altmış min) manat məbləğində pulun və vəkilə hüquqi xidmətlər üçün ödənilmiş 350 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və vəkalətli nümayəndəsi Nümayəndə göstərmişdir ki, İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq, məhkəmə iclası gələ bilməmiş, onunla müqavilə bağlayaraq etibarnamə vermiş və məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı onun borclu olduqları 60000 (altmış min) manat məbləğində pulun və vəkilə hüquqi xidmətlər üçün ödənilmiş 350 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 İddiaçı həyat yoldaşı Gülnarə Abışovanın rəfiqəsi, onunla qonşu və həmkəndliləri olmuş, uşaqlıq vaxtı bir yerdə böyümüşlər. Münasibətləri yaxın olmuşdur. Cavabdeh2, anası, bacısı birlikdə bir neçə borcları olduğuna görə xx.xx.2024-cü il tarixdə Gülnarə xanım torpaq sahəsini və iki ədəd avtomobil satdıqlarından əllərində pul olduğundan onu borcdan qurtarmaq üçün iddiaçı X8 xahiş edərək 64000 manat borc pul vermiş və bu barədə Sevinc, bacısı, anası öz xətləri ilə müqavilə yazıb vermişdir. Həmin vaxt 64000 manat pulun verilməsi üçün notariat Ofisinə getmişlər, lakin ödəniləcək rüsum çox olduğundan Sevincin və anasının bir o qədər imkanı olmadığını bildirmiş və aralarında müqavilə yazıb vermişlər. Aralarında olan razılığa əsasən Cavabdeh2 ondan 64000 manat 36 ay müddətinə hər ay 1800 manat ödəmək şərti ilə borc olaraq götürmüş, özünə məxsus şəxsiyyət vəsiqəsinin ksero surətinin arxa tərəfinə qəbzə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və şahid Qubad İsmayılov imza etmişlər. Cavabdeh3 xx.xx.2024-cü il tarixli qəbzə imza edərək bildirmişdir ki, o, qızı Cavabdeh2 aldığı borca şahiddir və öhdəsinə götürmüşdür ki, əgər Sevinc borcu qaytarmasa cavabdehlik daşıyır, şahidlərin iştrakı ilə- Cavabdeh3, Cavabdeh2 və X6 imza etdirib müqaviləni təsdiq etmişlər. Cavabdeh1 xx.xx.2024-cü il tarixli qəbzə imza edərək bildirmişdir ki, o, bacısı Cavabdeh2 götürdüyü pul məbləğini təsdiqləyir və əgər ödəməsə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Şahidlər Cavabdeh3, Cavabdeh2 və X6 imza etdirib müqaviləni təsdiq etmişlər. Eyni zamanda burda Cavabdeh4 Cavabdeh2 həyat yoldaşıdır. O da öz xətti ilə qeyd etmişdir ki, yoldaşı Cavabdeh2 verilən pulu 36 ay müddətinə ödəməyə hazır olduğunu göstərmişdir. Cavabdehlər 64000 manat pulu ondan aldıqdan sonra aralarında olan razılıq əsasında 4 ədəd kartı təqdim etmiş və həmin kartdan cəmi 4000 manat borc pulu hissə-hissə geri almışdır. Bu yaxınlarda gedib kartı hərtərəfli bağlatmışlar. Kartlardan pul çəkmək qeyri-mümkün olmuşdur. Borcdan 4000 manat ödənilmiş, ödənməmiş 60000 manat pul qalmışdır. Avqust-sentyabr aylarında 3400 manat, dekabr ayında 603 manat pul vəsaiti çıxarmışdır. Bundan sonra cavabdehlər müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışlar. Odur ki, iddiaçı hazırki mübahisə ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırda iddiaçının ailəsində hazırki mübahisə ilə bağlı böyük narazıçılıq baş vermişdir. Ailə dağılmaq üzrədir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı onların borclu olduqları 60000 (altmış min) manat məbləğində pulun və 350 (üç yüz əlli) manat məbləğində hüquqi xidmətlər üçün ödənilmiş pul vəsaitinin müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallatrına əlavə edilmiş EQ-1089VK-0691/25 saylı elektron vəkil orderinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, 1 saylı Vəkil Büosunun vəkili Nümayəndə ilə müqavilə bağlayaraq ona elektron qaydada etibarnamə verərək məhkəmə iclasılarında hüquqlarını müadfiə etməyi həvalə etmişdir. Məhkəmə iclasında Cavabdeh2, vəkili, vəkalətli nümayəndəsi Vəkil2 göstərmişdir ki, iddianı qəbul etmirlər. Belə ki, onlar 2019-cu ildən Qubaddan 3000 manat pul almışlar. 2014-cü ilin avqust ayında onlara bu qəbzləri yazdırmışlar. Hamı bilmişdir ki, Mülki Məcəllədə yazılmışdır ki, 50 manatdan yuxarı borc müqavilə başlanmır, sadə müqavilə ola bilməz. Onlar vəziyyətlərinin ağırlaşdığını görmüş və kartlarını bağlatmışlar. Vəsatət vermiş Kapital bankdan 2019-cu ildən 2024-cü ilə qədər kim tərəfindən kartdan pul çıxarılması müəyyən edilməsi üçün ancaq bankın verdiyi sənədlə heç nə aydın olmayan cavab alınmışdır. İddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı tərəfin təqdim etdiyi şahid X2 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı kürəkəni, Gülnarə qızıdır. Cavabdehlərlə həmkəndli kimi münasibətləri yaxşı olmuş, pul mübahisəsinə görə pisləşmişdir. 04 avqust 2024-cü il tarixdə evdə olarkən Sevinc ona zəng etmiş, borcluların onu narahat etdiklərini və Gəncə şəhərinə Gülnarədən pul almağa getdiyini bildirmişdir. Sevinc, anası və bacısı ilə birlikdə Gəncə şəhərinə getmişlər. Həmin vaxt Samir Türkiyə Respublikasında olmuşdur. X11 pul istəmişdir. Cavabdeh4 olduğu yerdən görüntülü zəng edərək problem olmadığını, Azaydan onlara borclarını verməkdə kömək etməsini, kartlara müdaxilə etməyəcəyini, ona qardaş kimi dəstək olmasını xahiş etmişdir. Onlar Gülnarənin ərindən 64000 manat pul götürmüşlər. Pul çəkilişlə vermişdir. Əlyazma yazılmış, telefonla çəkiliş olmuşdur. Həmin vaxt onlarla birlikdə olmuşdur. Həmin puldan 2-3 ay ödəniş etdikdən sonra onlar kartı bağlatmış, Azay kartlardan pul çıxıra bilməmişdir. Hər ay nə qədər pul çıxartdıqlarından məlumatı olmamışdır. Məhkəmə iclasında Cavabdeh4 göstərmişdir ki, həyat yoldaşı Sevinc, onun bacısı Sevda və anası Səadət Azayın evinə getmişlər. Ordan onunla görüntülü danışmışlar. Çəkilişdə iştirak etmişdir. Xahiş etmişdir ki, pul ver vəziyyətləri ağırdır. Pulu ona Qubad vermişdir. Azayı tanımamışdır. Qubadla danışmışdır. Qubad Azayın evində olmuşdur. Pul Qubadın olmuşdur. Qubadla onları tanış edən Gülnarəgil olmuşdur. O, Qubaddan onlara pul verməsini xahiş etmişdir. Qubad Azayın dayısı oğludur. Pulun Azayın və ya Qubadın verdiyini bilməmişdir. Pulu Azayın evindən almışdır. Qubadın pulunu qaytarmamışlar. Gülnarədən pul götürüldüyünü bilmədiyini, Qubaddan 29000 manat pul götürmüşlər. Qubadın pulunu qaytarmamışlar. Götürdükləri puldan 4 ay qaytarmış, lakin sonradan qaytarmamışlar. Məhkəmə iclasında Cavabdeh2 göstərmişdir ki, 2024-cü ilin avqust ayında anası, bacısı, sürücü ilə birlikdə Gəncə şəhərinə Gülnarənin evinə getmişlər. Zahirə qızının evində olmuşdur. Onlar Qubadın pulu götürüb gələcyini bildirmişlər. Qubadla birlikdə vəsiqələri aparıb notariusda təsdiqləmişlər. Bir daha Gülnarənin evinə gəlmişlər. Qubad onları Gülnarə vasitəsi ilə tanıdığından pulu onların evində vermişdir. Qubadı tanımamışdır. 3 ildir ki, kürəkəni və qızı onların kartından pul çıxarmışlar. 29000 manat pul vermişlər və 60000 manata imza edəcəklərini bildirmişlər. Bundan sonra stolun üstünə 29000 manat pul qoymuşlar. Pulu Qubad cibindən çıxarıb stolun üstünə qoymuşdur. Yazılmış, imzalanmışdır. Qubad pulu götürməyə qoymamışdır. Şərikli işləmək üçün yoldaşının adına “KAMAZ” markalı avtomobil almışdılar. “KAMAZ” markalı avtomobillə işləyə bilmədiyi üçün aparıb həyətlərinə qoymuşlar. Pulların 29000 manatdan yoldaşına Qubaddan 22000 manat götürüb “KAMAZ” markalı avtomobil aldıqlarını, 9 ay pulunu vermişdir. Bu qədər “KAMAZ” markalı avtomobilin pulu, 2000 manat bunu çıxır, 1500 manat bunu çıxır, 3000 manat Mehriban adlı şəxsə vermiş, 3000 manat birinə, 3000 manat birinə verdi Qubadla, Azay 4000 manat da Elmira adlı şəxsə verdilər. 700 manat ona vermişlər. Yoldaşı Samir həmin vaxt Türkiyədə olarkən görüntülü çəkilişdə iştirak etmişdir. Ortada olan pulu çəkmişlər. Yoldaşı borclarını verib qurtamasını demişdir. 29000 manatı dağıdandan sonra gətirib kartı bağlatdırmışdır. Məhkəmə iclasında Cavabdeh3 göstərmişdir ki, əvvəlki məhkəmə iclasında dediyi kimi ərizəni (əlyazma qəbzi) o, yazmışdır. Ərizəni təsdiq etmişdir. Azayın evinə getmiş, kənarda durub maraqlanmamışdır. Zahirənin qızının evinə Sevinclə, digər qızı ilə getmişdir. Həmin vaxt Zahirə qızının evində olmuşdur. Pul haqqında danışmışlar. Orda olanda Qubad qəbzin məzmunun demiş o da heç bir təzyiq olmadan yazmışdır. Pulu kartdan çıxarmalı olmuşlar. Sevinc həyat yoldaşının 1200 manatlıq kartını və onun 370 manatlıq kartını vermişdir. Kartlar 4 ay onlarda qalmışdır. Qayıdanda onlarla gəlməmiş, o başqa adamla gəlmişdir. 2 paçka ortası rezinlə bağlı pulu Qubad çıxarıb stolun üstünə qoymuşdur. Qubad heç kimə pul verməmiş, pulu cibinə qoymuş, Qaradağlı kəndinə gəlib kənddə Sevincin borclarını paylamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi şahid X9 göstərmişdir ki, İddiaçı əmisinin nəvəsidir. Cavabdehləri xx.xx.2024-cü ildən tanımışdır. Heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü ildə Gülnarənin evində olmuşdur. Bu pul mübahisəsindən qabaq Samiri görmüşdür. Samirlə münasibət yaranmışdır. Azay demişdir ki, arvadı ilə həmkəndlidirlər. Vəziyyətləri yaxşı deyildir. “KAMAZ” alaq daş satıb onlara kömək etsinlər. Azaya pulu olmadığını bildirmiş, lakin onların qazancına şərik olduğundan razılıq vermişdir. Azay və Samirlə hər ay ona 1500 manat verəcəklərini bildirmişlər ki, 25500 manat pulu ödəmiş olsun. Həmin vaxt Azayla mübahisələri olmuşdur. Hazırda onların Azaya 64000 manat borcu vardır. Onu Azay çağırmışdır ki, onlar onu rahat buraxmırlar, ondan pul istəyirlər. Azay gilə gəldikdə Sevinc, Sevda, Səadət, Zahirə və Gülnarə olmuşdur. Azay onu çağırmış və savadsız olduğundan köməklik etməsini xahiş etmişdir. Azaydan pul məsələsinin normal iş olmadığını, gələcəkdə problemi olduğunu, ehtiyatlı olmasını bildirsə də, Azay onlara kömək etmək istədiyini bildirmişdir. Samir Türkiyə Respublikasına işləməkdə olmuşdur. Danışmışlar özləri, videogörüntünü çəkmişlər. 64000 manata görə özləri sərbəst qəz yazmışlar. Sevinc, videogörüntü ilə ərinə zəng etmişlər və çəkiliş aparmışlar. O da şahid kimi iştirak etmişdir. Orada pul məbləğini saymadı, aralarında 64000 manata müqavilə yazıb vermişlər. Dəfələrlə Cavabdeh3 pul məsələsinə qarışmamasını birdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. İş materiallarında olan Cavabdeh1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iş materiallarında olan əlyazmanı özü yazdığının, imza etdiyini təsdiq etmiş, eləcə də ona pul verilmədiyini, ondan pul götürmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş AA № 253440 saylı vəsiqənin surətindən görünür ki, Abışov X7 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 AA ******* saylı şəxsiyyət vəsiqəsinin arxasına xx.xx.2024-cü il tarixdə yazdığı notarial qaydada təsdiq olunmuş əlyazma qəbzinin surətindən görünür ki, o, bacısı Sevincin götürdüyü pul məbləğini əgər Sevinc ödəməsə, o, ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin qəbzi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X9 imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh3 AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin arxasına xx.xx.2024-cü il tarixdə yazdığı notarial qaydada təsdiq olunmuş əlyazma qəbzinin surətindən görünür ki, o, qızı Cavabdeh2, aldığı borca şahiddir. Sevinc borcu qaytarmasa o, cavabdehlik daşıyır. Həmin qəbzi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X9 imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh2 AA ******* saylı şəxsiyyət vəsiqəsinin arxasına xx.xx.2024-cü il tarixdə yazdığı notarial qaydada təsdiq olunmuş əlyazma qəbzinin surətindən görünür ki, o, İddiaçıoğlundan xx.xx.2024-cü ildə 64000 manat pulu bir şətrlə götürmüşdür ki, 36 ay müddətinə hər ay 1800 manat ödəyəcəkdir. Ödəyəcəyi vəsait onun həyat yoldaşı Cavabdeh4 müavinəti ilə maaş kartı və Cavabdeh1 aliment kartı vasitəsi ilə 300 manat verməklə ödəniləcəkdir. O, bu məsuliyyəti bilə-bilə üzərinə götürdüyünü, özü öz əli ilə dəsti xətti ilə yazdığını qeyd etmişdir. Həmin qəbzi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X9 imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Tərtər rayon polis şöbəsinin TB-i tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək X3 2021-ci ilsə ona 4000 manat borc verdiyini, əvəzində ona və ailəsinə məxsus 03 ədəd bakn kartını girov götürdüyünü üç il müddətində ona külli miqdarda pul ödəməsinə baxmayaraq hələ də kartını geri qaytarmaması ilə bağlı şikayətinə dair raport xx.xx.2024-cü il tarixdə qeydiyyata alınaraq HQK-1/2308 sayda icraata daxil olmuşdur. Aparılmış araşdırma zamanı tərəflərin izahatları alınmış, və müəyyən edilmişdir ki, 2024-cü ilin avqust ayında Tərtər rayon Qaradağlı kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 Gəncə şəhər sakini X1 4000 manat borc pul götürmüş, lakin geri qaytarmamışdır. Bundan sonra Cavabdeh2 tanışı İddiaçı borclarını bağlamaq məqsədi ilə ümumilikdə 64000 manat borc pul götürüb, həmin pul məbləğinin 4000 manat hissəsini geri qaytarsa da digər 60000 manat hissəsini qaytarmaqdan imtina etmişdir. Həmin qərarla Cavabdeh2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 vəkili, vəkalətli nümayəndəsinin vəsatətinə əsasən qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı icra edilməsi üçün "xxxx" ASC-ə göndərilmiş və müvafiq cavab alınmışdır, həmin cavab məhkəmədə elan olunmuş və tərəflər tanış olmuşlar. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Pul Pal” -“Uğurlu ödəniş” qəbzindən görünür ki, 52395*8646 nömrəli kart hesabına (əməliyyat referansı **********8, təsdiq kodu 431211, VÜEN **********) 350 manat pul ödənmişdir. Məhkəmə iddiaçının vəkilinin, vəkalətli nümayındəsinin, cavabdehlərin izahatlarını, şahid ifadələrini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı həyat yoldaşı Gülnarə Abışova ilə Cavabdeh2 arasında qonşu, həmkəndli və uşaqlıq vaxtı bir yerdə böyüdüklərindən yaxın münasibətləri olmuşdur. xx.xx.2024-cü ildə Cavabdeh2, anası Cavabdeh3 və bacısı Cavabdeh1 ilə birlikdə borclarını qaytarmaq üçün ondan pul almaq məqsid ilə Gülnarə Abışovanın yaşadığı ünvana getmişlər. Bu halı hər iki tərəf təsdiq etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının vəkili, vəkalətli nümayəndəsi Nümayəndə göstərmişdir ki, cavabdehlər Cavabdeh2 İddiaçı həyat yoldaşı Gülnarə Abışovanın rəfiqəsi, onunla qonşu və həmkəndliləri olmuş, uşaqlıq vaxtı bir yerdə böyümüşlər. Münasibətləri yaxın olmuşdur. Cavabdeh2, anası, bacısı birlikdə bir neçə borcları olduğuna görə xx.xx.2024-cü il tarixdə Gülnarə xanım torpaq sahəsini və iki ədəd avtomobil satdıqlarından əllərində pul olduğundan onu borcdan qurtarmaq üçün iddiaçı X8 xahiş edərək 64000 manat borc pul vermiş və bu barədə Sevinc, bacısı, anası öz xətləri ilə müqavilə yazıb vermişdir. Həmin vaxt 64000 manat pulun verilməsi üçün notariat Ofisinə getmişlər, lakin ödəniləcək rüsum çox olduğundan Sevincin və anasının bir o qədər imkanı olmadığını bildirmiş və aralarında müqavilə yazıb vermişlər. Aralarında olan razılığa əsasən Cavabdeh2 ondan 64000 manat 36 ay müddətinə hər ay 1800 manat ödəmək şərti ilə borc olaraq götürmüş, özünə məxsus şəxsiyyət vəsiqəsinin ksero surətinin arxa tərəfinə qəbzə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və şahid Qubad ismayılov imza etmişlər. Cavabdeh3 xx.xx.2024-cü il tarixli qəbzə imza edərək bildirmişdir ki, o, qızı Cavabdeh2 aldığı borca şahiddir və öhdəsinə götürmüşdür ki, əgər Sevinc borcu qaytarmasa cavabdehlik daşıyır, şahidlərin iştrakı ilə- Cavabdeh3, Cavabdeh2 və X6 imza etdirib müqaviləni təsdiq etmişlər. Cavabdeh1 xx.xx.2024-cü il tarixli qəbzə imza edərək bildirmişdir ki, o, bacısı Cavabdeh2 götürdüyü pul məbləğini təsdiqləyir və əgər ödəməsə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Şahidlər Cavabdeh3, Cavabdeh2 və X6 imza etdirib müqaviləni təsdiq etmişlər. Eyni zamanda burda Cavabdeh4 Cavabdeh2 həyat yoldaşıdır. O da öz xətti ilə qeyd etmişdir ki, yoldaşı Cavabdeh2 verilən pulu 36 ay müddətinə ödəməyə hazır olduğunu göstərmişdir. Cavabdehlər 64000 manat pulu ondan aldıqdan sonra aralarında olan razılıq əsasında 4 ədəd kartı təqdim etmiş və həmin kartdan cəmi 4000 manat borc pulu hissə-hissə geri almışdır. Bu yaxınlarda gedib kartı hərtərəfli bağlatmışlar. Kartlardan pul çəkmək qeyri-mümkün olmuşdur. Borcdan 4000 manat ödənməmiş 60000 manat pul qalmışdır. Avqust-sentyabr aylarında 3400 manat, dekabr ayında 603 manat pul vəsaiti çıxarmışdır. Bundan sonra cavabdehlər müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışlar. Odur ki, iddiaçı məhkəmədə sözügedən iddianı qaldırmağa məcbur olmuşdur. İddiaçının göstərdiyi xüsusatlar məhkəmədə elan edilmiş cavabdehlərin əlyazma ilə yazdıqları qəbzlərlə təsdiqini tapmışdır. Məhkəmə iclasında izahat vermiş Cavabdeh2 göstərmişdir ki, onlar həqiqətən iddia ərizəsində göstərilən vaxtda pul almaq məqsədi ilə Gülnarənin evinə getmiş, lakin pulu İddiaçı deyil, Qubad İsmayılovdan aldıqlarını və pulun məbləğinin 64000 manat olmadığını, 29000 manat olduğunu bildirmişdir. Buna baxmayaraq əlyazma ilə yazdıqları qəbzdə o, pulun məbləğinin 64000 manat olduğunu göstərmişdir. Həmin vaxt ona heç bir təzyiq olmamışdır. Pulun verilməsi ilə bağlı çəkiliş olmuş, həmin çəkilişdə anası, bacısı iştirak etmiş və həyat yoldaşı Cavabdeh4 da pulun verilməsi ilə bağlı videogörüntü yaratmış və onun da məlumatı olmuşdur. X14 almışlar. Onlar həyat yoldaşının müavinət kartını, qaynanasının kartını Qubad İsmayılova vermişlər. Qubad İsmayılov ona pulu verməmiş, onlarla birlikdə yaşadıqları kəndə gələrək borclu olduqları şəxslərə payladığını və ona 700 manat pul verdiyini bildirmişdir. Bu səbəbdən kartların qabağını bağlatmış və özünün ailə məsrəflərinə xərcləmişdir. Cavabdeh2 izahatında pulun məbləğinin 29000 manat olduğunu və X14 aldığını göstərsə belə, bu xüsuaitları təsdiq edən həar hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mükahizələrinə əsaslanaraq izahat vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə məhkəmə iclasında elan edilmiş cavabdehlərin əl yazma ilə yazdıqları həmin qəbzləri sübut növü kimi qəbul etmişdir. Hazırda cavabdeh borc aldığı pulu iddiaçı tərəfə qaytarmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Belə olan halda iddiaçı borc verdiyi pulu tələb etmiş, cavabdeh isə əsassız bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh iddiaçının pulunu özündə saxlamışdır. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüş və onun cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə iclasında ifadə vermiş şahidlər X2 və X9 məhkəmə iclasında verdikləri ifadələri ilə bir daha Cavabdeh2 digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə Gülnarə Abışovanın evinə gələrək İddiaçı razılaşdıqları müddətdə 64000 manat pul aldıqlarını, bu məqsədlə kart verdiklərini, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 götürdüyü pulu ödəmədiyi təqdirdə özlərinin ödəyəcəklərini göstərmələrini, lakin Cavabdeh2 ümumilikdə 4000 manat pul qaytardığını, sonradan kartların qarşısını bağlatdığını təsdiq etmələrini iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının cavabdehlərə 60000 manat məbləğində pulun verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Bununla belə məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübut əhəmiyyətinə malik olan yazılı qəbzlərin mötəbərliyini və qanuna uyğun şəkildə əldə edilib–edilməsini zəruri hesab edərək, mülki işə baxılan zaman iddiaçının cavabdehi zorla, hədə–qorxu gəlməklə və yaxud etibarından sui– istifadə edib aldatmaq yolu ilə qəbz yazdırması və ümumiyyətlə bu mübahisə ilə bağlı tərəflərin əməlində cinayət tərkibinin olub-olmamasına məhkəmədə elan olunmuş Tərtər rayon polis şöbəsinin TB-i tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə qiymət verilmiş, Cavabdeh2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir. Lakin həmin tarixdən hazırki dövrədək Cavabdeh2 bu mübahisə ilə bağlı məhkəməyə hər hansı bir iddia tələbi ilə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi yazılı qəbzlər cavabdehlər tərəfindən heç bir zor tətbiq edilmədən və yaxud etibardan sui–istifadə edilməklə yazılmamışdır. Cavabdehlər həmin qəbzi sərbəst şəkildə öz xətti ilə əlverişli şəraitdə yazmaqla sərbəst iradələrini ifadə etmişlər. Ona görə də həmin yazılı qəbzlər mötəbər sübut kimi qəbul edilməli və işə baxılan zaman nəzərə alınmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilmiş Cavabdeh1 AA ******* saylı şəxsiyyət vəsiqəsinin arxasına xx.xx.2024-cü il tarixdə yazdığı notarial qaydada təsdiq olunmuş əlyazma qəbzinin surətindən görünür ki, o, bacısı Sevincin götürdüyü pul məbləğini əgər Sevinc ödəməsə, o, ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin qəbzi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X9 imzaları ilə təsdiq etmişlər. Eləcə də Cavabdeh3 AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin arxasına xx.xx.2024-cü il tarixdə yazdığı notarial qaydada təsdiq olunmuş əlyazma qəbzinin surətindən görünür ki, o, qızı Cavabdeh2, aldığı borca şahiddir. Sevinc borcu qaytarmasa o, cavabdehlik daşıyır. Həmin qəbzi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X9 imzaları ilə təsdiq etmişlər. Həmçinin Cavabdeh2 AA ******* saylı şəxsiyyət vəsiqəsinin arxasına xx.xx.2024-cü il tarixdə yazdığı notarial qaydada təsdiq olunmuş əlyazma qəbzinin surətindən görünür ki, o, İddiaçı xx.xx.2024-cü ildə 64000 manat pulu bir şətrlə götürmüşdür ki, 36 ay müddətinə hər ay 1800 manat ödəyəcəkdir. Ödəyəcəyi vəsait onun həyat yoldaşı Cavabdeh4 müavinəti ilə maaş kartı və Cavabdeh1 aliment kartı vasitəsi ilə 300 manat verməklə ödəniləcəkdir. O, bu məsuliyyəti bilə-bilə üzərinə götürdüyünü, özü öz əli ilə dəsti xətti ilə yazdığını qeyd etmişdir. Həmin qəbzi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X9 imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmədə elan edilmiş Cavabdeh2 vəkili, vəkalətli nümayəndəsinin vəsatətinə əsasən qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı icra edilməsi üçün "xxxx" ASC-ə göndərilmiş və müvafiq cavab alınmış, həmin cavab məhkəmə iclasında elan edilmiş, lakin cavabdehlərin bu barədə verdikləri vəsatətlər öz təsdiqini tapamamışdır. Məhkəmə cavabdehləriin məhkəmə iclası zamanı yazılı qəbzlərin onlara Qubad İsmayılov tərəfindən diktə edilərək yazdıqlarını, pul məbləğinin 64000 manat deyil, 29000 manat olduğöunu bildirmələrinə tənqidi yanaşır və cavabdehin bildirdiklərini həmin hissədə sübut növü kimi qəbul etmir. Belə ki, cavabdehlər xx.xx.2024-cü il tarixli qəbzləri şəxsən yazdıqlarını və imzaladıqlarını bildirmiş, lakin pulun məbləğini etiraf etməmişlər. Cavabdehlər öz fikirləriini onunla əsaslandırmışlar ki, guya iddiaçı pulu onlara göstərmiş, çəkiiş aparılmış, onlar da qəbzi yazmış, lakin iddiaçı qəbzi onlardan almış və pulu onlara verməyərək, yaşadıqları kəndə gəlmiş və pulu Cavabdeh2 borclarına paylamışdır. Göründüyü kimi cavabdehlərin bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Çünki cavabdehin pulu almadan qəbz yazması, pulu almadığı halda qəbzi verməsi, sonra isə susması inadırıcı sayıla bilməz. Cavabdeh yazılı qəbzdə də birbaşa “64000 manat məbləğində pulu almışam” ifadəsindən istifadə etmişdir. Ona görə də iddiaçı cavabdehlərin bildirdiklərini təkzib edərək, pulun məbləğinin onlarla razılaşdıqları kimi 64000 manat olduğunu, qəbzlər yazıldıqdan sonra pulun onlara verildiyini bildirmişdir. Cavabdeh isə həmin halı təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə ehtimal olaraq qalır və heç bir əsasa söykənmir. Bu hallar isə iddianın rədd edilməsi üçün yetərli sayıla bilməz. Ona görə də məhkəmə iddiaçının bildirdiklərini və təqdim etdiyi sübutları cavabdehin bildirdiklərinə münasibətdə daha inandırıcı və ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı tərəf cavabdehlərə aralarınrda olan razılaşmaya əsasən 64000 manat pul vermiş, cavabdeh tərəf həmin pulun yalnız 4000 manat hissəsini qaytarmış, lakin 60000 manat hissəsini qaytarmamışdır. Beləliklə cavabdehlər iddiaçı ilə aralarında olan razılaşmaya əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlibedilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Məhkəmədə elan olunmuş AA № 253440 saylı vəsiqənin surətindən görünür ki, Abışov X7 rayonundan məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 270 (səksən səkkiz) manat pul vəsaiti müştərək qaydada alınıb Dövlət gəlirlərinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi xidmət üçün vəkilə ödədiyi 350 manat pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının vəkili, vəkalətli nümayəndəsinin, cavabdehləriin izahatlarını, şahid ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 60000 (altmış min) manat və iddiaçının hüquqi xidmət üçün vəkilə ödədiyi 350 (üç yüz əlli) manat pul vəsaiti müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 270 (səksən səkkiz) manat pul vəsaiti müştərək qaydada alınıb Dövlət gəlirlərinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 60000 (altmış min) manat və iddiaçının hüquqi xidmət üçün vəkilə ödədiyi 350 (üç yüz əlli) manat pul vəsaiti müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 dövlət rüsumu olaraq 270 (səksən səkkiz) manat pul vəsaiti müştərək qaydada alınıb Dövlət gəlirlərinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar