Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-56/2025 24.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlandırılacaq) Cavabdeh Vasif oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Vasif oğlundan 5000 (beş min) manat məbləğində sığorta ödənişinin, 70 (yetmiş) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun ümumilikdə 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" ASC məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" ASC Cavabdeh Vasif oğluna qarşı subroqasiya qaydasında pul tələbi ilə əlaqədar məhkəmənin icraatında olan e-2(061)-56/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixinə, saat 10-15-ə təyin olunmuş məhkəmə baxışı iclasına iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə PME ********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sğortası növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanan “Kia Sportage” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı baş yol patrul xidməti inspektoru tərəfindən tərtib olunan qərara əsasən “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Vasif oğlu inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Vasif oğlu yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 5000 manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyat hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərər tərəfin sığortaçısı olan "xxxx" ASC-in hesabına 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh Vasif oğlundan 5000 (beş min) manat məbləğində sığorta ödənişinin, 70 (yetmiş) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun ümumilikdə 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Vasif oğlu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş Tərtər rayon Xoruzlu kənd İƏD-i üzrə nümayəndənin verdiyi 255 saylı 03 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh Tərtər rayon Xoruzlu kəndində qeydiyyatda olmasına baxmayaraq 20 ildir ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Bakı şəhərində hansı ünvanda yaşaması barədə haqqında məlumatları olmadığı üçün məhkəmənin bildirişini Cavabdeh çatdırmaq mümkün olmamışdır. Məhkəmədə elan olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə PME ********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sğortası növü üzrə xx.xx.2025-ci il tarixədək sığortalanmışdır. Məhkəmədə elan olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11-50 dəqiqədə Qaradağ rayonu, Ələt qəsəbəsi yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh idarə etdiyi “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ayıq vəziyyətdə, hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanan X1 məxsus “Kia Sportage” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat cərimə olunmuşdur. Məhkəmədə elan olunmuş CLM**********16 saylı sığorta aktının surətindən görünür ki, zərərlə bağlı maddi ziyanın məbləği 8300 manat, sığorta ödənişinin məbləği 5000 manat müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli “A” formatlı ödəniş tapşırığının və “A” payment 120İNTL241150501 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC X1 5000 manat pul köçürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə PME ********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sğortası növü üzrə sığortalanmışdır. O, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, ərazisində hrəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanan “Kia Sportage” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən zərərçəkən üçüncü şəxsə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəzərinə çatdırılmışdır ki, yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş qərarda onun yolnəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən "xxxx" ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin geri qaytarılması üçün 5000 manat məbləğində pul vəsaitini tələb etmək hüququna malikdir. Odur ki, 10 gün müddətində göstərilən məbləği "xxxx" ASC-ə ödəməsi xahiş olunmuşdur. Əks təqdirdə şirkət tərəfindən haqqında müvafiq məhkəmə orqanına 5000 manat məbləğin, 500 manat işlərin görülməsi xərcinin, ümumilikdə 5500 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Zərərin ödənilməsi tələbi ilə müraciət olunacağı və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi tərəflərin üzərinə düşməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsini, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə PME ********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sğortası növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanan “Kia Sportage” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı baş yol patrul xidməti inspektoru tərəfindən tərtib olunan qərara əsasən “X4” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Vasif oğlu inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Vasif oğlu yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 5000 manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyat hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərər tərəfin sığortaçısı olan "xxxx" ASC-in hesabına 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilən hallar məhkəmə iclasında elan edilmiş mötəbər sənədlərlə təsdiq olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, "xxxx" ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarından gönür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 70 (yetmiş) manat 40 (qırx) qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması ilə bağlı iddiaçının ödədiyi 70 (yetmiş) manat 40 (qırx) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. İş materiallarını, iddiaçının ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Vasif oğlundan 5000 (beş min) manat məbləğində sığorta ödənişi, 70 (yetmiş) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu, ümumilikdə 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Vasif oğlundan 5000 (beş min) manat məbləğində sığorta ödənişi, 70 (yetmiş) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu, ümumilikdə 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-56/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-56/2025
24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver