Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-100/2024 12.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədirliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh4, Cavabdeh3, X1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə acıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, X1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh7 müştərək qaydada 8511,55 manat əsas, 375,93 manat əsas məbləğə hesablanmış faiz və 53.0 manat cərimə borcu olmaqla cəmi 8940,48 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 109.40 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərək göstərdi ki, Cavabdeh4 öhdəliyini tam yerinə etmişdir, ona görə də, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə göndərdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsini onların hazırkı işin mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh4, Cavabdeh3, X1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-100/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-100/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver