Məhkəmə qərarları › İş №e-2(061)-960/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-960/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-960/2025 28.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-in, Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 5554 (beş min beş yüz əlli dörd) manat 58(əlli səkkiz) qəpik məbləğində əsas borc 09( doqquz) manat 70 (yetmiş qəpik) faiz borcu olmaqla cəmi 5564 (beş min beş yüz altmış dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və ödənilmiş 75 (yetmiş beş) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-in nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, İddiaçı ASC-in, cavabdeh X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair e- 2(061)- 960/2025 saylı mülki işin məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Məhkəmə iclasının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinlik yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ona görə də işə İddiaçı ASC-in iştirakı olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qəgtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X1 arasında bağlanmış 07 aprel 2023-cü il tarixli, 900-804-457878/2 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illki 17% dərəcəsi ilə 9000.00(doqquz) min manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh-Cavabdeh arasında 07 aprel 2023-cü il tarixli, 900-8-4-457878/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 07 aprel 2023cü il tarixli, 900-804-457878/2 nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra eedilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və ya digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmişvə kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunsa da onlar banka olan borclarını ödəməmişlər. Bundan başqa əsas borclu X1 xx.xx.2024cü il tarixdə “Dəqiqləşdirilməmiş ürək dayanması” səbəbi ilə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Borclunun ölümü zaminliyin xitamına səbəb olmur.Zaminin borclunun kreditorlarının qarşısında məsuliyyətinin həddimiras əmlakın həcmi ilə məhdudlasşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa , vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısındsa tam məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehdən 5554 (beş min beş yüz əlli dörd) manat 58(əlli səkkiz) qəpik məbləğində əsas borc 09( doqquz) manat 70 (yetmiş qəpik) faiz borcu olmaqla cəmi 5564 (beş min beş yüz altmış dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və ödənilmiş 75 (yetmiş beş) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh göstərmişdir ki, həqiqətən onunla iddiaçı bank arasında arasında 07 aprel 2023-cü il tarixli, 900-8-4-457878/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 07 aprel 2023-cü il tarixli, 900-804-457878/2 nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra eedilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və ya digər xərclərin ödənilməsinə cavabdehlik daşıması ona izah olunmuşdur. Məhkəməyə ona qarşı olan iddia tələbinə dair iddianın rədd olunması barədə etirazını göndərmişdir. Hazırda rəsmi ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, kredit borcunun hər ay hissı-hissı yəni hər ay 60 manat olmaqla ödəyə biləcəyini bildirmiş və iş üzrə qətnamə çıxarılmasına etirazının olmamasını bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, iddianı qəbul etdiyini, maddi imkanı olmadığına kredit borcunu ödəyə bilmədiyini göstərmiş, gələcəkdə hissə-hissə ödəyəcəyinə söz vermiş və iş üzrə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş 07 aprel 2023-cü il tarixli, 900-804-457878/2 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə borcalan X1 arasında bağlanmış 07 aprel 2023-cü il tarixli, 900-804-457878/2 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illki 17% dərəcəsi ilə 9000.00(doqquz) min manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş 07 aprel 2023-cü il tarixli, 900-804-457878/2 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bank və digər cavabdeh-Cavabdeh arasında 07 aprel 2023-cü il tarixli, 900-8-4-457878/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə borcalan X1 arasında bağlanmış 07 aprel 2023-cü il tarixli, 900-804-457878/2 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illki 17% dərəcəsi ilə 9000.00(doqquz) min manat məbləğində kredit verilmişdir. Belə ki, 30 aprel 2025-ci il tarixə Borcalanın Banka 5554.58 manat əsas borcu və 9.7 manat faiz borcu olmaqla , cəmi 5564.28 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 233 gün təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaq Banka ödəməsi tələb olunmuş, həmin məbləği xx.xx.2025-ci il tarixədək ödəmədiyi təqdirdə barəsində qanunauyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Tərtər rayon Qeydiyyat Şöbəsinin 21 avqust 2024-cü il tarixli ölüm haqqında şəhadətnaməninsurətindən görünür ki, X1 21 avqust 2024-cü il tarixdə “Dəqiqləşdirilməmiş urək dayanması” səbəbindən vəfat etmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehin izahatını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə borcalan X1 arasında bağlanmış 07 aprel 2023-cü il tarixli, 900-804-457878/2 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illki 17% dərəcəsi ilə 9000.00(doqquz) min manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh-Cavabdeh arasında 07 aprel 2023-cü il tarixli, 900-8-4-457878/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 07 aprel 2023-cü il tarixli, 900-804-457878/2 nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra eedilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və ya digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmişvə kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunsa da onlar banka olan borclarını ödəməmişlər. Bundan başqa əsas borclu X1 xx.xx.2024-cü il tarixdə “Dəqiqləşdirilməmiş ürək dayanması” səbəbi ilə vəfat etmişdir. İiddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh iddianı qəbul etmiş, kredit borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini göstərmiş və iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etməıdiyini bilbirmişdir. Beləliklə, iddia qaldırılan müddətə qədər cavabdehin iddiaçı tərəfə olan əsas borcu 5554 (beş min beş yüz əlli dörd) manat 58(əlli səkkiz) qəpik məbləğində əsas borc 09( doqquz) manat 70 (yetmiş qəpik) faiz borcu olmaqla cəmi 5564 (beş min beş yüz altmış dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində təşkil etmişdir. Məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 75 (yetmiş beş) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5554 (beş min beş yüz əlli dörd) manat 58 (əlli səkkiz) qəpik məbləğində əsas borc 09( doqquz) manat 70 (yetmiş qəpik) faiz borcu olmaqla cəmi 5564 (beş min beş yüz altmış dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borc və ödənilmiş 75 (yetmiş beş) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5554 (beş min beş yüz əlli dörd) manat 58 (əlli səkkiz) qəpik məbləğində əsas borc 09( doqquz) manat 70 (yetmiş qəpik) faiz borcu olmaqla cəmi 5564 (beş min beş yüz altmış dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borc və ödənilmiş 75 (yetmiş beş) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar