Məhkəmə qərarları › İş №e-2(062)-1041/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1041/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1041/2024 24.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Tovuz şəhərində 24 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəmədə Cavabdeh2 qarşı iddia qaldıraraq kredit müqaviləsi üzrə əsas məbləği 8967,43 manat, əsas məbləğə hesablanmış faiz borcu 823,08 manat, cərimə 429,83 manat olmaqla cəmi 10220 manat məbləğində borcun və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 120,66 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı haqqında rəsmi məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə ərizə göndərərək, məlumat vermiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC-nin iddia ərizəsində göstərilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 06 may 2022-ci il tarixli bankın internet səhifəsi üzərindən kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, 48 ay müddətinə 12400 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit müqaviləsinin 1.2ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə 08 may 2023-cü il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh2 götürdüyü kreditdən 3432,57 manat ödəniş etmiş və onun 8967,43 manat məbləğində kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 1.1-ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2023-cü il tarixə 156 gün üçün onun 823,08 manat faiz borcu qalmışdır. Həmin müqavilənin 4.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilədə nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2023-cü il tarixə 156 gün üçün hesablanmış cərimə 429,83 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Hazırda cavabdehin iddiaçı təşkilata kredit müqaviləsi üzrə kreditin əsas məbləği 8967,43 manat, əsas məbləğə hesablanmış faiz borcu 823,08 manat, cərimə 429,83 manat olmaqla cəmi 10220 manat borcu qalmışdır. Ona görə də müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kreditin əsas məbləği 8967,43 manat, əsas məbləğə hesablanmış faiz borcu 823,08 manat, cərimə 429,83 manat olmaqla cəmi 10220 manat məbləğində borcun və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 120,66 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 06 may 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı QSC tərəfindən 12400 manat 48 ay müddətinə kredit verilmişdir. İşə əlavə olunmuş 06 may 2022-ci il tarixli zaminlik müqavilələrinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır və bununla da Cavabdeh1 Cavabdeh2 öhdəliklərinin təminatçısı kimi çıxış edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 06 may 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 bank tərəfindən 48 ay müddətinə 12400 manat kredit verilmişdir. Yuxarıda göstərilən kredit müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini gecikdirmiş və iddiaçı təşkilata kredit müqaviləsi üzrə kreditin əsas məbləği 8967,43 manat, əsas məbləğə hesablanmış faiz borcu 823,08 manat, cərimə 429,83 manat olmaqla cəmi 10220 manat borcu qalmışdır. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan 429,83 manat cərimə azaldılaraq 42,98 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə kreditin əsas məbləği 8967,43 manat, əsas məbləğə hesablanmış faiz borcu 823,08 manat, cərimə 42,98 manat olmaqla cəmi 9833,49 manat məbləğində pul alınıb iddiaçı təşkilata verilməlidir. İddia tələbinin qalan hissəsi təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun 118,33 manatı cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 06 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə kreditin əsas məbləği 8967,43 manat, əsas məbləğə hesablanmış faiz borcu 823,08 manat, cərimə 42,98 manat olmaqla cəmi 9833,49 manat və dövlət rüsumu hesabına ödənilmiş 118,33 manat alınaraq İddiaçı QSC -nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar