Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-92/2025 28.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlandırılacaq) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək X1 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 BMP **********46 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat 32 (otuz iki) qəpik əsas, 17 (on yeddi) manat 05 (beş) qəpik faiz borcu olmaqla, cəmi 4841 (dörd min səkkiz yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik kredit borcunun, kart kredit limiti üzrə 864 (səkkiz yüz altmış dörd) manat 94 (doxsan dörd) qəpik əsas, 370 (üç yüz yetmiş) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 1235 (min iki yüz otuz beş) manat 04 (dörd) qəpik kredit borcunun, ödənilmiş 82 (səksən iki) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, borclu X4 "xxxx" ASC ilə bağladığı BPM**********40 saylı, xx.xx.2022-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 1000 məbləğində kart krediti limiti və 8600 manat məbləğində nağd kredir verilmişdir. Lakin əldə olunmuş məlumata görə borclu X4 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Tərtər rayon Xüsusi Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 629 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Tərtər rayon Xüsusi Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1i ünvanında qeydiyyatda olan arvadı Cavabdeh4, ünvan 1i ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1, ünvan 1i ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3 və ünvan 1i ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2 ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan borc Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2024-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 4824,32 AZN əsas, 17,05 AZN faiz borcu qalmışdır. xx.xx.2024-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 864,94 AZN əsas, 370,10 AZN faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan ödəliyini etməmişdir. Mübahisəni məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öz öhdəliyini bu günədək taş şəkildə yerinə yetirməmişdir. Odur ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 BMP **********46 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat 32 (otuz iki) qəpik əsas, 17 (on yeddi) manat 05 (beş) qəpik faiz borcu olmaqla, cəmi 4841 (dörd min səkkiz yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik kredit borcunun, kart kredit limiti üzrə 864 (səkkiz yüz altmış dörd) manat 94 (doxsan dörd) qəpik əsas, 370 (üç yüz yetmiş) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 1235 (min iki yüz otuz beş) manat 04 (dörd) qəpik kredit borcunun, ödənilmiş 82 (səksən iki) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəməyə rəsmi ərizə təqdim edərək iddianı qəbul etdiklərini, kredit borcunu hər ay 120 manat olmaqla ödəməyə imkanı çatacaqlarını, gələcəkdə borcu hissə-hissə ödəyəcəklərinə söz verirlər, nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə borclu X4 arasında bağladığı BPM**********40 saylı, xx.xx.2022-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 1000 məbləğindəkart krediti limiti və 8600 manat məbləğində nağd kredir verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, X4 xx.xx.2020–xx.xx.2023–cü illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixədək cavabdeh X3 xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat 32 (otuz iki) qəpik əsas, 17 (on yeddi) manat 05 (beş) qəpik faiz borcu olmaqla, cəmi 4841 (dörd min səkkiz yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik kredit borcunun, kart kredit limiti üzrə 864 (səkkiz yüz altmış dörd) manat 94 (doxsan dörd) qəpik əsas, 370 (üç yüz yetmiş) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 1235 (min iki yüz otuz beş) manat 04 (dörd) qəpik borcu yaranmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan Tərtər Rayon Xüsusi Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli 629 nömrəli "xxxx" ASC-in sorğusuna cavab məktubunun surətindən görünür ki, X3 vərəsələri ünvan 1ində qeydiyyatda olanlar və həmin ünvanda doğulanlar xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3 və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 ibarət olduğu qeyd edilmişdir. İşdə olan kredit borcunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mərhum X2 qalmış mirası qəbul etdiklərini, banka olan tam kart çərçivə müqviləsinə əsasən 864,94 manat əsas borc və bu borca müvafiq olaraq hesablanmış faiz, kredit müqaviləsi üzrə 4824 manat məbləğində əsas kredit borcu və bu borca müvafiq olaraq hesablanmış faiz borcunun mövcud olduğu, kredit müqavilələri üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirmələri xahiş olunmuşdur. Öhdəlik yerinə yetirliməyəcəyi təqdirdə 3 gün müddətində məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri, iddiaçının səlahiyyətli nümayəndəsini, cavabdehin ərizələrini və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC ilə X1 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 BMP **********46 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat 32 (otuz iki) qəpik əsas, 17 (on yeddi) manat 05 (beş) qəpik faiz borcu olmaqla, cəmi 4841 (dörd min səkkiz yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik kredit borcunun, kart kredit limiti üzrə 864 (səkkiz yüz altmış dörd) manat 94 (doxsan dörd) qəpik əsas, 370 (üç yüz yetmiş) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 1235 (min iki yüz otuz beş) manat 04 (dörd) qəpik kredit borcunun, ödənilmiş 82 (səksən iki) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehlər kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən irasın açıldığı vaxt http://eqanun.az/framework/44693miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respubikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə mərhum Şahməddin Hümbətovun vərəsələri olan cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymək verərək hesab edir ki, iddia təmin edilməli, X1 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 BMP **********46 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat 32 (otuz iki) qəpik əsas, 17 (on yeddi) manat 05 (beş) qəpik faiz borcu olmaqla, cəmi 4841 (dörd min səkkiz yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik kredit borcu, kart kredit limiti üzrə 864 (səkkiz yüz altmış dörd) manat 94 (doxsan dörd) qəpik əsas, 370 (üç yüz yetmiş) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 1235 (min iki yüz otuz beş) manat 04 (dörd) qəpik kredit borcu, ödənilmiş 82 (səksən iki) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-in hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 BMP **********46 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat 32 (otuz iki) qəpik əsas, 17 (on yeddi) manat 05 (beş) qəpik faiz borcu olmaqla, cəmi 4841 (dörd min səkkiz yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik kredit borcu, kart kredit limiti üzrə 864 (səkkiz yüz altmış dörd) manat 94 (doxsan dörd) qəpik əsas, 370 (üç yüz yetmiş) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 1235 (min iki yüz otuz beş) manat 04 (dörd) qəpik kredit borcu, ödənilmiş 82 (səksən iki) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-92/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-92/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver