Məhkəmə qərarları › İş №e-2(061)-711/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-711/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-711/2025 11.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, çavabdeh X1 qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı, çavabdeh X1 qarşı Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 930/2024 saylı qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd edilən hər uşağa görə 200 manat ümumilikdə 2 uşağa görə 400 manat təyin edilmiş sabit pul məbləğində alimentin miqdarının Azərbaycan Respublikasınmda 2025-ci il üçün yaşayış minimumu haqqında qanun əsasən ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyindən 2 uşağa görə 470 manat təyin edilməsi barədə yeni qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı, çavabdeh X1 qarşı Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-930/2024 saylı qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd edilən hər uşağa görə 200 manat ümumilikdə 2 uşağa görə 400 manat təyin edilmiş sabit pul məbləğində alimentin miqdarının Azərbaycan Respublikasınmda 2025-ci il üçün yaşayış minimumu haqqında qanun əsasən ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyindən 2 uşağa görə 470 manat təyin edilməsi barədə yeni qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü ki, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır, bu məsələ icra icraatı qaydasında, yəni Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələrinin tələbləri nəzərə alınmaqla, MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi həll edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 220.6-cı madddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun QƏRARİ “ 20 ” dekabr 2024-cü il № 15 nömrəli qərarının 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Həmin Qərarın 1.2.2-ci bəndində göstərilmişdir ki, 8.9-cu bəndə aşağıdakı məzmunda 8.9-1 və 8.9-2-ci yarımbəndlər əlavə edilsin: “8.9-1. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Qərarın 8.9-2-ci bəndində göstərilmişdir ki, alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.”. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin iddiaçıya hazırki tələblə bağlı Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılması və həmin qaydada məhkəməyə müraciət etməsi izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsində göstərilmişdir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi yuxarıda qeyd edilən Qanunun tələblərinə əsasən məhkəmədə baxılmalı deyildir və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddaçı İddiaçı, çavabdeh X1 qarşı Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-930 saylı qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd edilən hər uşağa görə 200 (iki yüz) manat ümumilikdə 2 uşağa görə 400 ( dörd yüz) manat təyin edilmiş sabit pul məbləğində alimentin miqdarının Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanun əsasən ölkə üzrə uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edildiyindən 2 uşağa görə 470 (dörd yüz yetmiş) manat təyin edilməsi barədə yeni qərar çıxarılması tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələblə bağlı Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılması və həmin qaydada məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar