Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-557/2025 07.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X1 qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə 07 aprel 2025-ci tarixdə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC -nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli, 2662Y nömrəli kredit nüqaviləsinə əsasən əsas borca görə 1203,40 AZN, faiz borcuna görə 0,56 manat, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış faiz borcuna görə 17 manat, ümumilikdə 1220,96 AZN borcun və dövlət rüsumuna görə 33 manat pulun ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə tərəfindən cavabdehə Azərbaycan Respublikası MPMnin 284-5.1-ci maddəsinə əsasən prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə göndərərək borclunun müqavilə üzrə borc öhdəliyini tam yerinə yetirdiyi üçün iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığı üçün ərizəyə məhkəmədə baxılması üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 33 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.3, 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 33 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-yə geri qaytarılsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №e-2(061)-557/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-557/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver