Məhkəmə qərarları › İş №e-2(061)-710/2025

Tərtər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(061)-710/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-710/2025 13.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim QubadovTahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 13 iyul 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurmuş olduğu zərərə görə 8530 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə yazılı məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına yazılı razılığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, BMW 5281 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur. xx.xx.2024-cü il tarixdə övladlarını valideynlərinin yanından götürüb evə gedərkən özünü pis hiss etdiyindən avtomobili idarə etmək üçün arvadı Arzu Hüseynliyə vermişdir. Arvadının sürüçülük hüququna dair vəsiqəsi vardır. Saat 14:40 radələrində Sumqayıt şəhəri, Polad Həşimov küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkət edərkən “Şam” restoranı istiqamətindən yola soldan bitişik olan ikinci yoldan daxil olan “Chevrolet Cobalt” markalı **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü Cavabdeh onları gözləmədən sola dönərək avttomobilin qabaq sağ hissəsi ilə onların avtomobilinin qabaq sol hissəsinə çırpılmışdır. Dərhal hadisə yerinə polis əməkdaşları gələrək lazımı ölçü və sənədləşmə işləri aparmışlar. Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılmış, materialda cinayət tərkibi olmadığından “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, “Chevrolet Cobalt” markalı **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibinin olması barədə qərar qəbul edilərək inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Hadisə nəticəsində avtomobilinə 13080 manat məbləğində maddi zərər dəymişdir. Ona vurulmuş maddi ziyanın məbləği “X1” Askar firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nöqsan aktında da öz əksini tapmışdır. Cavabdehdən ona dəymiş zərərin ödənilməsini tələb etsə də, heç bir nəticə əldə olunmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyətində qalmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, vurulmuş ziyanın bir hissəsi, yəni 4550 manat hissəsi sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Ona görə də hazırda cavabdehdən qalan məbləğn, yəni 8530 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsində HK-1/2018 material üzrə ilkin araşdırma aparılmış, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Polad Həşimov küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkət edən etibarnamə əsasında İddiaçı məxsus olan BMW 5281 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu müəyyən edilmiş, material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş və Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə barəsində tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, material üzrə hazırkı Cavabdeh izahatı alınmış və o, xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı **- YV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Polad Həşimov küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkət edən etibarnamə əsasında İddiaçı məxsus olan BMW 5281 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu və hadisənin onun özünün ehtiyatsızlığı səbəbindən baş verdiyini etiraf etmişdir. İşdə olan “X1” Askar firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Nöqsan Aktından görünür ki, mütəxəssislər tərəfindən BMW 5281 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmiş və avtomobilə dəymiş zərərin 13080 manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan BMW 5281 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə aid fotoşəkillərdən görünür ki, həmin avtomobilin ön hissəsinin toqqışma nəticəsində əzildiyi əks olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, hazırkı Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Polad Həşimov küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkət edən etibarnamə əsasında İddiaçı məxsus olan BMW 5281 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində HK-1/2018 material üzrə ilkin araşdırma aparılmış, material üzrə cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmiş və Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə barəsində tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin material üzrə araşdırma zamanı hazırkı Cavabdeh izahatı alınmış və o, xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı **- YV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Polad Həşimov küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkət edən etibarnamə əsasında İddiaçı məxsus olan BMW 5281 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu və hadisənin onun özünün ehtiyatsızlığı səbəbindən baş verdiyini etiraf etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının izahatı ilə yanaşı “X1” Askar firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Nöqsan Aktına əsasən müəyyən olunmuşdur ki, BMW 5281 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər 13080 manat təşkil edir. Məhkəmə prosesinin gedişində iddiaçı elektron sistem vasitəsi ilə tələbin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyanın bir hissəsinin, yəni 4550 manat hissəsinin sığorta şirkəti tərəfindən ona ödənildiyini cavabdehdən avtomobilinə vurmuş olduğu zərərə görə 13080 manat deyil, 8530 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçı məhkəmə iclasında yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin aid olduğu hüquq münasibəti mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərlə bağlı olduğundan həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərər və deliktlə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, iddiaçının izahatına və məhkəmə iclasında tədqiq edilən yuxarıda adı çəkilən yazılı sübutlara və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddia təmin edildiyi və iddia tələbi qiymətlənddirilən iddialara aid olmaqla 8530 manat olduğu üçün həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 105 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 8530 manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumuna görə 105 manat pul Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Tərtər Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar