Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-797/2025 12.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Saiq Rəfayıl oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 12 iyun 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və NuruyevVidadi Səxavət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx.xx.2023-cü il tarixli, 04CRED23000019 nömrəli müqavilə üzrə əsas borca görə 10,980,09 manat, faizə görə 504,48 manat, gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faiz borcuna görə 62,25 manat, cəmi 11,546,82 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 124,64 manat və 1 manat komissiya pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04CRED23000019 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh2 illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 15500 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi kredit müqaviləsi üzrə kreditin vaxtında qaytarılmasına görə Bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyacağı barədə üzərinə öhdəlik götürmüşdür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə Cavabdeh2 iddiaçıya xx.xx.2025ci il tarixinə əsas borca görə 10,980,09 manat, faizə görə 504,48 manat, gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faiz borcuna görə 62,25 manat, cəmi 11,546,82 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edib, məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, əsas borca görə 10,980,09 manat, faizə görə 504,48 manat, gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faiz borcu olmaqla 62,25 manat, cəmi 11,546,82 manat borc və dövlət rüsumuna görə 124.64 manat pulu iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iş üzrə digər Cavabdeh2 ilə bir yerdə işləmişlər. Cavabdeh2 İddiaçı ASC-dən kredit götürmüşdür. Onun özü ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi kredit müqaviləsi üzrə kreditin vaxtında qaytarılmasına görə Bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyacağı barədə üzərinə öhdəlik götürmüşdür. İşdə olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04CRED23000019 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə illik 18 % ödəmək şərti ilə, 36 ay müddətinə 15500 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04CRED23000019 saylı zaminlik müqaviləsindən görünür ki, o, Cavabdeh2 kredit müqaviləsi üzrə Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və onunla birlikdə Bank qarşısında eyni həcmdə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2025-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 04CRED23000019 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 10,980,09 manat, faiz borcu 504,48 manat, gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faiz borcu 62,25 manat, cəmi borcu 11,546,82 manat təşkil edir. İşdə olan xx.xx.2024-ci il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün Ziraat Bank Azərbaycan” ASC-nin tərəfindən dövlət büdcəsinə dövlət rüsumuna görə 124.64 manat, bank xidmət haqqına görə 1 manat pul ödənilmişdir. İşdə olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, iddiaçı etiraf edərək əsas borca görə 10,980,09 manat, faizə görə 504,48 manat, gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faiz borcuna görə 62,25 manat, cəmi 11,546,82 manat borcu və dövlət rüsumuna görə 124.64 manat pulu iddiaçıya ödəməyə razı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04CRED23000019 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh2 illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 15500 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi kredit müqaviləsi üzrə kreditin vaxtında qaytarılmasına görə Bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyacağı barədə üzərinə öhdəlik götürmüşdür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə Cavabdeh2 iddiaçıya xx.xx.2025ci il tarixinə əsas borca görə 10,980,09 manat, faizə görə 504,48 manat, gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faiz borcuna görə 62,25 manat, cəmi 11,546,82 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir. Həmçinin tərəflər arasında mövcud olan borc münasibəti zaminliklə təmin olunduğundan hazırkı münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliklə bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Mcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görəəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq və yuxarıda qeyd olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı və qanunidir. Ona görə də iddia təmin edilməli, cavabdehlər iddiaçı qarşısında birgə məsuliyyət daşımalı və onlardan müştərək qaydada əsas borca görə 10980,06 manat, faizə görə 504,48 manat, gecikmə faizinə görə 62,25 manat, cəmi 11546,82 manat borc və komissiya haqqına görə 1 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumuna görə 124.64 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 04CRED23000019 nömrəli müqavilə üzrə müştərək qaydada əsas borca görə 10980,06 manat, faizə görə 504,48 manat, gecikmə faizinə görə 62,25 manat, cəmi 11546,82 manat borc, dövlət rüsumuna görə 124,64 manat və komissiya haqqına görə 1 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov
Məhkəmə qərarları › İş №e-2(061)-797/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-797/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver