Məhkəmə qərarları › İş №e-2(061)-84/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-84/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-84/2025 10.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı MMM QBKT-in Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMM QBKT Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icrat barədə Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən İddiaçı ASC -in xeyrinə əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat, faiz borcuna görə 774 (yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, cərimə borcuna görə 22 (iyirmi iki) manat 41 (qırx bir) qəpik, ümumilikdə 3497 (üç min dörd yüz doxsan yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 54 (əlli dörd) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1552/2024 saylı qərardadı ilə Cavabdeh etirazı əsasında İddiaçı MMM QBKT-in Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMM QBKT elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə 10 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMM QBKT ərizə ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0420 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması, genişlndirilməsi, həyat şəxsiyyətinin yaxşılaşdırılması məqsədləri üçün illik 26 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 150 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərundə “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1.-ci maddəsinə kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmişməbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödınilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən ğhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayşına əsasən Cavabdeh əsas borc üzrə 2700, 00 manat faiz borcuna görə 774,80 manat cərimə borcuna görə 22,41 manat, ümumilikdə 3497,21 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təsfir edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı ASC -in xeyrinə əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat, faiz borcuna görə 774 (yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, cərimə borcuna görə 22 (iyirmi iki) manat 41 (qırx bir) qəpik, ümumilikdə 3497 (üç min dörd yüz doxsan yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 54 (əlli dörd) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli **********0420 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0420 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması, genişlndirilməsi, həyat şəxsiyyətinin yaxşılaşdırılması məqsədləri üçün illik 26 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat, faiz borcuna görə 774 (yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, cərimə borcuna görə 22 (iyirmi iki) manat 41 (qırx bir) qəpik, ümumilikdə 3497 (üç min dörd yüz doxsan yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğ təşkil edir. Məhkəmə iddiaçının izahatını, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMM QBKT Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0420 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəmə cədvəlinə əsasən borclunun hər ay 150 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit allana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. İş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat, faiz borcuna görə 774 (yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, cərimə borcuna görə 22 (iyirmi iki) manat 41 (qırx bir) qəpik, ümumilikdə 3497 (üç min dörd yüz doxsan yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğ təşkil etmişdir. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Odur ki, İddiaçı MMM QBKT sözügedən iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. İddiaçı ərizəsində iddianın əsaslı olduğunu və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat, faiz borcuna görə 774 (yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, cərimə borcuna görə 22 (iyirmi iki) manat 41 (qırx bir) qəpik, ümumilikdə 3497 (üç min dörd yüz doxsan yeddi) manat 21 (iyirmi bir) qəpik təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı MM QBKT haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 54 (əlli dörd) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat, faiz borcuna görə 774 (yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, cərimə borcuna görə 22 (iyirmi iki) manat 41 (qırx bir) qəpik, ümumilikdə 3497 (üç min dörd yüz doxsan yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 54 (əlli dörd) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu alınıb İddiaçı MMM QBKT-in hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat, faiz borcuna görə 774 (yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik, cərimə borcuna görə 22 (iyirmi iki) manat 41 (qırx bir) qəpik, ümumilikdə 3497 (üç min dörd yüz doxsan yeddi) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 54 (əlli dörd) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu alınıb İddiaçı MMM QBKT-nın hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar