Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-578/2025 26.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra İddiaçı QSC BOKT adlandırılacaq) Cavabdeh qarşı kredit borcu məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh əsas borc 32472 (otuz iki min dörd yüz yetmiş iki) manat 70 (yetmiş) qəpik məbləğin, faiz borcu 2958 (iki min doqquz yüz əlli səkkiz) manat 85 (səksən beş) qəpik, ümumilikdə 35431 (otuz beş min dörd yüz otuz bir) manat 55 (əlli beş) qəpik pul vəsaitinin və 196 (yüz doxsan altı) manat 29 (iyirmi doqquz) qəpək dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 26 nömrəli mənzilin bazar dəyəri 51000 (əlli bir min) manat, likvid dəyəri 46000 (qırx altı min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 35431 (otuz beş min dörd yüz otuz bir) manat məbləğin tutularaq İddiaçı QSC BOKT -nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının səlahiyyətli nümayəndəsi X3 məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh ümumilikdə 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat 14 (on dörd) qəpik pul vəsaitinin alınıb İddiaçı QSC BOKT nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-in dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-in problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" ASC-in Cavabdeh qarşı cəmi 38532,90 manat məbləğində problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S- İPK-12 saylı təhvil-təslim AKT-ı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Bildirilmişdir ki, "xxxx" ASC-in Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2013-cü il tarixli 355İK/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə illik 4%-lə 43000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq "xxxx" ASC -in Yasamal filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 355İK/13 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən ipoteka predmeti bazar dəyəri 51000 manat likvid dəyəri 46000 manat dəyərində əmlakının razılaşdırılmış dəyərində qiymətləndirilmişdir. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl olunmamış, kreditin qaytarılması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh iddiaçıya olan ödənilməmiş əsas borcu 32472,70 manat, faiz borcu 2958,85 manat olmaqla, cəmi borcu 35431,55 manat təşkil etmişdir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Qeyd olunmuşdur ki, İddiaçı QSC tərəfindən Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, lakin Cavabdeh Tərtər rayon Dəmirçilər Ərazi Dairəsi, Dəmirçilər kəndində rəsmi qeydiyyatda olduğu müəyyən olunduğu üçün, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(060)-8176/2024 saylı qərardadı ilə İddiaçı QSC-in iddia ərizəsi geri qaytarılmışdır. Hesab edirlər ki, Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 35431,55 manat məbləğində borc onun tərəfindən ödənilməli və borc tələbi ipotekaya yönəldilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh əsas borc 32472 (otuz iki min dörd yüz yetmiş iki) manat 70 (yetmiş) qəpik məbləğin, faiz borcu 2958 (iki min doqquz yüz əlli səkkiz) manat 85 (səksən beş) qəpik, ümumilikdə 35431 (otuz beş min dörd yüz otuz bir) manat 55 (əlli beş) qəpik pul vəsaitinin və 196 (yüz doxsan altı) manat 29 (iyirmi doqquz) qəpək dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 26 nömrəli mənzilin bazar dəyəri 51000 (əlli bir min) manat, likvid dəyəri 46000 (qırx altı min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 35431 (otuz beş min dörd yüz otuz bir) manat məbləğin tutularaq İddiaçı QSC BOKT -nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı QSC BOKT-ın səlahiyyətli nümayəndəsi X3 iddianı müadfiə edərək göstərmişdir ki, "xxxx" ASC-in Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2013-cü il tarixli 355İK/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə illik 4%-lə 43000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq "xxxx" ASC -in Yasamal filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 355İK/13 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən ipoteka predmeti bazar dəyəri 51000 manat likvid dəyəri 46000 manat dəyərində əmlakının razılaşdırılmış dəyərində qiymətləndirilmişdir. "xxxx" ASC-in dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-in problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" ASC-in Cavabdeh qarşı ümumilikdə 38532,90 manat məbləğində problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-İPK-12 saylı təhvil-təslim AKT-ı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Dəfələrlə ona ödəniş etməsi ilə bağlı xəbərdarlıqlar edilmiş, lakin cavabdeh heç bir ödəmə aparmamışdır. Cavabdeh İddiaçı QSC BOKT-a müəyyən məbləğdə ödəniş etdiyindən hazırda məhkəməyə iddianın həcminin azadlılması ilə bağlı ərizə vermiş və Cavabdeh ümumilikdə 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat 14 (on dörd) qəpik pul vəsaitinin və 196 (yüz doxsan altı) manat 29 (iyirmi doqquz) qəpək dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 26 nömrəli mənzilin bazar dəyəri 51000 (əlli bir min) manat, likvid dəyəri 46000 (qırx altı min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 35431 (otuz beş min dörd yüz otuz bir) manat məbləğin tutularaq İddiaçı QSC BOKT -nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" ASC-in Yasamal filialı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 300 ay müddətinə illik 4%-lə 43000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq "xxxx" ASC -in Yasamal filialı ilə onun arasında xx.xx.2013-cü il tarixli 355İK/13 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil ipoteka qoyulmuşdur. Ödənişləri etmiş, lakin son zamanlar maddi vəziyyəti ilə bağlı müqaviləninin şərtlərinə əməl edə bilməmiş və borcu yaranmışdır. İddiaçı QSC BOKT-dən ona pretenziya göndərilmiş və həmin pretenziyaları almışdır. Hazırda borcunu ödəməyə başlamışdır. İddia tələbini gələckdə də hər ay ödəyəcəyini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş əmlakın qiymətləndirilməsi barədə “Biləndər” qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilin bazar qiyməti 51000 manat, likvid dəyəri 46000 (qırx altı min) manat müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2013-cü il tarixli 355İK/13 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-in Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2013-cü il tarixli 355İK/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə illik 4%-lə 43000 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil xüsusi mülkiyyət olaraq Cavabdeh adına xx.xx.2013-cü ildə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2013-cü il tarixli 355İK/13 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən ipoteka predmeti bazar dəyəri 51000 manat likvid dəyəri 46000 manat dəyərində əmlakının razılaşdırılmış dəyərində qiymətləndirilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2017-ci il tarixli S-İPK-12 saylı təhvil-təslim AKT-nın surətindən görünür ki, "xxxx" ASC-in dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-in problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" ASC-in Cavabdeh qarşı ümumilikdə 38532,90 manat məbləğində problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-İPK-12 saylı təhvil-təslim AKT-ı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Məhkəmədə elan olunmuş maliyyə xx.xx.2017-ci tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı QSC BOKT-ə 38532,90 manat borcu yaranmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2020-cui il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, verilmiş kreditin təminatı olaraq "xxxx" ASC -in Yasamal filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 355İK/13 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil ipoteka qoyulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX № ******* nömrəli Çıxarış sənədinə əsasən xx.xx.2014-cü ildə ipoteka yüklü edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2020-cui il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, məktub əsasında Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bilrişin dövlət qeydiyyatı aparılmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı QSC BOKT Cavabdeh ona olan 35431,55 manat borcunu 10 gün ərzində ödəməsi tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmədə elan olunmuş bank ödəmə qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı QSC BOKT-ə müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul köçürmələri etmişdir. Sonuncu ödəniş 14 may 2025-ci il tarixdə 250 manat təşkil etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh kredir borcunun xx.xx.2025-ci il tarixə olan vəziyyəti barədə məlumatın surətindən görünür ki, Cavabdeh İddiaçı QSC BOKT-a olan borcu 32870,14 manat təşkil edir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-in dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-in problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" ASC-in Cavabdeh qarşı cəmi 38532,90 manat məbləğində problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-İPK-12 saylı təhviltəslim AKT-ı əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Azərbaycan Beynəlxalq Bankı” ASCin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2013-cü il tarixli 355İK/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə illik 4%-lə 43000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq "xxxx" ASC -in Yasamal filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 355İK/13 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən ipoteka predmeti bazar dəyəri 51000 manat likvid dəyəri 46000 manat dəyərində əmlakının razılaşdırılmış dəyərində qiymətləndirilmişdir. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl olunmamış, kreditin qaytarılması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh iddiaçıya olan ödənilməmiş əsas borcu 32472,70 manat, faiz borcu 2958,85 manat olmaqla, cəmi borcu 35431,55 manat təşkil etmişdir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Göstərilənlər məhkəmə iclasında elan olunmuş sübutlarla tam təsdiq olunur. İddiaçı məhkəmədə sözügedən iddianı qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi X3 iddianı müadfiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh "xxxx" ASC-in Yasamal filialı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 300 ay müddətinə illik 4%-lə 43000 manat məbləğində kredit verildiyini, verilmiş kreditin təminatı olaraq "xxxx" ASC -in Yasamal filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 355İK/13 nömrəli ipoteka müqaviləsi bağlandığını və həmin müqaviləyə əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilin ipoteka qoyulduğunu, ödənişlər etdiyini, lakin son zamanlar maddi vəziyyəti ilə bağlı müqaviləninin şərtlərinə əməl edə bilmədiyini, borcunun yarandığını, İddiaçı QSC BOKT-dən ona pretenziya göndərildiyini, həmin pretenziyaları aldığını, hazırda borcunu ödəməyə başladığını, iddia tələbini gələcəkdə də hər ay ödəyəcəyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Beləliklə məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqaviləyə əsasən hər ay qrafiklə müəyyən edilmiş ödənişləri İddiaçı QSC BOKT-ə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda ödəməmiş və müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da o, kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh həmin müqavilənin şərtlərini pozması nəticəsində ödənilməmiş əsas borcu 32870,14 manat təşkil edir. Ona ödənişləri etmək məqsədi ilə xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq o, heç bir ödəmə aparmamışdır. Məhkəmə göstərilənlərə əsasən cavabdehin iddianın təmin edilməməsi barədə göstərdiyi xüsusatların sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir kiİddiaçı QSC BOKT haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrində deyilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi, Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, bankın əmələ gəlmiş tələbi cavabdeh tərəfindən ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini ardıcıl olaraq iki dəfə pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 4-cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 355İK/13 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzil ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən ipoteka predmeti bazar dəyəri 51000 manat likvid dəyəri 46000 manat dəyərində əmlakının razılaşdırılmış dəyərində qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT-in cavabdehə qarşı əmələ gəlmiş borc tələbi onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilin açıq hərracdan satılması yolu ilə həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldiyindən, tutma ipoteka ilə yüklü edilmiş fərdi yaşyış evinə yönəldilməlidir. Bununla yanaşı məhkəmə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddia hissəsinə qiymət verərək hesab edir ki, “Biləndər” qiymətləndirmə şirkətinin xx.xx.2013-cü il tarixli rəyi ilə ipoteka predmetinin bazar qiyməti 51000 manat, likvid dəyəri 46000 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də ipoteka predmetinin ilkin satış qiyməti 64.000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-in 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Ona görə də məhkəmə iddianı həmin hissədə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi məbləğdə iddiaçı tərəfindən ödənilmiş 188 (yüz səksən səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş qalan 7 (yeddi) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarını, iddiaçının səlahiyyətli nümayəndəsinin və cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ümumilikdə 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat 14 (on dörd) qəpik pul vəsaiti və 188 (yüz səksən səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 26 nömrəli mənzilin bazar dəyəri 51000 (əlli bir min) manat, likvid dəyəri 46000 (qırx altı min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 26 nömrəli mənzilə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 35431 (otuz beş min dörd yüz otuz bir) manat məbləğin tutularaq İddiaçı QSC BOKT-ın hesabına ödənilməlidir. İddia dövlət rüsumuna qalan hissədə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat 14 (on dörd) qəpik pul vəsaiti və 188 (yüz səksən səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Tələb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reysetri İdarəsi tərəfindən verilmiş RX ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********51-05101-093038 reyestr nömrəli çıxarış əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 26 nömrəli mənzilə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat 14 (on dörd) qəpik və ödənilmiş 188 (yüz səksən səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumu alınsın İddiaçı QSC BOKT-a ödənilsin. Əmlakın satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc ümumi qaydada Cavabdeh İddiaçı QSC BOKT-ın hesabına tutulsun. İpoteka (girov) qoyulmuş evin likvid qiyməti 46000 (qırx altı min) manat məbləğində müəyyən edilsin. Ödənilmiş qalan 7 (yeddi) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-578/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-578/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver