Məhkəmə qərarları › İş №e-2(061)-43/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-43/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-43/2025 09.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hasıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh vəkalətli nümayəndəsi (anası) X1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC adlandırılacaq), Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" QSC -in xeyrinə 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" QSC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, mülki iş üzrə 09 yanvar 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcək. İddia tələbini müdafiə edirlər. İş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddiaının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022ci il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişi yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3547,65 manat ödəniş etmiş və onun iddiaçıya 17452,35 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən krediyin ərizədə razılaşdırılmışkart hesabına və ya cari hesaba kömürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixdə 217 gün üçün hesablanmış faiz borcu 2315,20 manat təşkil edir. Müqavilənin 7,20-ci bəndinə uyğun olaraq borclu kredit və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödənilməlidir. xx.xx.2024-cü il tarixə 217 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 625,81 manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkalətli nümayəndəsi (anası) X3 göstərmişdir ki, Cavabdeh onun oğludur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Həqiqətən oğlu Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kreditn bir hissəsini ödəmiş, lakin qalan məbləği maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" QSC -in xeyrinə 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiklərini, iddianın cərimə borcuna aid olan hissəsində ona köməklik edilməsini, Cavabdeh Banka olan borcunu gələcəkdə hissəhissə ödəyəcəyini, iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 08 yanvar 2025-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh anası X2 etibarnamə vermiş və onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli ərizənin (müştəri kodu **********) surətindən görünür ki, Cavabdeh "xxxx" QSC-ə təqdim etdiyi ərizəyə əsasən 20 faiz dərəcəsi olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" QSC -ə olan borcu, 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 481 (dörd yüz səksən bir) manat 65 (altmış beş) qəpik cərimə, ümumilikdə 20249 (iyirmi min iki yüz qırx doqquz) manat 20 (iyirmi) qəpik təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü xəbərdarlığın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 2337,04 manat məbləğində, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət edikləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri, cavabdehin izahatını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişi yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3547,65 manat ödəniş etmiş və onun iddiaçıya 17452,35 manat məbləğində kredit borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş cavabdehin vəkalətli nümayəndəsi X3 iddianın cərimə borcuna aid olan hissəsində ona köməklik edilməsi, iddianın təmin edilməsinə, oğlu Cavabdeh banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin müəyyən bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 481,65 manat cərimə borcu, 441,65 manat azaldılaraq, (481,65 manat – 441,65 manat = 40 manat ) 70 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik, faiz borcu üzrə 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik, cərimə borcu üzrə 40 (qırx) manat, ümumilikdə 19807 (on doqquz min səkkiz yüz yeddi) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" QSC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki,məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin vəkalətli nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 40 (qırx) manat cərimə, ümumilikdə 19807 (on doqquz min səkkiz yüz yeddi) manat 55 (əlli beş) qəpik məbləğində pul və ödənilmiş 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSCə ödənilməlidir. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməməlidir. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17452 (on yeddi min dörd yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas, 2315 (iki min üç yüz on beş) manat 20 (iyirmi) qəpik faiz, 40 (qırx) manat cərimə, ümumilikdə 19807 (on doqquz min səkkiz yüz yeddi) manat 55 (əlli beş) qəpik məbləğində pul və ödənilmiş 150 (yüz əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-ə verilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar