Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-692/2025 03.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı ASC-in, Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən İddiaçı ASC-in xeyrinə 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik əsas, 1502 (bir min beş yüz iki) manat 45 (qırx beş) qəpik faiz, ümumilikdə 18558 (on səkkiz min beş yüz əlli səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində vəsaitin və ödənilmiş 145 (yüz qırx beş) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-in nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı ASC cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı tərəf kimi bildirir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbahycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı ilə baxılması mümkündür. Hesab edirlər ki, iddia ərizəsi tam əsaslı və qanunidir. Yuxarıda yazdıqlarını və ilkin ərizədə qeyd etdiklərini nəzərə alaraq bu iş üzrə bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qəgtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGTK9076461B125 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 17.38 faiz dərəcəsi ilə 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik kredit verilmişdir. Kredit müqavilkəsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydad yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-ə borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Odur ki, məhkəmədə cavabdehdən xx.xx.2024-cü il tarixli RGTK9076461B125 saylı kredit müqaviləsinə əsasən 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik əsas, 1502 (bir min beş yüz iki) manat 45 (qırx beş) qəpik faiz, ümumilikdə 18558 (on səkkiz min beş yüz əlli səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində vəsaitin və ödənilmiş 145 (yüz qırx beş) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Kəbirli kənd İƏD-i üzrə nümayəndənin 76 saylı xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh hazırda ərazidə yamadığından məhkəmə bildirişi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmədə elan olunmuş Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, idia tələbini qəbul edir, imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Gələcəkdə borcunu ödəyəcəyinə söz verir. Ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verildi, məhkəmə iclasına gələ bilməsə iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli RGTK9076461B125 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-i Cavabdeh 59 ay müddətinə illik 17.38 faiz dərəcəsi ilə 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik kredit verilmişdir. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-ə xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli RGTK9076461B125 saylı kredit müqaviləsinə əsasən 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik əsas, 1502 (bir min beş yüz iki) manat 45 (qırx beş) qəpik faiz, ümumilikdə 18558 (on səkkiz min beş yüz əlli səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmədə elan olunmuş Cavabdeh göndərilmiş 15 yanvar 2025-ci il tarixli bildirişdə göstərilmişdir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq üzərinə düşən öhdəliyin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. Əks təqdirdə İddiaçı ASC borcun ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehin ərizəsini dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh 59 ay müddətinə illik 17.38 faiz dərəcəsi ilə 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Dəfələrlə ona yazılı və şifahi xəbərdarlıq edilmiş, lakin o, borcunu ödəməmişdir. Bununla da, cavabdehin iddiaçı tərəfə bocu yaranmış və həmin borc xx.xx.2024-cü il tarixli RGTK9076461B125 saylı kredit müqaviləsinə əsasən 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik əsas, 1502 (bir min beş yüz iki) manat 45 (qırx beş) qəpik faiz, ümumilikdə 18558 (on səkkiz min beş yüz əlli səkkiz) manat 37 (otuz yeddi) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 145 (yüz qırx beş) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli RGTK9076461B125 saylı kredit müqaviləsinə əsasən 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik əsas, 1502 (bir min beş yüz iki) manat 45 (qırx beş) qəpik faiz, ümumilikdə 18558 (on səkkiz min beş yüz əlli səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində vəsait və ödənilmiş 145 (yüz qırx beş) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu alınıb İddiaçı ASC-in xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli RGTK9076461B125 saylı kredit müqaviləsinə əsasən 17055 (on yeddi min əlli beş) manat 92 (doxsan iki) qəpik əsas, 1502 (bir min beş yüz iki) manat 45 (qırx beş) qəpik faiz, ümumilikdə 18558 (on səkkiz min beş yüz əlli səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində vəsait və ödənilmiş 145 (yüz qırx beş) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu alınıb İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-692/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-692/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver