Məhkəmə qərarları › İş №e-2(061)-675/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-675/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-675/2025 06.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı"xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 manat əsas, 224,46 manat faiz borcu olmaqla, cəmi 724, 46 manat, xx.xx.2021-ci il tarixli, BMP**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4530,24 manat əsas, 83,05 manat faiz borcu olmaqla cəmi 4613,29 manat məbləğində kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73,38 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ogluna qarşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləginin ödənilməsinə dair» iddia tələbi üzrə 3 (üç) dəfə (sonuncu dəfə xx.xx.2026-cı ildə) iddianın həcminin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək Cavabdeh oglundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 500 manat əsas, bildirişin göndərilmə tarixinədək hesablanmış (24% ilə) 228.91 manat, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 23.06 manat faiz borcu olmaqla, cəmi 751.97 manat, xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nagd kredit üzrə 2729.15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6.74 manat faiz borcu olmaqla cəmi 2735.89 manat məbləğində kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73.38 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə1 elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində "xxxx" ASC-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxılması üçün məhkəmənin icraatındadır. Qeyd olunan mülki iş üzrə baxış iclası xx.xx.2026-cı il tarixə, saat 12:30-a təyin olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və sonuncu təqdim etdikləri xx.xx.2026-cı il tarixli dəqiqləşdirmə ərizəsinin nəzərə alınaraq iddia tələblərinin tam təmin olunmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-in Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcluya kart kredit üzrə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, xx.xx.2021-ci il tarixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 9000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Nizami filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 manat əsas, 224,46 manat faiz borcu olmaqla, cəmi 724,46 manat, xx.xx.2021-ci il tarixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4530,24 manat əsas, 83,05 manat faiz borcu olmaqla, cəmi 4613,29 manat kredit borcları mövcuddur. Beləliklə, Cavabdeh borcun vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2025-ci il tarixində 6-2-22/2-5433/2025 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıdakılara əsasən cavabdeh X1 iddiaçı "xxxx" ASC-in xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 manat əsas, 224,46 manat faiz borcu olmaqla, cəmi 724 manat, xx.xx.2021-ci il tarixli, BMP**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4530,24 manat əsas, 83,05 manat faiz borcu olmaqla cəmi 4613,29 manat məbləğində kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73,38 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkalətli nümayəndəsi qismində məhkəmə iclasında izahat vermiş Nümayəndə3 göstərmişdir ki, Cavabdeh işi ilə bağlı Bakı şəhərində olduğundan məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ogluna qarşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləginin ödənilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan 3 (üç) dəfə (sonuncu dəfə xx.xx.2026-cı ildə) iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh oglundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 500 manat əsas, bildirişin göndərilmə tarixinədək hesablanmış (24% ilə) 228.91 manat, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 23.06 manat faiz borcu olmaqla, cəmi 751.97 manat, xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nagd kredit üzrə 2729.15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6.74 manat faiz borcu olmaqla cəmi 2735.89 manat məbləğində kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73.38 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddia ərizəsinə artıq dördüncü dəfədiir ki, etiraz edərək bildirir ki, iddia əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddianın əsassız olması ilə baglı birinci dəlili ondan ibarətdir ki, iddiaçının göstərdiyi rəqəmlər əsassızdır və onun hesablarıma uyğun gəlməmişdir. Belə ki, əvvəla, iddiaçının özünün təqdim etdiyi son Maliyyə arayışına əsasən (halbu ki, maliyyə arayışı iş materiallarına tədim etdiyi çoxsaylı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında göstərilən hüquqi mövqelərinə əsasən mötəbər sübut sayılmır) guya xx.xx.2023-cü ildən cavabdehin xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə hesabladıgı və ondan tələb etdiyi 500 manat əsas borcu dəyişməmişdir. Onda sual olunur bəs bu 2 (iki) il 9 (doqquz) aydan çox müddət ərzində onun iddiaçının hesabına ödədiyi 450 manat (bu məbləgi təsdiq edən çoxsaylı bank qəbzlərini bu etiraza əlavə etmişəm) hansı hesaba işlənmişdir? Deməli iddiaçı maliyyə arayışını yenə də qərəzli olaraq tamamilə yalnış tərtib etmişdir. Məhz bunun nəticəsidir ki, AR ƏN MEM-nin 17 noyabr 2025- ci il tartixli, 9/4253№-li ekspertiza rəyində iddiaçının cavabdehdən xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə hesabladıgı və məndən tələb etdiyi 500 manat əsas borcu müəyyən edə bilməmişdir, bu isə o deməkdir ki, bu borc yoxdur. İkincisi, AR ƏN MEM-nin 17 noyabr 2025-ci il tartixli, 9/4253№-li ekspertiza rəyinin nəticə hissəsində xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu xx.xx.2025-ci il tarixdə 4522.33 manat, xx.xx.2025-ci il tarixə isə 3375.51 manat əsas borcu olması göstərilmişdir. Bu isə ekspert rəyinə əsasən o deməkdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 1146.82(45xx.xx- 3375.51=1146.82) manat kredit ödəmişdir. Lakin elə həmin ekspertyiza rəyində olan cədvəl şəklində ödənişdən aydın görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 1146.82 manat deyil, 1999.00 manat əsas kredit ödəmişdir. Bu isə o deməkdir ki, Cavabdeh ekspert rəyinin nəticə hissəsində yazıldığı kimi xx.xx.2025-ci il tarixə olan əsas kredit borcu 3375.51 manat deyil, 2523.33 (45xx.xx-1999.00 =2523.33) manatdır. Məhz bu halı diqqətlə izləyən iddiaçı da iddia tələbi həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əsas kredit borcu kimi ekspert rəyindən fərqli olan və onun ekspert rəyinə görə bu hesabladığı 2523.33 manat rəqəminə yaxın olan 2829.72 manatı göstərmişdir. Lakin mən bununla da razılaşmır. Belə ki, işdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh cəmi 9000 manata qarşı 13610 manat pul ödəməlidir, hal-hazırda isə iddiaçının xx.xx.2025-ci ildə məhkəməyə təqdim etdiyi hesabdan çıxarışa əsasən (hərçənd bu rəqəm də tam dogru deyil) cavabdeh 11707.04 manat kredit borcu ödəmişdir. İddiaçı tərəfindən cavabdehin əmək haqqı kartından xx.xx.2025- ci il tarixdə əvvəlcə 286.68 man və sonra isə 183.14 man olmaqla cəmisi 479.82 man pul tutulmuş, bundan sonra yenə məcburi pul tutulmaları davam etmiş və hətta ikinci dəfə xx.xx.2026-cı ildə 514.35 manat pul tutuldugunu da nəzərə alsaq onda belə çıxır ki, cavabdeh tərəfindən yekun olaraq iddiaçının hesabına cəmi 12701.21 man (11707.04 man +479.82 man + 514.35 man=12701.21 manat) pul ödənilmişdir. Bu isə o deməkdir ki, xx.xx.2025-ci ildə cavabdehin iddiaçıya borcu cəmi 909.19 manat (13610.40 manat-12701.21 manat = 909.19 manat) təşkil etmişdir. Lakin o da nəzərə alınmalıdır ki, son bir ildə (xx.xx.2025-ci ildən xx.xx.2026-cı ilədək olan müddətdə ) cavabdeh mütəmadi olaraq ödəmələr etməklə təxminən 22261 manat (272 man +272 man + 272 man + 272 man + 272 man + 272 man + 324 man + 228 man + 21 man + 56 man= 2261 manat ) pul ödəmişdir (bu halı təsdiq edən bank qəbzləri iş materiallarına əlavə edilmişdir). Belə olan halda kredit borcu tam ödənilmişdir. Ona görə də hesab edir ki, iddia ərizəsi geri götürülməli və yaxud iddia rədd edilməlidir. Bunun təsdiqi kimi qeyd edir ki, Ali Məhkəmənin çoxsaylı hüquqi mövqeyinə görə belə halda hesablama aparılarkən kredit müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq Cavabdeh ödəyəcəyi cəmi məbləgdən (13610.00 manatdan) ödənilmiş kredit məbləgini (12701.21 man +2261.00 man = 14962.21 manat) çıxılmalı və qalan məbləg (136xx.xx-14962.21 =-1352.21 manat) cavabdehdən tutulmalıdır. Lakin hesablamadan görünür ki, cavabdeh tələb olunandan hələ 1352.21 manat artıq pul ödəmişdir. Hərçənd bu məbləg də tam düzgün olmasa belə bununla razılaşmaq olar. Ona görə də hesab edir ki, ya iddia tələbi geri götürülməl, ya da iddia əsassız oldugundan rədd edilməlidir. Çünki, Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. İddianın əsassız olması ilə baglı ikinci dəlili ondan ibarətdir ki, iddiaçının göstərdiyi rəqəmlər əsassızdır və onun hesablarına uyğun gəlməmişdir. Belə ki, əvvəla, iddiaçının cavabdehdən tələb etdiyi borc məbləgləri iddiaçının özünün məhkəməyə təqdim etdiyi cavabdehin xx.xx.2023-cü il tarixə olan borclarının olmasına dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli Kreditlərlə İş Departamentinin direktoru Nümayəndə2 (icraçı Nümayəndə1) tərəfindən Tərtər Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 6-2- 22/2-17453/2024№-li ərizəsi ilə (bu ərizə iş materiallarına əlavə edilmişdir) təkzib edilir. Belə ki, həmin ərizədən görünür ki, xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə cavabdehin xx.xx.2023-cü il tarixinə 500 manat əsas, 82.48 man faiz borcu olmaqla cəmi borc 582.48 man borcu qalmışdır. İddiaçının son dəqiqləşməsinə görə həmin müqavilə üzrə borc məbləgi 500 manat əsas, bildirişin göndərilmə tarixinədək hesablanmış (24% ilə) 228.91 manat, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 23.06 manat faiz borcu olmaqla, cəmi 751.97 manat, olduğu göstərilmişdir. Bu isə o deməkdir ki, guya xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı ilədək olan 2 (iki) il 2 (iki) ay müddət ərzində həmin müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Halbuki, o xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı ilədək olan 2 (iki) il 2 (iki) ay müddət ərzində 450 manat (xx.xx.2024-cü ildə 30 manat, xx.xx.2024-cü ildə 30 manat, xx.xx.2024-cü ildə 27 manat, xx.xx.2024-cü ildə 29 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 23 manat, xx.xx.2025-ci ildə 23 manat, xx.xx.2025-ci ildə 12 manat, xx.xx.2025-ci ildə 21 manat, xx.xx.2025-ci ildə 22 manat, xx.xx.2025-ci ildə 22 manat, xx.xx.2025-ci ildə 22 manat, xx.xx.2025-ci ildə 22 manat, xx.xx.2025-ci ildə 21 manat, xx.xx.2025-ci ildə 21 manat və 56 manat olmaqla cəmi 461 manat) pul ödəmişdır. Onda sual olunur bəs bu 2 (iki) ildən çox müddət ərzində onun iddiaçının hesabına ödədiyi 461 manat (bu məbləgi təsdiq edən çoxsaylı bank qəbzləri iş materiallarında vardır) hansı hesaba işlənmişdir ki, borcu dəyişilməmiş, əksinə borcu artmışdır? Deməli iddiaçı yenə də maliyyə arayışını qərəzli olaraq tamamilə yalnış tərtib etmişdir. Məhz bunun nəticəsidir ki, AR ƏN MEM-nin 17 noyabr 2025-ci il tartixli, 9/4253№-li ekspertiza rəyində iddiaçının cavabdehdən xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə hesabladıgı və ondan tələb etdiyi 500 manat əsas borcu müəyyən edə bilməmişdir, bu isə o deməkdir ki, bu borc yoxdur. Ona görə də hesab edir ki, xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə iddiaçının ondan tələb etdiyi 500 manat əsas borcu rədd edilməlidir. Çünki, iddiaçının tələb etdiyi həmin 500 manat borcun doğru olduğunu fərz etsə belə onun ödədiyi 461 manat nəzərə alınmalı və həmin borc iddiadan silinməli və sonda 50 manat borc qalmalı idi. İkincisi, iddiaçının cavabdehdən tələb etdiyi xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nagd kredit üzrə 2729.15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6.74 manat faiz borcu olmaqla cəmi 2735.89 manat məbləğində kredit borc məbləgləri də iddiaçının özünün məhkəməyə təqdim etdiyi cavabdehin xx.xx.2023-cü il tarixə olan borclarının olmasına dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli Kreditlərlə İş Departamentinin direktoru Nümayəndə2 (icraçı Nümayəndə1) tərəfindən Tərtər Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 6-2-22/2- 17453/2024№-li ərizəsi ilə təkzib edilir. Belə ki, həmin ərizədən görünür ki, xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixinə nagd kredit üzrə 6196.54 manat əsas, 18.05 manat faiz borcu olmaqla cəmi 6214.59 manat borcu qalmışdır (hərçənd mən bununla da razılaşmıram). İddiaçının son dəqiqləşməsinə görə isə xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsi üzrə cavabdehin 2729.15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6.74 manat faiz borcu olmaqla cəmi 2735.89 manat borcu olduğu göstərilmişdir. Bu isə o deməkdir ki, guya xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı ilədək olan 2 (iki) il 1 (bir) ay müddət ərzində həmin müqavilə üzrə cəmi 3478.70 man (6214.59 man- 2735.89 manat= 3478.70 manat) ödəniş edilmişdir. Halbuki, o, xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı ilədək olan 2 (iki) il 1 (bir) ay müddət ərzində 3478.70 manat deyil, cəmi 5525.00 manat (xx.xx.2023-cü ildə 284 manat, xx.xx.2024-cü ildə 284 manat, xx.xx.2024-cü ildə 284 manat, xx.xx.2024-cü ildə 285 manat, xx.xx.2024-cü ildə 284 manat, xx.xx.2024-cü ildə (227+30) manat, xx.xx.2024-cü ildə 5 manat, xx.xx.2024-cü ildə (227+29) manat, xx.xx.2024-cü ildə (227+27) manat, xx.xx.2024-cü ildə (227+29) manat, xx.xx.2024-cü ildə 1 manat, xx.xx.2024-cü ildə (227+25) manat, xx.xx.2024-cü ildə (227+25) manat, xx.xx.2024cü ildə (227+23) manat, xx.xx.2025-ci ildə (227+23) manat, xx.xx.2025-ci ildə (272+12) manat, xx.xx.2025-ci ildə (272+21) manat, xx.xx.2025-ci ildə (272+22) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (324 +21) manat, xx.xx.2025-ci ildə (228 +21+56) manat olmaqla cəmi 5525.00 manat) pul ödənişi etmişdir ki, bu da 6214.59 manat borcdan cəmi 689.59 manat (6214.59 man – 5525.00 man= 689.59 manat) borcun qaldığını göstərir. Lakin onu da qeyd etməlidir ki, məhkəmə icraatının davam etdiyi müddətdə, yəni yekun məhkəmə qətnaməsi çıxarılmamış iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti oğlu Cavabdeh əmək haqqı kartından xx.xx.2025-ci il tarixdə əvvəlcə 286.68 manat, və sonra isə 183.14 man olmaqla cəmisi 479.82 man pul tutmuşdur ki, bu da son qalıq borcun 209.77 man (689.59 manat - 479.82 man = 209.77 manat) olduğunu təsdiq edir. (Bundan sonra yenə məcburi tutulmalar davam edir və hətta ikinci dəfə kartından xx.xx.2026-cı ildə 514.35 manat pul tutulması göstərilmişdir.) Beləliklə, qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü ildən xx.xx.2026-cı ilədək olan müddətdə cavabdeh tərəfindən ümumilikdə 6004.82 man kredit pulu ödənilmişdir. Bu isə o deməkdir ki, 6214.59 manat borcdan 6004.82 manat ödənilmişdir və cəmi 209.77 man borc qalmışdır. Belə olan halda kredit borcu tam ödənilmiş hesab edilir və bu səbəbdən də iddia ərizəsi geri götürülməli və yaxud iddia rədd edilməlidir. Əks halda bu iş xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcunun dəqiq müəyyənləşdirilməsi üçün təkrar məhkəmə maliyyə-mühasibat ekspertizası təyin edilməklə müəyyən edilməlidir. Çünki, Bankın təqdim etdiyi maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Belə ki, Ali Məhkəmə tərəfindən hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına dair Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış bir çox qərarlarında, o cümlədən xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023№-li qərarının 38 və 40-cı bəndlərində, xx.xx.2021-ci il tarixli, 2-2(102)-239/2021№-li qərarının 30-cu bəndində, xx.xx.2021-ci il tarixli, 2(102)-1113/2021№-li qərarının 16 və 31-ci bəndlərində formalaşmış hüquqi mövqelərə əsasən Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmədiyi göstərilmişdir. Ali Məhkəmənin Banklarla olan mübahisəli işlərdə belə bir hüquqi mövqeyə gəlməsi sosial ədalətin və bərabərliyin bərpa olunmasına xidmət edir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsi geri götürülməli və iddia işinin icraatına xitam verilməli və yaxud qanuni və əsaslı qətnamə çıxarılması üçün iddia tamamilə rədd edilməlidir. İddianın əsassız olması ilə baglı üçüncü dəlili ondan ibarətdir ki, iddiaçının göstərdiyi rəqəmlər əsassızdır və onun (bizim) hesablarına uyğun gəlməmişdir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nagd kredit üzrə 2729.15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6.74 manat faiz borcu olmaqla cəmi 2735.89 manat məbləğində kredit borc məbləgləri də iddiaçının özünün məhkəməyə təqdim etdiyi cavabdehin xx.xx.2025- ci il tarixə olan borclarının olmasına dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş Nizami filialı tərəfindən verilmiş maliyyə arayışı ilə təkzib edilir. Belə ki, həmin iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş Nizami filialı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış xx.xx.2021-ci il tarixli, BPM**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4530.24 manat əsas, 83.05 manat faiz borcu olmaqla cəmi 4613.29 manat kredit borcları mövcuddur (hərçənd mən bununla da razılaşmıram). Lakin borcun 4613.29 manat olmasını fərz etsək belə iddiaçının son dəqiqləşməsinə görə isə xx.xx.2026- cı il tarixə xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsi üzrə cavabdehin 2729.15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6.74 manat faiz borcu olmaqla cəmi 2735.89 manat borcu olduğu göstərilmişdir. Bu isə o deməkdir ki, guya xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı ilədək olan 11 (on bir) ay müddət ərzində həmin müqavilə üzrə cəmi 1877.40 man (4613.29 man -2735.89 man=1877.40 ) ödəniş edilmişdir. Halbuki, xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı ilədək olan 11 (on bir) ay müddət ərzində cəmi 2403.00 manat (xx.xx.2025-ci ildə (272+12) manat, xx.xx.2025- ci ildə (272+21) manat, xx.xx.2025-ci ildə (272+22) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (324 +21) manat, xx.xx.2025-ci ildə (228 +21+56) manat olmaqla cəmi 2403.00 manat) pul ödəmişdir. Bundan əlavə məhkəmə icraatının davam etdiyi müddətdə, yəni yekun məhkəmə qətnaməsi çıxarılmamış iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti oğlu Cavabdeh əmək haqqı kartından xx.xx.2025-ci il tarixdə əvvəlcə 286.68 man və sonra isə 183.14 man olmaqla cəmisi 479.82 man pul tutmuşdur ki, bu da ümumilikdə həmin müddət ərzində cavabdeh və hər ay da bu cür tutulmalar müntəzəm olaraq davam edəcəkdir. Bundan sonra yenə cavabdehin kartından məcburi tutulmalar davam etmiş və hətta ikinci dəfə xx.xx.2026-cı ildə 514.35 manat pul tutulmuşdur və bu son tutulma iddiaçının iddia ərizəsinin dəqiqləşməsinə dair yazdığı ərizəsində öz əksini tapmamışdır. Bu isə o deməkdir ki, xx.xx.2021-ci il tatrixli BPM**********13 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci ildən xx.xx.2026-cı ilədək olan müddətdə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3397.17 man (2403.00 man + 479.82 man + 514.35 man= 3397.17 manat) kredit pulu ödənilmişdir. Bu qaydada hesablama həm də o deməkdir ki, iddiaçının özünün təqdim etdiyi maliyyə arayışında nəzərdə tutulan 4613.29 manat borcdan 3397.17 manat ödənilmişdir və cəmi 1216.12 man borc qalmışdır. Belə olan halda əlavə tutulma olmayacaqsa məhkəmə qətnaməsi ilə ən çoxu 1216.12 manat (4613.29 man -3397.17 man = 1216.12 manat ) kredit borcu tutula bilər ki, bununla da razı deyil, çünki əvvəla bu rəqəm iddiaçının özünün dəqiqləşmə ərizəsində göstəriləndən qat qat azdır. İkincisi isə iddiaçı ABB-nın təqdim etdiyi arayış Ali Məhkəmənin hüquqi mövqeyinə görə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmədiyi göstərilmişdir. Ona görə də hesab edir ki, bu qaydada hesablama ilə də göstərilən hallar nəzərə alınmalı və iddia rədd edilməlidir. İddianın əsassız olması ilə baglı dördüncü dəlili ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti qanunvericiliyin tələbunə ziddinə olaraq kredit müqaviləsində faizlərin ayda bir dəfə ödənilməsini tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən faizlər ildə bir dəfə, ilin sonunda ödənilməlidir. Bu isə o deməkdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla kredit müqavilələri bagladıgından bu müqavilələr etibarsız hesab edilməlidir. Göstərdiklərinə əsasən iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AR-İİİ № 293843 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə3 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh vəkalətli nümayəndəsinin təqdim etdiyi etiraz ərizələrindən görünür ki, iddianı qəbul etmir, kredit borcunu tam qaytarmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-in direktoru Nümayəndə2 tərəfindən Tərtər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, bankın müştərisi olan Cavabdeh "xxxx" ASC ilə arasında xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 4.1.1.2-ci bəndinə əsasən kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatlar bank kartına kredit limitinin təyin edilməsinə dair razılaşmada göstərilməklə, cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin bank ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən illik 22 faiz ilə hesablanmaqla 48 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Lakin borc alan tərəfindən hər iki müqavilə üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehə hər iki kredit borcunun qaytarılması haqqında tərəflərindən xx.xx.2020-ci il tarixliBPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti borcu üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən nağd kredit borcu üzrə xx.xx.2023-cü il tarixli bildirişlər göndərilərək xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirliməmişdir. Cavabdeh hər iki kredit üzrə həm şifahi, həm də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borcun bağlı banka hər hansı müraciət olmamışdır. bankın Nizami filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, borclunun banka ödənilməmiş xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə xx.xx.2023-cü il tarixinə 500 manat əsas borcu, 82.48 manat faiz borcu olmaqla, cəmi 582.48 manat borcu, xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən nağd kredit üzrə xx.xx.2023-cü il tarixinə 6196.54 manat əsas, 18.05 manat faiz borcu olmaqla, cəmi 6214.59 manat borcu qalmışdır. Məhkəmədə elan olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli BPM**********23 Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcluya kart kredit üzrə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Məhkəmədə elan olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli BPM**********13 saylı müqavilənin surətindən görünür ki, kredit müqaviləsinə əsasən X3 nağd kredit üzrə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 9000 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş "xxxx" ASC-in xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X2 faiz dərəcəsi 24 faiz olmaqla, 4419,24 manat istifadə edilmiş məbləğ, 3919,24 manat ödənilmiş məbləğ, 500 manat qalıq məbləğ, faiz borcundan 414,16 manat hesablanmış, 189,7 manat ödənilmiş, 224,46 manat qalıq məbləğ təşkil etmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, X5 xx.xx.2021-xx.xx.2025-ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə ödəməli olmuşdur. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, X3 banka olan ümumilikdə 4613,29 manat kredit borcunu 3 iş günü müddətində tam yerinə yetirməsi xahiş olunmuşdur, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 9/4253 nömrəli ekspert rəyinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart müqaviləsi üzrə ekspertiza tədqiqatı zamanı kiş materiallarında olan maliyyə arayışı məlumatları, təqdim olunmuş hesabdan çıxarış və xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart müqaviləsinin şərtləri nəzərə alınmaqla borclunun "xxxx" ASC-ə olan borcunu müəyyən etmək mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatları, təqdim olunmuş hesabdan çıxarış və xx.xx.2021-ci il tarixli BMP **********13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclunun "xxxx" ASC-ə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2025-ci il tarixə (maliyyə arayışı tarixinə) -əsas kredit borcu-4522,33 manat; -faiz borcu-82,91 manat; xx.xx.2025-ci il tarixə (iddia ərizəsi tarixinə) -əsas kredit borcu-4522,33 manat; -faiz borcu-127,13 manat; xx.xx.2025-ci il tarixə (qərardadın tarixinə) -əsas kredit borcu-3375,51 manat; -faiz borcu-22,69 manat; xx.xx.2025-ci il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) -əsas kredit borcu-3375,51 manat; -faiz borcu-52,48 manat; İşdə olan cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi çoxsaylı ödəniş qəbzlərindən ğörünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək olan 2 (iki) il 1 (bir) ay müddət ərzində 5525.00 manat (xx.xx.2023-cü ildə 284 manat, xx.xx.2024-cü ildə 284 manat, xx.xx.2024-cü ildə 284 manat, xx.xx.2024-cü ildə 285 manat, xx.xx.2024-cü ildə 284 manat, xx.xx.2024-cü ildə (227+30) manat, xx.xx.2024-cü ildə 5 manat, xx.xx.2024-cü ildə (227+29) manat, xx.xx.2024-cü ildə (227+27) manat, xx.xx.2024-cü ildə (227+29) manat, xx.xx.2024-cü ildə 1 manat, xx.xx.2024-cü ildə (227+25) manat, xx.xx.2024cü ildə (227+25) manat, xx.xx.2024- cü ildə (227+23) manat, xx.xx.2025-ci ildə (227+23) manat, xx.xx.2025-ci ildə (272+12) manat, xx.xx.2025-ci ildə (272+21) manat, xx.xx.2025-ci ildə (272+22) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (272+22 ) manat, xx.xx.2025-ci ildə (324 +21) manat, xx.xx.2025-ci ildə (228 +21+56) manat olmaqla cəmi 5525.00 manat) kredit ödənişi etmişdir ki, bu da iddiaçının tələb etdiyi 6214.59 manat borcun demək olar ki, tamamilə ödənildiyini və yalnız 689.59 manat borcun qaldığını göstərir. Lakin o da qeyd edilməlidir ki, məhkəmə icraatının davam etdiyi müddətdə, yəni yekun məhkəmə qətnaməsi çıxarılmamış iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti oğlu Cavabdeh əmək haqqı kartından xx.xx.2025-ci il tarixdə əvvəlcə 286.68 manat və sonra isə 183.14 man olmaqla cəmisi 479.82 man pul tutmuşdur ki, bu da son qalıq borcun 209.77 man (689.59 manat - 479.82 man = 209.77 manat) olduğunu təsdiq edir (bu faktı təsdiq edən sənəd iş materiallarına əlavə edilmişdir). Lakin bu da son ödəniş deyildir. Belə ki, bundan sonra da cavabdehin əmək haqqı kartından yenə məcburi pul tutulmaları davam etmiş və hətta ikinci dəfə onun əmək haqqı kartından xx.xx.2026-cı ildə 514.35 manat pul tutulması olmuşdur. (bu faktı təsdiq edən sənəd iş materiallarına əlavə edilmişdir). Bu isə son nəticədə borcun qalmadıgını, əksinə cavabdeh tərəfindən 304.58 manat (209.77 man -514.35 man = -304.58 manatt) artıq pul tutuldugunu göstərir. Beləliklə, qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, kredit borcu tam ödənildiyindən və hətta cavabdehdən 304.58 manat artıq pul tutuldugundan iddia ərizəsi geri götürülməli və yaxud iddia rədd edilməlidir. Beləliklə, məhkəmə ərizədə göstərilənləri, iddiaçının səlahiyyətli nümayəndəsini, cavabdehin etiraz ərizələrini və araşdırılmış digər sübutları məcmu halında obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymətləndirərək belə hesab edir ki, iddia əsassız oldugundan təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC-in Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcluya kart kredit üzrə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, xx.xx.2021ci il tarixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 9000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəf iddia ərizəsində göstərmişdir ki, Borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Nizami filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 manat əsas, 224,46 manat faiz borcu olmaqla, cəmi 724,46 manat, xx.xx.2021-ci il tarixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4530,24 manat əsas, 83,05 manat faiz borcu olmaqla, cəmi 4613,29 manat kredit borcları mövcuddur. Bundan sonra iddiaçı tərəf xx.xx.2026-cı il tariixli iddia həcminin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 manat əsas, bildirişin göndərilmə tarixinədək hesablanmış (24% ilə) 228.91 manat, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 23,06 manat faiz borcu olmaqla, cəmi 751,97 manat, xx.xx.2021-ci il tarixli, BMP**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2729,15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6,74 manat faiz borcu olmaqla, cəmi 2735,89 manat məbləğində kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73,38 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş idiaçının vəkalətli nümayəndəsi Rəhman Məmməzadə cavabdehin hazırda banka borcu olmadığını və kredit borcunu artıqlaması ilə ödədiklərini bildirmişdir. Məhkəmə belə hesab edir ki, "xxxx" ASC cavabdehə qarşı sözügedən iddianı qaldırsa belə onun Banka borclu qalması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız hesabdan çıxarış, maliyyə arayışı və Bank tərəfindən tərtib edilmiş birtərəfli qaydada tərtib edilmiş sənədləri təqdim etməklə kifayətlənmişdir ki, bu sənədlər də Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarında, o cümlədən xx.xx.2023-cü il tarixli, 2- 2(102)-575/2023№-li qərarının 38 və 40-cı bəndlərində, xx.xx.2021-ci il tarixli, 2-2(102)- 239/2021№-li qərarının 30-cu bəndində, xx.xx.2021-ci il tarixli, 2(102)-1113/2021№-li qərarının 16 və 31-ci bəndlərində formalaşmış hüquqi mövqelərinə əsasən mötəbər sübutlar sayıla bilməz. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Ali Məhkəmə tərəfindən hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına dair Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış bir çox qərarlarında, o cümlədən xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023№-li qərarının 38 və 40-cı bəndlərində, xx.xx.2021-ci il tarixli, 2-2(102)-239/2021№-li qərarının 30- cu bəndində, xx.xx.2021-ci il tarixli, 2(102)-1113/2021№-li qərarının 16 və 31-ci bəndlərində formalaşmış hüquqi mövqelərə əsasən Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmədiyi göstərilmişdir. Ali Məhkəmənin Banklarla olan mübahisəli işlərdə belə bir hüquqi mövqeyə gəlməsi sosial ədalətin və bərabərliyin bərpa olunmasına xidmət edir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının ərizəsini, cavabdehin nümayəndəsinin izahatının, sənədlərin təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı tərəfin iddia tələbi ilə bağlı mötəbər sübutları tqdim edə bilməməsini ziddiyyətli hallar kimi qiymətləndirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim edilən sübutlar əsasında araşdırır. Məhkəmə iclasında tədqiqi edilmiş və iş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli Kreditlərlə İş Departamentinin direktoru Nümayəndə2 (icraçı Nümayəndə1) tərəfindən Tərtər Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 6-2- 22/2-17453/2024№-li ərizədə göstərilmişdir ki, borclunun banka ödənilməmiş xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə xx.xx.2023-cü il tarixinə 500 manat əsas borcu, 82.48 manat faiz borcu olmaqla, cəmi 582.48 manat borcu, xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən nağd kredit üzrə xx.xx.2023-cü il tarixinə 6196.54 manat əsas, 18.05 manat faiz borcu olmaqla, cəmi 6214.59 manat borcu qalmışdır. Eyni zamanda cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı ilədək olan müddət ərzində kredit borclarının ödənilməsinə dair təqdim edilmiş çoxsaylı ödəniş qəbzləri nəzərə alınarsa cavabdehin hazırda banka borcu olmadığı müəyyən edilmiş olar. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqların müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə əsasən bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probation» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da qeyd edilir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHMnin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «X7rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) vurgulamışdır ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Nailə Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarınınn Azərbaycan Respublikasınm Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probation» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023№-li qərarının 40-cı bəndində göstərilmişdir ki, İlk növbədə qeyd edilməlidir, Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 2-2(102)-239/2021, 2- 2(102)-402/2022 və 2(102)-546/2023 nömrəli işlər üzrə qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-239/2021№-li qərarının 30-cu bəndində göstərilmişdir ki, Kassasiya şikayətinin tərəflər arasında kredit öhdəliyi ilə bağlı maliyyə arayışı, hesabdan çıxarış və ödəniş sənədlərinin məhkəmələr tərəfindən nəzərə alınmaması bununla da maddi və prosessual hüquq normalarının pozulması barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, həmin sənədlər iddiaçı tərəfindən tərtib olunan sənədlər olmaqla, cavabdehlə kredit münasibətlərinin yaranmasının sübutu kimi qiymətləndirilə bilməz. Ödənişə dair işə əlavə olunmuş xəzinə mədaxil orderlərindən, müvafiq ödənişlərin hansı kredit müqaviləsi üzrə aparıldığı müəyyən edilmir., Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021 –ci il tarixli, 2(102)- 1113/2021№-li qərarının 16-cı bəndində göstərilmişdir ki, Apellyasiya instansiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək, qeyd etmişdir ki, müqavilə mövcud olmadığı təqdirdə cavabdehin nə vaxtsa, ödənişlər etməsini əsas gətirərək onun üzərinə mövcudluğu sübut olunmayan müqaviləyə görə hər hansı öhdəliyin qoyulması ədalətli deyildir. Həmin müqavilənin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışı və digər sənədlər isə öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021 –ci il tarixli, 2(102)- 1113/2021№-li qərarının 31-ci bəndində göstərilmişdir ki, Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – kredit müqaviləsi üzrə borc haqqında ətraflı arayış və bütün ödənişlərin qeyd edildiyi hesabdan çıxarışın təqdim edilməsi, ödənişlərin olmasının kredit verilməsini təsdiq etməsi-əsassız sayır. Çünki yuxarıda qeyd edildiyi kimi bu dəlillərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilib (hazırki qərarın 16-cı bəndi). Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçı "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-n Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 manat əsas, bildirişin göndərilmə tarixinədək hesablanmış (24% ilə) 228.91 manat, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 23,06 manat faiz borcu olmaqla, cəmi 751,97 manat, xx.xx.2021-ci il tarixli, BMP**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2729,15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6,74 manat faiz borcu olmaqla, cəmi 2735,89 manat məbləğində kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73,38 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-n Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********23 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 (beş yüz) manat əsas, bildirişin göndərilmə tarixinədək hesablanmış (24% ilə) 228 (iki yüz iyirmi səkkiz) manat 91 (doxsan bir) qəpik, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 23 (iyirmi üç) manat 06 (altı) qəpik) faiz borcu olmaqla, cəmi 751 (yeddi yüz əlli bir) manat 97 (doxsan yeddi) qəpik, xx.xx.2021-ci il tarixli, BMP**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2729 (iki min yeddi yüz iyirmi doqquz) manat 15 (on beş) qəpik əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6 (altı) manat 74 (yetmiş dörd) qəpik faiz borcu olmaqla, cəmi 2735 (iki min yeddi yüz otuz beş) manat 89 (səksən doqquz) qəpik məbləğində kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73 (yetmiş üç) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçı "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar