Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-577/2025 02.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlnadırılacaq), Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icrat barədə Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 210 (iki yüz on) manat 08 (səkkiz) qəpik əsas borc, 0,88 (səksən səkkiz) qəpik faiz, 0,88 (səksən səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-577/2025 saylı qərardadı ilə Cavabdeh etirazı əsasında "xxxx" ASC-in ona qarşı borc tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixində illik 1% ödəmək şərtilə 60 ay müddətinə ona 831,76 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlafə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2 bəndində göstərilən qalıq məbləğinin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında başlanmış müqavilə şərtlərinə əsasən yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Bu müqavilənin 3.5.1 maddəsinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bank borcun qaytarılması “Müştəri”dən tələb edə bilər. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 1 fevral 2025-ci il tarixinə "xxxx" KB ASC-ə 210 (iki yüz on) manat 08 (səkkiz) qəpik əsas borc, 0,88 (səksən səkkiz) qəpik faiz, 0,88 (səksən səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat 84 (səksən dörd) qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh "xxxx" ASC-in xeyrinə 210 (iki yüz on) manat 08 (səkkiz) qəpik əsas borc, 0,88 (səksən səkkiz) qəpik faiz, 0,88 (səksən səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və məhkəmə iclasının təxirə salınması barədə dir. İş materiallarında olan SMS bildirişdən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx.xx.2019-cu saylı 716rstBRD/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ona illik n. xx.xx.2019-cu il tarixində illik 1% ödəmək şərtilə 60 ay müddətinə ona 831,76 manat məbləğində kredit verilmişdir İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasna dair sazişin surətindən görünür ki, həmin saziş imzalandığı tarixədək hesablanmış faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh 716rstBRD/19 saylı kredit müqaviləsi üzrə 210 (iki yüz on) manat 08 (səkkiz) qəpik əsas borc, 0,88 (səksən səkkiz) qəpik faiz, 0,88 (səksən səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat 84 (səksən dörd) qəpik təşkil edir. İş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə ərizədə göstərilənləri və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC-in xx.xx.2019cu saylı 716rstBRD/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh illik 1% ödəmək şərtilə 831,76 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit borcunu ödəməmiş və onun Banka borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 210 (iki yüz on) manat 08 (səkkiz) qəpik əsas borc, 0,88 (səksən səkkiz) qəpik faiz, 0,88 (səksən səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat 84 (səksən dörd) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" ASC-in xeyrinə 210 (iki yüz on) manat 08 (səkkiz) qəpik əsas borc, 0,88 (səksən səkkiz) qəpik faiz, 0,88 (səksən səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx) manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh "xxxx" ASC-in xeyrinə 210 (iki yüz on) manat 08 (səkkiz) qəpik əsas borc, 0,88 (səksən səkkiz) qəpik faiz, 0,88 (səksən səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx) manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-577/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-577/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver