Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-789/2025 04.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh2 İnqilab oğlunun iştirakı ilə İddiaçı "xxxx" ASC-in, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğlundan xx.xx.2023-cü il tarixli, 900808-384478/3 nömrəli kredit müqaviləsi üzrə ”Exspressbank” ASC-in xeyrinə 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-in nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, İddiaçı ASC-in, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair e- 2(061)-789/2025 saylı mülki işin məhkəmə baxışı iclası xx.xx.2025ci il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclasının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinlik yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ona görə də işə İddiaçı ASC-in iştirakı olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qəgtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli, 900808-384478/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 43 ay müddətinə, illik 173,9 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 İnqilab oğlu arasında xx.xx.2023-cü il tarixli, 900808-384478/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, Banka olan borcunu ödəməmişdir. 18 mart 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğlundan xx.xx.2023-cü il tarixli, 900808-384478/3 nömrəli kredit müqaviləsi üzrə ”Exspressbank” ASC-in xeyrinə 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh2 İnqilab oğlu göstərmişdir ki, həqiqətən İddiaçı ASC ilə iş üzrə cavabdeh (anası)Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli, 900808-384478/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 43 ay müddətinə, illik 17,9 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və iş üzrə digər cavabdeh kimi onun arasında xx.xx.2023-cü il tarixli, 900808-384478/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanaraq faizləri ödəmək barədə öhdəlik götürsə də, maddi imkanı olmadığına görə bu öhdəliyi lazımi qaydada yerinə yetirə bilməmiş və banka olan borcunu tam qaytara bilməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetrisə də, o, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri anasının ağır xəstəliyi ilə əlaqədar yerinə yetirə bilməmişdir. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və anasından müştərək qaydada İddiaçı ASC-in xeyrinə 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş iş üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh2 İnqilab oğlunun ərizəsindən görünür ki, iddianı qəbul etdiyini, maddi imkanı olmadığına kredit borcunu ödəyə bilmədiyini göstərmiş, gələcəkdə hissə-hissə ödəyəcəyinə söz vermiş və iş üzrə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında elan olunan işdə olan etibarnanmənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 məhkəmə iclasında təmsil olunmaq üçün oğlu iş üzrə digər Cavabdeh2 İnqilab oğluna etibarnamə vermişdir. Belə olan halda məhkəmə X2 iştirakı olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli, 900808-384478/3 nömrəli istehlak krediti müqaviləsinin surətindən görünür ki, borcluya 43 ay müddətinə, illik 17,9 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş 16 yanvar 2023-cü il tarixli, 900808-384478/3 nömrəli istehlak krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 İnqilab oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, cavabdeh X2 İddiaçı ASC -ə olan borcu, 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlərə 12688.99 manat borclarını 12 mart 2025-ci il tarixinədək ödəmədikləri təqdirdə barələrində qanunauyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehin izahatını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli, 900808-384478/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 43 ay müddətinə, illik 173,9 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 İnqilab oğlu arasında xx.xx.2023-cü il tarixli, 900808-384478/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, Banka olan borcunu ödəməmişdir. 18 mart 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehlər X1 və Cavabdeh2 İnqilab oğlundan xx.xx.2023cü il tarixli, 900808-384478/3 nömrəli kredit müqaviləsi üzrə ”Exspressbank” ASC-in xeyrinə 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş iş üzrə cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh2 İnqilab oğlu iddianı qəbul etmiş, kredit borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini göstərmiş və iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bilbirmişdir. Beləliklə, iddia qaldırılan müddətə qədər cavabdehin iddiaçı tərəfə olan əsas borcu 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində təşkil etmişdir. Məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 73 (yetmiş üç) manat 03 (üç) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğlundan xx.xx.2023-cü il tarixli, 900808-384478/3 nömrəli kredit müqaviləsi üzrə ”Exspressbank” ASC-in xeyrinə 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqilab oğlundan xx.xx.2023-cü il tarixli, 900808- 384478/3 nömrəli kredit müqaviləsi üzrə ”Exspressbank” ASC-in xeyrinə 11669 (on bir min altı yüz altmış doqquz) manat 38 (otuz səkkiz) qəpik əsas, 1200 (bir min iki yüz) manat 92 (doxsan iki) qəpik faiz, cəmi 12870 (on iki min səkkiz yüz yütmiş) manat 03 (üç) qəpik məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 61 (altmış bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-789/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-789/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver