Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-751/2025 23.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-in Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-in Cavabdeh qarşı Cavabdeh iddiaçı "xxxx" KB ASCin xeyrinə 10962 (on min doqquz yüz altmış iki) manat 90 (doxsan) qəpik əsas, 987 (doqquz yüz səksən yeddi) manat 81 (səksən bir) qəpik) faiz, 23 (iyirmi üç) manat 66 (altmış altı) qəpik cərimə olmaqla, ümumilikdə 11974 (on bir min doqquz yüz yetmiş dörd) manat 37 (otuz yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 126 (yüz iyirmi altı) manat 33 (otuz üç) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Kommersiya Bankı ASC-in ərizəsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC-in Cavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda Bankla cavabdeh arasında razılıq əldə olunduğu üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 126 (yüz iyirmi altı) manat 33 (otuz üç) qəpik dövlət rüsumu iddiaçı "xxxx" Kommersiya Bankı ASC-ə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-in Cavabdeh qarşı Cavabdeh iddiaçı "xxxx" KB ASC-in xeyrinə 10962 (on min doqquz yüz altmış iki) manat 90 (doxsan) qəpik əsas, 987 (doqquz yüz səksən yeddi) manat 81 (səksən bir) qəpik faiz, 23 (iyirmi üç) manat 66 (altmış altı) qəpik cərimə olmaqla, ümumilikdə 11974 (on bir min doqquz yüz yetmiş dörd) manat 37 (otuz yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 126 (yüz iyirmi altı) manat 33 (otuz üç) qəpik məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın, iddia tələbi baxılmamış saxlanılsın. Ödənilmiş 126 (yüz iyirmi altı) manat 33 (otuz üç) qəpik dövlət rüsumu iddiaçı "xxxx" Kommersiya Bankı ASC-ə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-751/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-751/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver