Məhkəmə qərarları › İş №e-2(061)-899/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-899/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-899/2025 23.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlnadırılacaq), Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 9528 (doqquz min beş yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik əsas borc, 769 (yeddi yüz altmış doqquz) manat 08 (səkkiz) qəpik faiz, 65 (altmış beş) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 10362 (on min üç yüz altmış iki) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 121 (yüz iyirmi bir) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC-in xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illik 25% ödəmək şərtilə 9772 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun olaraq istifadə etməyi və məyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı möhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 aprel 2025-ci il tarixinə "xxxx" KB ASC-ə 9528 (doqquz min beş yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik əsas borc, 769 (yeddi yüz altmış doqquz) manat 08 (səkkiz) qəpik faiz, 65 (altmış beş) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 10362 (on min üç yüz altmış iki) manat 89 (səksən doqquz) qəpik məbləğində borcu yaranmışdır. Göstərdiklərinə əsasən Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 9528 (doqquz min beş yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik əsas borc, 769 (yeddi yüz altmış doqquz) manat 08 (səkkiz) qəpik faiz, 65 (altmış beş) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 10362 (on min üç yüz altmış iki) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 121 (yüz iyirmi bir) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və məhkəmə iclasının təxirə salınması barədə dir. İş materiallarında olan bildirişin kötüyündən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli 356nkXRD/24 №-li kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illik 25% ödəmək şərtilə 9772 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-ə olan 9528 (doqquz min beş yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik əsas borc, 769 (yeddi yüz altmış doqquz) manat 08 (səkkiz) qəpik faiz, 65 (altmış beş) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 10362 (on min üç yüz altmış iki) manat 89 (səksən doqquz) qəpik təşkil etmişdir. Məhkəmədə elan olunmuş 17 yanvar 2025-ci-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. Məhkəmə ərizədə göstərilənləri,araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC-in xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək illik 25% ödəmək şərtilə 9772 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun olaraq istifadə etməyi və məyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı möhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 aprel 2025-ci il tarixinə "xxxx" KB ASC-ə 9528 (doqquz min beş yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik əsas borc, 769 (yeddi yüz altmış doqquz) manat 08 (səkkiz) qəpik faiz, 65 (altmış beş) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 10362 (on min üç yüz altmış iki) manat 89 (səksən doqquz) qəpik məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə, cavabdehin iddiaçı tərəfə kredit müqaviləsi üzrə olan əsas borcu 9528 (doqquz min beş yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik əsas borc, 769 (yeddi yüz altmış doqquz) manat 08 (səkkiz) qəpik faiz, 65 (altmış beş) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 10362 (on min üç yüz altmış iki) manat 89 (səksən doqquz) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 121 (yüz iyirmi bir) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9528 (doqquz min beş yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik əsas borc, 769 (yeddi yüz altmış doqquz) manat 08 (səkkiz) qəpik faiz, 65 (altmış beş) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 10362 (on min üç yüz altmış iki) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 121 (yüz iyirmi bir) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu alınsın iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 9528 (doqquz min beş yüz iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik əsas borc, 769 (yeddi yüz altmış doqquz) manat 08 (səkkiz) qəpik faiz, 65 (altmış beş) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 10362 (on min üç yüz altmış iki) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 121 (yüz iyirmi bir) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu alınsın iddiaçı "xxxx" ASC-ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar