Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-674/2025 13.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı QSC-in, Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" QSC-in xeyrinə 6581 (altı min beş yüz səksən bir) manat 83 (səksən üç) qəpik əsas, 616 (altı yüz on altı) manat 27 (iyirmi yeddi) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 7327(yeddi min üç yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 93 (doxsan üç) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində cavabdehə qarşı hazırki iş üzrə iddia tələbini müdafiə etdiklərini, xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə baxışı iclasının onların iştirakları olmadan keçirilməsi və iddialarının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3418,17 manat ödəniş etmiş və onun iddiaçıya 6581,83 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən krediyin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba kömürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixdə 150 gün üçün hesablanmış faiz borcu 616.27 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu kredit və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödənilməlidir. xx.xx.2024-cü il tarixə 150 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 129.63 manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" QSC-in xeyrinə 6581(altı min beş yüz səksən bir) manat 83 (səksən üç) qəpik əsas, 616 (altı yüz on altı) manat 27 (iyirmi yeddi) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 7327(yeddi min üç yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 93 (doxsan üç) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş materiallarında olan SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və vəkilin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli ərizənin (müştəri kodu 700061) surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ona aylıq faiz dərəcəsi 20 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" QSC-ə olan borcu, 6581.83 manat əsas, 616.27 manat faiz, 129.63 manat cərimə, ümumilikdə 7327.73 manat təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 7327.73 manat məbləğində, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət edikləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri,araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaq hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3418,17 manat ödəniş etmiş və onun iddiaçıya 6581,83 manat məbləğində kredit borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 6581 (altı min beş yüz səksən bir) manat 83 (səksən üç) qəpik əsas, 616 (altı yüz on altı) manat 27 (iyirmi yeddi) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 7327 (yeddi min üç yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" QSC haqlı olaraq cavabdehlərə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 93 (doxsan üç) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" QSC-in xeyrinə 6581 (altı min beş yüz səksən bir) manat 83 (səksən üç) qəpik əsas, 616 (altı yüz on altı) manat 27 (iyirmi yeddi) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 7327 (yeddi min üç yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 93 (doxsan üç) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsum alınıb iddiaçı "xxxx" QSC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-in xeyrinə 6581 (altı min beş yüz səksən bir) manat 83 (səksən üç) qəpik əsas, 616 (altı yüz on altı) manat 27 (iyirmi yeddi) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 7327 (yeddi min üç yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 93 (doxsan üç) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsum alınıb iddiaçı "xxxx" QSC-ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-674/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-674/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver