Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-800/2025 07.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, Tələbkar Borclu qarşı “məhkəmə əmri haqqında” ərizəsini 07 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Tələbkar Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(061)-533/2021 nömrəri qətnaməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay aylılq qazancından tutulması müəyyən edilmiş ¼ hissə məbləğində alimentin indeksasıya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsindən görünür ki, ərizəsinin prosessual forma və məzmununa riayət edilməmişdir. Belə ki, ərizənin başlığı “məhkəmə əmri haqqında ərizə” kimi göstərilsə də, xahiş etdi hissəsində “qətnamə əsasında tutulan alimentin indeksasiya edilməsi” xahiş edilmişdir. Həmçinin ərizə elektron qaydada vurularkən ərizə məhkəmə qətnaməsinin icrası ilə bağlı 8 indeksi ilə elektron sistemə yerləşdirilməli olduğu halda ərizəçi tərəfindən 2 indeksi ilə mülki iş seçilmiş təyinatı məhkəmə əmri kimi vurulmuşdur. Ona görə də ərizə elektron sistem tərəfindən qəbul edilərkən avtomatik olaraq 2 indeksi ilə, yəni e-2(061)-800/2025 nömrə altında mülki iş kimi açılmışdır. Mülki prosesual qanunvericiliyə əsasən 2 indeksi ilə (e-2(061)-800/2025 nömrə ilə) indeksayiyanın aparılması isə qeyri-mümkündür. Ona görə də məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı və ərizəçi tərəfindən elektron qayda da verilərkən sistemə dügün işlənmədiyi üçün onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizə qanunvericliklə müəyyən edilmiş forma məzmuna riayət edilməklə verilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1 və 152.1.2-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə ərizə geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Məhkəmə hesab edir ki, ərizənin prosessual formasına və məzmununa riayət edilmədiyi, eləcə də ərizə elektron qayda da verilərkən ərizəçi tərəfindən sistemə dügün işlənmədiyi üçün ərizənin məhkəmə icraatı mümkün olmadığından ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar Borclu qarşı “məhkəmə əmri haqqında” ərizəsi geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra Tələbkar ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №e-2(061)-800/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-800/2025
07.04.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver