Məhkəmə qərarları › İş №e-2(062)-1014/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1014/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1014/2024 08.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 08 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, 39080***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh 39080***-*******02L saylı 08 iyul 2022-ci il tarixli kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2025-ci il tarixədək qaytarmaq və illik 16% ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdə aldığı 10000 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 39080***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2026-cı ilədə qaytarmaq və illik 18% ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdə aldığı 5800 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcu könüllü ödəməkdən imtina edir. Borclu kredit vəsaitindən istifadə etsə də kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 6405,23 manat əsas, 298,62 manat faiz borcu olmaqla, cəmi 6703,85 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 4418,01 manat əsas, 209,63 manat faiz borcu olmaqla, cəmi 4627,64 manat borcu vardır. Odur ki, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 6405,23 manat əsas, 298,62 manat faiz borcu olmaqla, cəmi 6703,85 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 4418,01 manat əsas, 209,63 manat faiz borcu olmaqla, cəmi 4627,64 manat kredit borcu və 124 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İşə əlavə olunmuş 08 iyul 2022-ci il tarixli, 39080***-*******02L saylı kredit limiti razılaşmasına əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 08 iyul 2022-ci il tarixdə bankdan xx.xx.2025-ci il tarixədək qaytarmaq və illik 16% ödəmək şərti ilə 10000 manat kredit verilmişdir. İşə əlavə olunmuş 39080***-*******02L saylı 08 iyul 2022-ci il tarixli kredit kredit limiti razılaşmasına əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh bankdan xx.xx.2026-cı ilədə qaytarmaq və illik 18% ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdə 5800 manat kredit verilmişdir. İşə əlavə olunmuş qəbzdən və xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borclarının ödənilməsi barədə bildiriş göndərilmişdir. İşə əlavə olunmuş 29 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 6405,23 manat əsas, 298,62 manat faiz borcu olmaqla, cəmi 6703,85 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 4418,01 manat əsas, 209,63 manat faiz borcu olmaqla, cəmi 4627,64 manat borcu qalmışdır. Göründüyü kimi Cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş sonuncuya şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək iddiaçı təşkilatın qənaətinə görə cavabdehin hazırda ümumilikdə 11331,49 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1- ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 6405,23 manat əsas, 298,62 manat faiz borcu olmaqla, cəmi 6703,85 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 4418,01 manat əsas, 209,63 manat faiz borcu olmaqla, cəmi 4627,64 manat kredit borcu və 124 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 6405,23 manat əsas, 298,62 manat faiz borcu olmaqla, cəmi 6703,85 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 4418,01 manat əsas, 209,63 manat faiz borcu olmaqla, cəmi 4627,64 manat kredit borcu və 124 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündə 1 (bir) ay müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar