Məhkəmə qərarları › İş №e-2(061)-992/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-992/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-992/2025 01.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hasıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC adlandırılacaq), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada "xxxx" QSC -in xeyrinə 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat 35 (otuz beş) qəpik əsas, 981 (doqquz yüz səksən bir) manat 02 (iki) qəpik faiz, 169 (yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik cərimə, ümumilikdə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 98 (doxsan səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" QSC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, mülki iş üzrə xx.xx.2025-ci il tarixinə saat 12:00-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklər. İddia tələbini müdafiə edirlər. İş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddiaının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşditilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2aylıq faiz dərəcəsi 2,166 faiz olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025A**********S saylı sazişlə müqaviləyə və ödəniş planın dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3271,65 manat ödəniş etmiş və onun idiaçıya 6728,35 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verildiyi tarixi hesab edilr və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilən düstur əsasında aparılmışdır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği faiz üzrə hər gün üçün bank tərəfindən onun qaytarlmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, o, kredit borcunu və faiz borcunu kreditin qaytarılmadığı üçün xx.xx.2025-ci il tarixə 204 gün üçün hesablanmış faiz borcu 981,02 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəmişdir. xx.xx.2025-ci il tarixə 204 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 169,55 manat təşkil etmişdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuzarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat 35 (otuz beş) qəpik əsas, 981 (doqquz yüz səksən bir) manat 02 (iki) qəpik faiz, 169 (yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik cərimə, ümumilikdə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 98 (doxsan səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh2 göstərmişdir ki, o, iddiaçı "xxxx" QSC xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşditilmiş bank xidmətlərinin göstərilməsn haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2aylıq faiz dərəcəsi 2,166 faiz olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit borcundan 3271,65 manat ödəniş etmişdir. Kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirisə də, o, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməmişdir. Maddi imkanı olmadığına görə Banka kredit borcu qalmışdır. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat 35 (otuz beş) qəpik əsas, 981 (doqquz yüz səksən bir) manat 02 (iki) qəpik faiz, 169 (yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik cərimə, ümumilikdə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 98 (doxsan səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, iddianın cərimə borcuna aid olan hissəsində ona köməklik edilməsini, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli ərizənin (müştəri kodu **********) surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşditilmiş bank xidmətlərinin göstərilməsn haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2aylıq faiz dərəcəsi 2,166 faiz olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC -ə olan borcu, 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat 35 (otuz beş) qəpik əsas, 981 (doqquz yüz səksən bir) manat 02 (iki) qəpik faiz, 169 (yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik cərimə, ümumilikdə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik təşkil edir. Məhkəmədə elan olunmuş 025G**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində, həmçinin xx.xx.2025-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri, cavabdehin izahatını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC ilə cavabdeh xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşditilmiş bank xidmətlərinin göstərilməsn haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 2,166 faiz olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş cavabdehlər iddianın cərimə borcuna aid olan hissəsində ona köməklik edilməsi, iddianın təmin edilməsinə və banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə olan borcu 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat 35 (otuz beş) qəpik əsas, 981 (doqquz yüz səksən bir) manat 02 (iki) qəpik faiz, 169 (yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik cərimə, ümumilikdə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" QSC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 98 (doxsan səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, cavabdehin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat 35 (otuz beş) qəpik əsas, 981 (doqquz yüz səksən bir) manat 02 (iki) qəpik faiz, 169 (yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik cərimə, ümumilikdə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 98 (doxsan səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat 35 (otuz beş) qəpik əsas, 981 (doqquz yüz səksən bir) manat 02 (iki) qəpik faiz, 169 (yüz altmış doqquz) manat 55 (əlli beş) qəpik cərimə, ümumilikdə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 98 (doxsan səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-ə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar