Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-9/2025 03.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı İddiaçı ilə “X3” MMC (hazırki Cavabdeh MMC ) arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ticarət obyektinin boşaldılması, cavabdeh tərəfindən vurulmuş zərərə görə 7243 (yeddi min iki yüz qırx üç) manat ödənişin və dövlət rüsumu olaraq ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı İddiaçı ilə “X4” MMC(hazırki Cavabdeh MMC ) arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ticarət obyektinin boşaldılması, cavabdeh tərəfindən vurulmuş zərərə görə 7243 (yeddi min iki yüz qırx üç) manat ödənişin və dövlət rüsumu olaraq ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbi barədə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırki iddia tələbi üzrə məhkəmə baxışı iclası 03 iyun 2025-ci il tarixə saat 10-00-a təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, üzürlü səbəblər olmadan məhkəmə iclasına tərəflər gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh “X3” MMC(hazırki Cavabdeh MMC) nümayəndəsi X1 tərəfindən elektron qaydada məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, digər rayon məhkəmələrində də prosesləri olduğundan hazırki işdə iştirak edə bilmirlər. İddianı qəbil etmirlər.İddiaçı bir neçə prosesdir ki, işdə iştirak etmir, bununla bağlı məlumat da vermir, həmçinin iddiaçının tələbi üzrə olan icarə müqaviləsinin müddəti bitdiyindən, cavabdehə məxsus masğaza fəaliyyətini dayandırmış və obyekt sahibinə yəni iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı ilə heç bir problem yaşanmamaqdadır. Əgər iddiaçı iddia ərizəsini müdafiə edəcəksə, bildirilir ki, iddia tələbi əsassız və heç bir sübuta söykənmədiyini üçün rədd edilməlidir. Beləliklə yuxarıda yazdıqlarını nəzərə alaraq iddianın rədd edilməsi və ya baxılmamış qalmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizənin baxılmamış saxlanılması üçün əsas sayılır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 3 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlanıldığında dövlət rüsumu olan 100 (yüz) manat məbləğində pul İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.6, 259.0.7, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı İddiaçı ilə “X3” MMC(hazırki Cavabdeh MMC ) arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ticarət obyektinin boşaldılması, cavabdeh tərəfindən vurulmuş zərərə görə 7243 (yeddi min iki yüz qırx üç) manat ödənişin və dövlət rüsumu olaraq ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu olan 100 (yüz) manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-9/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-9/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver