Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-474/2025 28.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı MMC-in səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-in Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı 3196 (üç min yüz doxsan altı) manat avtomobilin zədələnməsi, 3456 (üç min dörd yüz əlli altı) manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar zərərin, qiymətləndirmə xidməti üçün ödənilmiş 150 (yüz əlli) manat, baxış aktının dəyəri 60 (altmış) manat, hüquqi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat və ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumunun, cəmi 7659 (yeddi min altı yüz əlli doqquz) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21060 minik” markalı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri, Səbail rayonu F.Əmirov küçəsində hərəkətdə olarkən Nizami küçəsi ilə hərəkətdə olan İddiaçı MMC-ə məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin qabaq hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobildə sərnişin kimi əyləşmiş X4 xəsarət almışdır. Yol nəqliyyat hadisəsi barədə Daxili işlər Nazirliyinin 102 cağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə yol polisi xidməti əməkdaşları yaxınlaşmışlar. Yol nəqliyyat hadisəsi Səbail Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. X2 xəsarətləri sağlamlığa zərər vurmayan hesab edilmiş və müvafiq qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti icra edilməsi üçün aidiyyəti üzrə Səbail RPİ-in DYPŞ-nə göndərilmişdir. Səbail RPİ-in DYPŞ Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Səbail RPİ-in DYPŞ-də tanınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-ə məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin ön bamper, ön kapot, ön bamperin üst plastması, ön ekranı, radiator barmaqcıqlar, ön sol duman işığı, ön bamperin sol kantı, nömrə altlığı, avtomobilin şiti, avtomobilin şitinin hava şarı, sükanın hava şarı, ön sağ və sol təhlükəsizlik kəməri, ön sol fara, ön bamperin gücləndirməsi və ön sağ farası zədələnmiş, nəticədə İddiaçı MMC-ə 8196 manat zərər dəymişdir. Eyni zamanda müvafiq ekspertiza keçirilmiş, 2024-cü il istehsallı olan ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin olunduqdan sonra real bazar dəyərinin 28800 manatdan 25344 manata endiyi ekspert rəyi ilə təsdiq olunmuşdur. Nəticədə İddiaçı MMC-ə 8196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar ziyan olmaqla 11652 manat ziyan dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21060 minik” markalı avtomobilin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-in balansında olan avtomobilə vurulmuş zərərdən 5000 manat “Paşa Sığorta“ ASC tərəfindən qarşılanaraq ödənilmişdir. Qalan 3196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar ziyan olmaqla ümumilikdə 6652 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə danışıqlar aparılmış, zərərin qarşılanması mübahisələndirilməsəd məhkəmədən kənar həll edilməsi üçün müvafiq pretenziya məktubu göndərilmiş, lakin bütün görülmüş tədbirlər heç bir nəticə verməmiş, cavabdeh tərəfindən bu istiqamətdə heç bir müsbət addım atılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 3196 (üç min yüz doxsan altı) manat avtomobilin zədələnməsi, 3456 (üç min dörd yüz əlli altı) manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar zərərin, qiymətləndirmə xidməti üçün ödənilmiş 150 (yüz əlli) manat, baxış aktının dəyəri 60 (altmış) manat, hüquqi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat və ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumunun, cəmi 7659 (yeddi min altı yüz əlli doqquz) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-in səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənləri bir daha təqdiq edərək iddianın tam təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş EQ 2414VK-2890/25 nömrəli elektron vəkil orderinin surətindən gürünür ki, İddiaçı MMC Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlayaraq məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh 28 aprel 2025-ci il tarixli məhkəmədə olması ilə bağlı bildirişi şəxsən imza etməklə almışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh tərəfindən yazılmış etirazda göstərilmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddianın əsassızdır. İddianı qəbul etmir. Həmin avtomobilə dəymiş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Ziyan tam araşdırılmış və dəymiş ziyanın həcmində sığorta ödənilmişdir. Lakin əlavə olaraq qeyd etmişdir ki, həmin avtomobil, yəni iddiaçıya məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobil avto salonda satış üçün qoyulmamışdır. Həmin avtomobil digər şəxsin idarə etmə nəticəsində olmuşdur. Belə ki, hərəkətdə olan avtomobilin bazar qiyməti ilə səciyyələndirmək düzgün olmamışdır. Ona görə ki, Bakı şəhərində hər an avtomobil qəzaları münkündür. Bu səbəbdən də iddia əsassızdır. Və qəbul etmədiyini bibldirmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli 5236 saylı əşyanın nisyə alqısatqısı haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında 25 sentyabr 2024-cü il tarixli 5236 saylı əşyanın nisyə alqı-satqısı haqqında müqaviləsinə əsasən xx.xx.2024-cü il buraxılışlı, ağ rəngli, ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin qiyməti xx.xx.2027-ci il tarixədək ödənmək şərti ilə 45732,30 manat müəyyən edilməklə ona satılmışdır. Hər iki tərəf müqavilənin şərtlərini qəbul etməklə öz imzaları ilə təqdiq etmişlər. İş materiallarına əlavə edilmiş qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2024cü il buraxılışlı, ağ rəngli, ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin mülkiyyətçisi İddiaçı MMC olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Leobank” vasitəsi ilə ödənilmiş qəbzin surətindən görünür ki, “Hyundai Elantra minik” markalı avtomobilin İddiaçı MMC -dən alıcı olan Zəka Xəlilov 700 manat hüquqi yardıma görə hesaba pul ödənmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayonu, Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul olinmuş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il saat 19:15-də KTM-dən həkim Qasımova zəng edərək ünvan 1 ünvanın qarşısında baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2 xəsarət alması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında araşdırma aparılmış, X2 və ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin sürücüsü X1 izahatları alınmış, ekspertiza təyin edilmişdir. Nəticədə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, hadisəni törətmiş sürücü Cavabdeh Azərbaycan Respublikasının İXM-327.1-ci maddəsi ilə inzibzti məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri, Səbail rayonu, Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 00007 saylı Aktdan görünür ki, 2024-cü il buraxılışlı, ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilə dəymiş ziyan hesablanmış, avtomobilin ön bamper, ön kapot, ön bamperin üst plastması, ön ekranı, radiator barmaqcıqlar, ön sol duman işığı, ön bamperin sol kantı, nömrə altlığı, avtomobilin şiti, avtomobilin şitinin hava şarı, sükanın hava şarı, ön sağ və sol təhlükəsizlik kəməri, ön sol fara, ön bamperin gücləndirməsi və ön sağ farası zədələnmiş və usta haqqı, materialla birlikdə 8156 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-in verdiyi 449 saylı qiymətləndirmə rəyinin surətindən görünür ki, 2024-cü il buraxılışlı, ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin bərpa olunmuş saz vəziyyətdə bazar dəyəri 25344 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı MMC "xxxx" MMC-ə 150 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış dəymiş zərərin əvəzinin könüllü olaraq ödənilməsi ilə əlaqədar məktubun surətindən görünür ki, Cavabdeh 6652 manat dəymiş zərərin 5 gün müddətində İddiaçı MMC-ə ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyə uyğun olaraq barəsində məhkəmə qaydasında dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıracaqları barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin izahatını, cavabdehin etiraz ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21060 minik” markalı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri, Səbail rayonu F.Əmirov küçəsində hərəkətdə olarkən Nizami küçəsi ilə hərəkətdə olan İddiaçı MMC-ə məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin qabaq hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobildə sərnişin kimi əyləşmiş X4 xəsarət almışdır. Yol nəqliyyat hadisəsi barədə Daxili işlər Nazirliyinin 102 cağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə yol polisi xidməti əməkdaşları yaxınlaşmışlar. Yol nəqliyyat hadisəsi Səbail Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. X2 xəsarətləri sağlamlığa zərər vurmayan hesab edilmiş və müvafiq qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti icra edilməsi üçün aidiyyəti üzrə Səbail RPİ-in DYPŞ-nə göndərilmişdir. Səbail RPİ-in DYPŞ Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Səbail RPİ-in DYPŞ-də tanınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-ə məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin ön bamper, ön kapot, ön bamperin üst plastması, ön ekranı, radiator barmaqcıqlar, ön sol duman işığı, ön bamperin sol kantı, nömrə altlığı, avtomobilin şiti, avtomobilin şitinin hava şarı, sükanın hava şarı, ön sağ və sol təhlükəsizlik kəməri, ön sol fara, ön bamperin gücləndirməsi və ön sağ farası zədələnmiş, nəticədə İddiaçı MMC-ə 8196 manat zərər dəymişdir. Eyni zamanda müvafiq ekspertiza keçirilmi, 2024-cü il istehsallı olan 90YB967 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin olunduqdan sonra real bazar dəyərinin 28800 manatdan 25344 manata endiyi ekspert rəyi ilə təsdiq olunmuşdur. Nəticədə İddiaçı MMC-ə 8196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar ziyan olmaqla 11652 manat ziyan dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21060 minik” markalı avtomobilin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-in balansında olan avtomobilə vurulmuş zərərdən 5000 manat “Paşa Sığorta“ ASC tərəfindən qarşılanaraq ödənilmiş, 3196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar ziyan olmaqla ümumilikdə 6652 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə danışıqlar aparılmış, zərərin qarşılanması mübahisələndirilməsəd məhkəmədən kənar həll edilməsi üçün müvafiq pretenziya məktubu göndərilmiş, lakin bütün görülmüş tədbirlər heç bir nəticə verməmiş, cavabdeh tərəfindən bu istiqamətdə heç bir müsbət addım atılmamışdır. Bütün bu hallar məhkəmədə elan edilmiş sənədlərlə tam təsdiqini tapmışdır. İddiaçı məhkəmədə sözügedən iddianı qaldırmış və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaçının ona qarşı qaldırdığı iddia əsassızdır. İddianə qəbul etmir. Həmin avtomobilə dəymiş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Ziyan tam araşdırılmış və dəymiş ziyanın həcmində sığorta ödənilmişdir. Lakin əlavə olaraq qeyd etmişdir ki, həmin avtomobil, yəni iddiaçıya məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobil avto salonda satış üçün qoyulmamışdır. Həmin avtomobil digər şəxsin idarə etməsi nəticəsində olmuşdur. Belə ki, hərəkətdə olan avtomobilin bazar qiyməti ilə səciyyələndirmək düzgün olmamışdır. Ona görə ki, Bakı şəhərində hər an avtomobil qəzaları münkündür. Bu səbəbdən də iddia əsassızdır və qəbul etmədiyini bildirmişdir. Cavabdeh etiraz ərizəsində göstərdiklərini təsdiq edən hər hansı bir sənədi, sübütü təqdim etməmiş, eləcə də iddia tələbində göstərilən ziyanın müəyyən edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin etiraz ərizəsində göstərdiyi kimi deyil, həqiqətdə olduğu kimi xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21060 minik” markalı avtomobilin yol hərəkət qaydasını pozaraq Bakı şəhəri, Səbail rayonu F.Əmirov küçəsində hərəkətdə olarkən Nizami küçəsi ilə hərəkətdə olan İddiaçı MMC-ə məxsus Zəka Xəlilovun idarə etdiyi ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin qabaq hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətməsi məhkəmədə elan olunmuş mötəbər sənəd və sübutlarla təqdiqini tapmışdır. Bunlarla yanaşı iş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli 5236 saylı əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında 25 sentyabr 2024-cü il tarixli 5236 saylı əşyanın nisyə alqı-satqısı haqqında müqavilənə əsasən xx.xx.2024-cü il buraxılışlı, ağ rəngli, 90YB967 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin qiyməti xx.xx.2027-ci il tarixədək ödənmək şərti ilə 45732,30 manat müəyyən edilməklə ona satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-in verdiyi 449 saylı qiymətləndirmə rəyinin surətindən görünür ki, 2024-cü il buraxılışlı, 90YB967 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin bərpa olunmuş saz vəziyyətdə bazar dəyəri 25344 manat müəyyən edilmişdir. Göründüyü kimi avtoqəza hadisəsindən sonra bütün hallar qiymətləndirmə aktında nəzərə alınmaqla avtomobilin bazar qiyməti 25344 manat müəyyən edilməklə qiyməti xeyli aşağı həddə düşmüşdür ki, bu da mülkiyyətçiyə dəymiş ziyan hesab edilir. Göründüyü kimi cavabdehin etiraz ərizəsində göstərdikləri öz təsdiqini tapmadığından, məhkəmə həmin halların sübut kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh etiraz ərizəsinə iddianın maddi ziyan hissəsini etiraf etməsə də və həmin məbləği təkzib edilməsi üçün hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də cavabdeh qiymətləndirmə ilə bağlı hər hansı vəsatət təqdim etməmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 6652 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından gönür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırılması üçün 97 (doxsan yeddi) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması ilə bağlı iddiaçının ödədiyi 97 (doxsan yeddi) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Eləcə də məhkəmə hesab edir ki, qiymətləndirmə xidməti üçün ödənilmiş 150 (yüz əlli) manat, baxış aktının dəyəri 60 (altmış) manat da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, hüquqi yardıma görə iddiaçı tərəfin ödədiyi 700 (yeddi yüz) manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçının izahatını və cavabdehin etiraz ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3196 (üç min yüz doxsan altı) manat avtomobilin zədələnməsi ilə bağlı zərər, 3456 (üç min dörd yüz əlli altı) manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar zərər, qiymətləndirmə xidməti üçün ödənilmiş 150 (yüz əlli) manat, baxış aktının dəyəri 60 (altmış) manat, hüquqi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat və ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu, cəmi 7659 (yeddi min altı yüz əlli doqquz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı MMC-ə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3196 (üç min yüz doxsan altı) manat avtomobilin zədələnməsi ilə bağlı zərər, 3456 (üç min dörd yüz əlli altı) manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar zərər, qiymətləndirmə xidməti üçün ödənilmiş 150 (yüz əlli) manat, baxış aktının dəyəri 60 (altmış) manat, hüquqi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat və ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu, cəmi 7659 (yeddi min altı yüz əlli doqquz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı MMC-ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-474/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-474/2025
28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver