Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-630/2025 06.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlnadırılacaq), Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 9007 (doqquz min yeddi) manat 32 (otuz iki ) qəpik manat əsas borc, 987 (doqquz səksən yeddi) manat 61( altmış bir) qəpik faiz, 66 (altmış altı) manat 89 (səksən doqquz ) qəpik cərimə olmaqla, ümumilikdə 10061 (on min altmış bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 120 (yüz iyirmi) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixində illik 25% ödəmək şərtilə ona 9167 manat məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 9007 (doqquz min yeddi) manat 32 (otuz iki ) qəpik manat əsas, 987 (doqquz səksən yeddi) manat 61( altmış bir) qəpik faiz, 66 (altmış altı) manat 89 (səksən doqquz ) qəpik cərimə, ümumilikdə 10061 (on min altmış bir) manat 82 (səksən iki) qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh "xxxx" ASC-in xeyrinə 9007 (doqquz min yeddi) manat 32 (otuz iki ) qəpik manat əsas, 987 (doqquz səksən yeddi) manat 61( altmış bir) qəpik faiz, 66,89 (altmış altı) manat 89 (səksən doqquz ) qəpik cərimə, ümumilikdə 10061 (on min altmış bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 120 (yüz iyirmi) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və məhkəmə iclasının təxirə salınması barədədir. İş materiallarında olan SMS bildirişdən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 236nkBRD/24 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ona illik 25% ödəmək şərtilə ona 9167 manat məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh 236nkBRD/24 saylı kredit müqaviləsi üzrə 9007 (doqquz min yeddi) manat 32 (otuz iki ) qəpik manat əsas, 987 (doqquz səksən yeddi) manat 61( altmış bir) qəpik faiz, 66,89 (altmış altı) manat 89 (səksən doqquz ) qəpik cərimə, ümumilikdə 10061 (on min altmış bir) manat 82 (səksən iki) qəpik təşkil edir. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir Məhkəmə ərizədə göstərilənləri və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC-in xx.xx.2024-cü il tarixli 236nkBRD/24 kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri ilə illik 25% ödəmək şərtilə 9167 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit borcunu ödəməmiş və onun Banka borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 9007 (doqquz min yeddi) manat 32 (otuz iki ) qəpik manat əsas, 987 (doqquz səksən yeddi) manat 61( altmış bir) qəpik faiz, 66,89 (altmış altı) manat 89 (səksən doqquz ) qəpik cərimə, ümumilikdə 10061 (on min altmış bir) manat 82 (səksən iki) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 120 (yüz iyirmi) manat 61 (altmış bir) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9007 (doqquz min yeddi) manat 32 (otuz iki ) qəpik manat əsas, 987 (doqquz səksən yeddi) manat 61( altmış bir) qəpik faiz, 66 (altmış altı) manat 89 (səksən doqquz ) qəpik cərimə, ümumilikdə 10061 (on min altmış bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 120 (yüz iyirmi) manat 61 (altmış bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 9007 (doqquz min yeddi) manat 32 (otuz iki ) qəpik manat əsas, 987 (doqquz səksən yeddi) manat 61( altmış bir) qəpik faiz, 66 (altmış altı) manat 89 (səksən doqquz ) qəpik cərimə, ümumilikdə 10061 (on min altmış bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 120 (yüz iyirmi) manat 61 (altmış bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-630/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-630/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver