Məhkəmə qərarları › İş №e-2(062)-1150/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-1150/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-1150/2025 13.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi ilə, açıq məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin cavabdehlər cavabdehlər Cavabdeh1 Mı̇ kayıl qızı, Qasımov Fazı̇ l Vəlı̇ oğlu, Cavabdeh3, Əlı̇ xanov Fərman Qədı̇ r oğlu, Vəlı̇ yeva Səbı̇ nə Maı̇ l qızı, Qasımov İ̇brahim Fazı̇ l oğlu, Ələkbərov Maı̇ l Qurban oğlu, Ələkbərov Nı̇ cat Mayıl oğlu, Cavabdeh9 Aqı̇ l qızı, Cavabdeh10 Fazı̇ l qızı, Cavabdeh11 Maı̇ l qızı, Ələkbərova Rəfı̇ qə Barat qızına və Əlı̇ xanova Südabə Fərman qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 Mı̇ kayıl qızı, Qasımov Fazı̇ l Vəlı̇ oğlu, Cavabdeh3, Əlı̇ xanov Fərman Qədı̇ r oğlu, Vəlı̇ yeva Səbı̇ nə Maı̇ l qızı, Qasımov İ̇brahim Fazı̇ l oğlu, Ələkbərov Maı̇ l Qurban oğlu, Ələkbərov Nı̇ cat Mayıl oğlu, Cavabdeh9 Aqı̇ l qızı, Cavabdeh10 Fazı̇ l qızı, Cavabdeh11 Maı̇ l qızı, Ələkbərova Rəfı̇ qə Barat qızına və Əlı̇ xanova Südabə Fərman qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh10 Fazı̇ l qızı ilə "xxxx" QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofsinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il taricxli AN-1 № ******* sayı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.1 kv\m olan mənzildən Cavabdeh10 Fazı̇ l qızının və qeyrilərinin çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi "xxxx" QSC-ə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəsatəti təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, 71871061 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçı "xxxx" QSC-ə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar