Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-954/2025 01.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC adlandırılacaq) Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Bank of Baku ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5552 (beş min beş yüz əlli iki) manat 97 (doxsan yeddi) qəpik əsas borcun, 698 (altı yüz doxsan səkkiz) manat 32 (otuz iki) qəpik faiz borcunun, 319 (üç yüz on doqquz) manat 41 (qırx bir) qəpik cərimə borcunun, cəmi 6570(altı min beş yüz yetmiş) manat 70 (yetmiş) qəpik borcun və 88 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qanuni və əsaslı hesab edərək iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Hağd pul lahiyəsi Kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 19,5 faiz olmaqla 7360 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl tələb edə bilər. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin hüquqi şəxslərin qeydiyyatı barədə reyestrdən çıxarış əlavə edilmişdir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5552 (beş min beş yüz əlli iki) manat 97 (doxsan yeddi) qəpik əsas borcun, 698 (altı yüz doxsan səkkiz) manat 32 (otuz iki) qəpik faiz borcunun, 319 (üç yüz on doqquz) manat 41 (qırx bir) qəpik cərimə borcunun, cəmi 6570(altı min beş yüz yetmiş) manat 70 (yetmiş) qəpik borcun və 88 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan iddia tələbinə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli CC/71849/92/16 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə, illik 19,5 faiz olmaqla 7360 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 .07.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nə 5552 (beş min beş yüz əlli iki) manat 97 (doxsan yeddi) qəpik əsas borcun, 698 (altı yüz doxsan səkkiz) manat 32 (otuz iki) qəpik faiz borcunun, 319 (üç yüz on doqquz) manat 41 (qırx bir) qəpik cərimə borcunun, cəmi 6570(altı min beş yüz yetmiş) manat 70 (yetmiş) qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirşin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-ə olan borcunu 3 gün ərzində ödəməsi barədə ona xəbərdarlıq edilmişdir. Əks halda müvafiq borc məbləğinin tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı və bankın rəhbəri, habelə məhkəmə xərcləri və icra hərəkətlərinə çəkilən xərcləri ondan tutulacağı bildirilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri və iş üzrə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borcu 5552 (beş min beş yüz əlli iki) manat 97 (doxsan yeddi) qəpik əsas borcun, 698 (altı yüz doxsan səkkiz) manat 32 (otuz iki) qəpik faiz borcunun, 319 (üç yüz on doqquz) manat 41 (qırx bir) qəpik cərimə borcunun, cəmi 6570(altı min beş yüz yetmiş) manat 70 (yetmiş) qəpik təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə,müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddianın 128.15 manat məbləğində cərimə pulu tələbi hissəsi tam təmin edilə bilməz və həmin məbləğ azaldılaraq 10 manat hədddində ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 88 manat ödənilmiş dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddia ərizəsində göstərilənləri, cavabdehin izahatını və iş materiallarında olan sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASCnin xeyrinə 5552 (beş min beş yüz əlli iki) manat 97 (doxsan yeddi) qəpik əsas borc, 698 (altı yüz doxsan səkkiz) manat 32 (otuz iki) qəpik faiz borcu, 319 (üç yüz on doqquz) manat 41 (qırx bir) qəpik cərimə borcu, cəmi 6570(altı min beş yüz yetmiş) manat 70 (yetmiş) qəpik borc və 88 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5552 (beş min beş yüz əlli iki) manat 97 (doxsan yeddi) qəpik əsas borc, 698 (altı yüz doxsan səkkiz) manat 32 (otuz iki) qəpik faiz borcu, 319 (üç yüz on doqquz) manat 41 (qırx bir) qəpik cərimə borcu, cəmi 6570(altı min beş yüz yetmiş) manat 70 (yetmiş) qəpik borc və 88 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-954/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-954/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver