Məhkəmə qərarları › İş №e-2(061)-99/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-99/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-99/2025 16.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-in, Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 1028 (min iyirmi səkkiz) manat 80 (səksən) qəpik əsas, 285 (iki yüz səksən beş) manat 91 (doxsan bir) qəpik faiz, 4 (dörd) manat 33 (otuz üç) qəpik cərimə, ümumilikdə 1319 (min üç yüz on doqquz) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 33 (otuz üç) manat 60 (altmış) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" KB ASC-in xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək illik 26,5% ödəmək şərtilə 1300 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-in rəsmi internet səhifəsində (www/unibank.az) yerıəşdirmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 20.9-cu bəndinə əsasən Müştəri kreditin və (və ya) ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı ödəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 oktyabr 2024-cüil tarixinə "xxxx" KB ASC-ə 1028 (min iyirmi səkkiz) manat 80 (səksən) qəpik əsas, 285 (iki yüz səksən beş) manat 91 (doxsan bir) qəpik faiz, 4 (dörd) manat 33 (otuz üç) qəpik cərimə, ümumilikdə 1319 (min üç yüz on doqquz) manat 04 (dörd) qəpik borcu yaranmışdır. Tərəflər rasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh "xxxx" ASC-in xeyrinə 1028 (min iyirmi səkkiz) manat 80 (səksən) qəpik əsas, 285 (iki yüz səksən beş) manat 91 (doxsan bir) qəpik faiz, 4 (dörd) manat 33 (otuz üç) qəpik cərimə, ümumilikdə 1319 (min üç yüz on doqquz) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 33 (otuz üç) manat 60 (altmış) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən ona istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək illik 26,5% ödəmək şərtilə 1300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanaraq faizləri ödəmək barədə öhdəlik götürsə də, maddi imkanı olmadığına görə bu öhdəliyi lazımi qaydada yerinə yetirə bilməmiş və banka olan borcunu tam qaytara bilməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetrisə də, o, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməmişdir. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan "xxxx" ASC-in xeyrinə 1028 (min iyirmi səkkiz) manat 80 (səksən) qəpik əsas, 285 (iki yüz səksən beş) manat 91 (doxsan bir) qəpik faiz, 4 (dörd) manat 33 (otuz üç) qəpik cərimə, ümumilikdə 1319 (min üç yüz on doqquz) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 33 (otuz üç) manat 60 (altmış) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini, bu barədə məhkəməyə ərizə təqdim etdiyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ərizəsindən görünür ki, iddianı qəbul edir, kredit borcunu maddi vəziyyəti ilə bağlı ödəyə bilmədiyini, gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli 01U/21 saylı bank xidmətlərinə dair X1 surətindən görünür ki, Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək illik 26,5% ödəmək şərtilə 1300 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş 25 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehin izahatını və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC-in xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2026cı il tarixinədək illik 26,5% ödəmək şərtilə 1300 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-in rəsmi internet səhifəsində (www/unibank.az) yerıəşdirmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı ödəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 oktyabr 2024-cüil tarixinə "xxxx" KB ASC-ə 1028 (min iyirmi səkkiz) manat 80 (səksən) qəpik əsas, 285 (iki yüz səksən beş) manat 91 (doxsan bir) qəpik faiz, 4 (dörd) manat 33 (otuz üç) qəpik cərimə, ümumilikdə 1319 (min üç yüz on doqquz) manat 04 (dörd) qəpik borcu yaranmışdır. Tərəflər rasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən ona istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək illik 26,5% ödəmək şərtilə 1300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanaraq faizləri ödəmək barədə öhdəlik götürsə də, maddi imkanı olmadığına görə bu öhdəliyi lazımi qaydada yerinə yetirə bilməmiş və banka olan borcunu tam qaytara bilməmişdir. Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, cavabdehin 10 oktyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-ə olan borcu 1028 (min iyirmi səkkiz) manat 80 (səksən) qəpik əsas, 285 (iki yüz səksən beş) manat 91 (doxsan bir) qəpik faiz, 4 (dörd) manat 33 (otuz üç) qəpik cərimə, ümumilikdə 1319 (min üç yüz on doqquz) manat 04 (dörd) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 33 (otuz üç) manat 60 (altmış) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1028 (min iyirmi səkkiz) manat 80 (səksən) qəpik əsas, 285 (iki yüz səksən beş) manat 91 (doxsan bir) qəpik faiz, 4 (dörd) manat 33 (otuz üç) qəpik cərimə, ümumilikdə 1319 (min üç yüz on doqquz) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 33 (otuz üç) manat 60 (altmış) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1028 (min iyirmi səkkiz) manat 80 (səksən) qəpik əsas, 285 (iki yüz səksən beş) manat 91 (doxsan bir) qəpik faiz, 4 (dörd) manat 33 (otuz üç) qəpik cərimə, ümumilikdə 1319 (min üç yüz on doqquz) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 33 (otuz üç) manat 60 (altmış) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar